39-42-ci paralellərdə yerləşən Azərbaycan Respublikası 15 ilə yaxındır ki, Ermənistanla müharibə şəraitində yaşayır. Torpaqlarının 20% erməni işğalçıları tərəfindən zəbt olunub. Bir milyondan artıq vətəndaşı qaçqın düşüb. Işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması haqqında BMT Təhlükəsizlik şurasının 822, 853, 874, 884 saylı qətnamələri indiyədək yerinə yetirilməyib. BU ƏDALƏTSİZLİYƏ AZ'RBAYCAN HAKIMIYYƏTİ VƏ MÜXALİFƏTİ HƏLƏ DƏ DÖZÜR Müharibə Bizim Taleyimizdir!!!
Reklam verin!
Elan Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə Bakı şəhərində 2008-ci il may ayının 22-də Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş “Qarabağ dünən, bu gün və sabah” VII elmi-praktiki konfransı keçiriləcək. Konfransda Qarabağın tarixi, mədəniyyəti, Azərbaycan-Ermənistan münaqişəsinin siyasi, iqtisadi, hüquqi, hərbi aspektləri, həlli yolları, qaçqın və köçkünlərin hüquqlarının müdafiəsi və s. Məsələlər müzakirə olunacaq. Məruzə etmək istəyənlər aprel ayının 30-dək çıxışların tezislərini təqdim etməlidirlər. Tezislərin mətni Times Roman AzLat şriftləri ilə 2 (iki) intervalla, 5 səhifədən artıq olmamaq şərti ilə yığılmalıdır. İmkan dairəsində mətnin elektron versiyasını disketə yazmaqla Təşkilat Komitəsinə və yaxud kila51az@yahoo.com, azad_qarabag@yahoo.com elektron poçt ünvanlarına təqdim etməyinizi xahiş edirik. Tezislərin nəşr olunması və internet saytında yerləşdirilməsi nəzərdə tutulub. Əlaqə telefonlar: 441-19-42. 441-35-52.

VətənpərvərMay 11, 2008 19:46

   

Millət vəkilləri, «Gənc Liderlər» Uşaq Təşkilatının fəxri üzvləri Ülvi Quliyev, Fəttah Heydərov,Qənirə Paşayeva təşkilatı 2 illik yubileyi münasibəti ilə təbrik edib. Milli Məclisin üzvləri təşkilatın fəaliyyətini yüksək qiymətləndirərək, «Gənc Liderlər»in fəaliyyətinin uşaqların inkişafı, lider kimi yetişməsinə yönəldiyini bildiriblər.Millət vəkilləri təşkilatı fəaliyyətlərinin 2 ili münasibəti ilə ilə təbrik edərək, uğurlar arzulayıblar.

Xatırladaq ki,Gənc Liderlər Uşaq Təşkilatı 2006-cı ildə yaranıb.Qurumun rəhbəri Fərid Şahbazlıdır.Təşkilat tanınmış siyasətçilərin,ziyalıların iştirakı ilə I və II Qarabağ formunu keçirib.Yəni təşkilat öz sıralarında vətənpərvər gəncləri birləşdirir.

VətənpərvərMay 11, 2008 14:05

ABŞ-dakı Ceymstaun Fondunun ekspertinə görə, sərhədlərin bağlanması İrəvana ağır zərbə vurub
 

ABŞ-ın Ceymstaun Fondunun “Eurasia Daily Monitor” internet-jurnalı Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin gələcəyinə dair məqalə dərc edib. Məqalədə deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin Ermənistan üçün ən ağır nəticələrindən biri də Türkiyə ilə sərhədlərin bağlanması olub. Məqalə müəllifi Con Deylin yazdığına görə, münaqişənin iqtisadi zərərlərini rəqəmlərlə ölçmək çətindir.
Belə ki, Ermənistan iqtisadiyyatı bu yaxınlaradək irəli sürünməyə çalışırdı, Azərbaycan isə neft gəlirləri hesabına iqtisadiyyatda sıçrayış edib: “İrəvan üçün bu münaqişədə ən xoşagəlməz sürprizlərdən biri 1993-cü ildə Türkiyənin Azərbaycanla həmrəylik əlaməti olaraq Ermənistanla sərhədlərini bağlamaq haqda qərarı oldu. O vaxt Türkiyənin Ermənistanla diplomatik münasibətləri mövcud deyildi, lakin bundan bir il əvvəl baş nazir Süleyman Dəmirəl sərhədləri açmışdı və bununla da Azərbaycanla münasibətlər korlanmışdı”.
Müəllif qeyd edir ki, Türkiyə ilə sərhədlərin açılmasının iqtisadi əhəmiyyətini nəzərə alaraq Ermənistanın yeni xarici işlər naziri Edvard Nalbəndyan bu günlərdə Ankaraya “zeytun budağı” uzadıb. Fransa xarici işlər naziri Bernar Kuşnerlə mayın 6-da Parisdə keçirdiyi görüşdə Nalbəndyan deyib ki, onun ölkəsi heç bir ilkin şərt qoymadan Türkiyə ilə münasibətlər qurmağa hazırdır: “Türkiyə də Ermənistanla münasibətlərin qurulmasına çalışır. Lakin ötən ilin iyun ayında xarici işlər naziri Abdullah Gül ermənistanlı həmkarı Vardan Oskanyanla Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısındakı görüşü zamanı ona bildirmişdi ki, əvvəlcə Ermənistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanla razılaşma əldə etməlidir. Ermənistanla Azərbaycan arasında münaqişə yeni sayılsa da, ermənilərin Türkiyə ilə problemlərinin kökü daha dərindir. Ermənistan Osmanlı dövründə Türkiyədə yüz minlərlə erməninin öldürülməsini genosid kimi təqdim edir. Erməni lobbisi uzun illər boyu ABŞ-da da 1915-ci il hadisələrinə bu cür qiymət verməsi üçün çalışıb, nəticədə Ankara ilə Vaşinqton arasında dəfələrlə diplomatik gərginlik yaranıb”.
Məqalədə deyilir ki, İrəvan üçün Bakı və Ankaraya münasibətdə xarici siyasətin təmiz nəticəsi diplomatik təcrid olub, bu isə öz növbəsində iqtisadi inkişaf tempini ləngidib, iqtisadiyyata mənfi təsir göstərib. Müəllifin yazdığına görə, ötən il ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Ermənistanda ümumi daxili məhsulun artım tempinin 13,7 faiz olduğunu göstərib.
MKİ hesab edir ki, Ermənistan hökuməti ölkədəki kasıblığı və işsizliyi aradan qaldırmaq üçün islahatları sürətləndirməlidir: “Ermənistan üçün acı həqiqətlərdən biri də odur ki, bu ölkə enerjidaşıyıcılarında Rusiyadan tam asılıdır. İrəvan üçün diplomatik təcridin nəticələrindən biri də Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Qars layihələrindən kənarda qalmasıdır. Türkiyə davamlı olaraq bəyan edib ki, Ermənistanla münasibətlərin qurulmasının başlıca şərtlərindən biri Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Lakin münaqişənin həlli üçün vasitəçilik edən Minsk Qrupu həmsədrləri istəyir ki, Türkiyə sərhədlərini açsın. Onların fikrincə, sərhədlərin açılması münaqişənin həllinə də kömək edərdi”.
Ceymstaun Fondunun əməkdaşı onu da qeyd edib ki, İrəvan üçün seçim variantları tamamilə aydındır. Əgər Ermənistan Türkiyə ilə münasibətlərin qurulmasını istəyirsə, qonşuları ilə ərazi və ideoloji mübahisələrində güzəştlərə getməlidir: “Əgər ötən 15 ilin hadisələri Türkiyə və Azərbaycanın Ermənistansız yaşaya biləcəyini göstərdisə, məlum oldu ki, Ermənistan üçün Türkiyə ilə münasibətlərin qurulması üçün ilkin şərtlər irəli sürüb-sürməməsindən asılı olmayaraq, yaşamaq daha çətindir”.

VətənpərvərMay 10, 2008 18:24
Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi son əməliyyatdan sonra PKK təşkilatının lideri Cəmil Bayıkın ölkədən qaçdığı barədə məlumat yayılıb

Türkiyə Silahlı Qüvvələri (TSK) Qəndil dağında keçirilən son hava əməliyyatının nəticələrini açıqlayıb. Açıqlamaya görə, terror təşkilatının lideri Cəmil Bayık xeyli sayda terorçu qrupla birlikdə qonşu ölkəyə qaçıb və qaçdığı ölkənin hüquq mühafizə orqanı əməkdaşları ilə onların arasında atışma olub. Hazırda Cəmil Bayıkın aqibətindən xəbər yoxdur. Amma Cəmil Bayıkla qaçan terrorçuların çoxunun öldüyü bildirilir. TSK açıqlamasında Cəmil Bayıkın hansı ölkəyə qaçdığını konkret bildirilməsə də, bunun İran ola biləcəyi ilə bağlı ehtimallar irəli sürülüb. Açıqlamada Bahoz adı ilə tanınan Fərman Hüseynin də uzun illərdir məskunlaşdığı Zap bölgəsini tərk edərək Sinad-Haftanin bölgəsinə qaçdığı deyilir.

TSK başqa bir məhşur terorçunun da hazırda əməliyyatların aparılmadığı Qara Dağa qaçdığını bildirib. Onun adı göstərilməsə də türk İnternet sayıtları bunun Murad Qarailan olduğunu yazıb. TSK Qəndil dağındakı 200 terrorçunun hava əməliyyatından sonra silahlarını qoyub qaçdığını bildirir. Silahlı qüvvələrin bu açıqlamasından sonra Türkiyə prezidenti Abdullah Gül də terrorla mübarizə ilə bağlı yeni inkişafın olacağını deyib. Abdullah Gül TSK-nın mayın 1-2-də Qəndil dağında apardığı əməliyyatı indiyə qədər ən uğurlu əməliyyat adlandırıb və deyib ki, bunun yaxşı nəticələri olacaq. Bu gün isə Hakkaridə PKK terorçuları ilə TSK arasında baş vermiş atışmada 6 türk hərbçisi şəhid olub, 19 terorçu isə öldürülüb.

VətənpərvərMay 8, 2008 19:16

Ta qədimlərdən dağları müqəddəs hesab etdik, dağlara sığındıq. Ən müqəddəs varlıqlarımızı dağ başında təsəvvür etdik, dağlara tapındıq. Ucaltmaq istədiklərimizi dağlarla tutuşdurduq – «dağ vüqarlı», «dağ qürurlu» kimi bənzətmələrimiz dağların əzəmətinə heyranlıqdan yarandı; «kürəyini dağa söykəyənin» basılmaz olduğunu düşündük.

Dağlar təkcə üstündən karvan yerimədiyinə, ayaqaltı olmadığına görə deyil, göylərdə təsəvvür etdiyimiz Göy Tanrıya yaxın olduqlarına görə pak, əziz və müqəddəsdi.

İllər uzunu dağ başındakı qalalarımıza boylanan düşmənlər bu ucalığa yaxınlaşdıqca başlarından papaqları düşdü; sinələrinə döyənlər dağ başındakı qalalarımıza dəyib çilik-çilik oldu. Ona görə də dağları düşmən sipəri, dağ başındakı qalalarımızı yurdun qeyrət rəmzi saydıq...

Qarabağlıların eləcə Qala dedikləri Şuşa təkcə Qarabağın deyil, bütövlükdə Azərbaycanın ucalığı, qeyrət qalasıydı.

Şuşa qalasını işğal etməyin mümkünsüzlüyü bu şəhəri güvənc yerinə çevirmişdi. 20 Yanvar qətliamından öncə dövlət televiziyasının enerji bloku partladılanda, Azərbaycan günlərlə informasiyasız qalanda da yardıma yalnız Şuşadakı qüllə yetişmişdi. Şuşa yüksəkliyi bu yayımları bütün Azərbaycanın izləməsinə imkan verirdi.

O vaxt böyür-başı yavaş-yavaş erməni yaraqlıları ilə dolan Şuşa Azərbaycanı xəbərlə təmin etməyi öz öhdəsinə götürmüşdü. Həmin günlərdə Şuşa bütün azərbaycanlılar üçün əzəmətini daha da artırmışdı... Nə qədər ki qürurlu, əzəmətli, alınmaz Şuşa vardı, Qarabağın işğalından söhbət gedə bilməzdi.

***

«Şuşa inzibati ərazi kimi 1930-cu ildə yaradılıb. Rayona 30 kənd daxildi. Ərazisi 289 kvadrat kilometr, işğal olunan günə qədər əhalisi 24 min 900 nəfər olub. İşğal zamanı yüzlərcə itki vermişik».

«Şuşada 249 tarixi abidə, 8 muzey, rəsm qalereyası, Pənahəli xanın sarayı, 103 mədəniyyət obyekti, 27 sənaye və tikinti müəsisəsi» və ən əsası – Şuşa qalasını «itirmişik».

Vəssalam! – daha doğrusu, rəsmi məlumatlar yalnız bunlarla yekunlaşır. Ancaq biz internet saytlarında əksini tapmayan məlumatları, ən yeni tariximizin dəhşətli faciəsinin baş vermə səbəblərini unudacaq qədər yaddaşsız deyilik!

...Şuşanın işğal olunmasına gedən yol 1991-ci ilin sonlarından başlamışdı. 1992-ci ilin yanvarından faktiki olaraq Şuşa şəhəriylə bütün quru əlaqələri kəsilmişdi. Şuşanın mühasirə həlqəsi daraldıqca Azərbaycanda hakimiyyət uğrunda gedən savaş qızışırdı.

1992-ci ilin 5-6 martında Azərbaycan Xalq Cəbhəsi o dövrün hakimyyətinə təzyiqlərini istefa verincəyə qədər artırdı. Xocalı faciəsinin günahkarlarını cəzalandırmaq üçün ermənilərə qarşı səfərbər olunmaq əvəzinə hakimiyyətin istefasını tələb edənlər istəklərinə nail oldular.

Bu illər ərzində Azərbaycan fəlakətlərinin səbəbi təkcə zəif iradəli və səriştəsiz hakimiyyət yox, həm də daxili təzyiqlər idi.

Vahid hərbi komandanlığın olmaması bir yana, könüllülərdən ibarət döyüşçü hissələri arasında münasibətlər də qaydasında deyildi. Hərbi tapşırıqları yerinə yetirmək əvəzinə komandirlər yalnız şəxsi münasibətlərə görə hərəkət etməyi üstün tuturdular. Ölkə rəhbərliyi isə bu dəhşətli intriqaları həll etmək iqtidarında deyildi.

Mayın 8-də İran prezidenti Haşimi Rəfsəncaninin iştirakı ilə Ermənistan və Azərbaycan arasında atəşkəsə dair kommunike imzalanarkən Şuşa 11 minlik erməni-rus hərbi birləşmələrinin güclü hücumu qarşısında təslim oldu.

Mayın 14-də Şuşanın işğal faktından istifadə edərək yenidən hakimiyyətə qayıdan Ayaz Mütəllibova qarşı döyüş bölgəsindən çıxarılıb gətirilən hərbi hissələrdən istifadə olundu. Ermənilər Şuşadan Laçına doğru istiqamət alan gün, yəni mayın 15-də Azərbaycan Xalq Cəbhəsinin rəhbərlik etdiyi və Laçını qorumalı olan hərbi birləşmələr Bakıda Ali Məclisin binasını atəşə tutmağa başladılar. Azərbaycan Xalq Cəbhəsi Bakını, rus-erməni birləşmələri isə Laçını eyni vaxtda tutdular. Bütün dəhşəti, ağrı-acısı ilə bu bizim tariximizdir.

***

Xankəndi Şuşanın ayaqları altında, cəmi 11 kilometrliyində yerləşir. Ermənilər ən ciddi və təhlükəli hücumlara keçəndə Şuşada gurlayan qradların Xankəndinin strateji obyektlərini nişan alması kifayət idi ki, düşmən geri oturdulsun.

Şuşa strateji əhəmiyyətinə görə bütün Qarabağın özü boyda bir məkan idi. Biz demirik ki, Şuşanı sapı özümüzdən olan baltalar verib. Ancaq inana bilmirik ki, Şuşanı kimsə işğal edə bilərdi.

Çünki Şuşa tarixi boyu heç kimsəyə boyun əyməyib. Vaxtilə Qarabağ xanlığının başında dayanan İbrahimxəlil xan özündən yüz qat güclü Ağa Məhəmməd Şah Qacara qarşı Şuşa qalasına arxalanıb mübarizəyə başlamışdı. Ağa Məhəmməd Şahın ala bilmədiyi Qala yalnız xəyanət nəticəsində ələ keçdi, ancaq şuşalılar işğalçını yaşatmadılar.

***

1828-ci il Rusiya və İran arasında bağlanan «Türkmənçay müqaviləsi»nin şərtlərinə əsasən Türkiyə və İrandan Qarabağa ermənilər köçürülməyə başlasa da, Şuşa şüşə kimi təmizliyini həmişə saxladı. Qarabağlılar baş kəndlərini daim türk mədəniyyətinin mərkəzi kimi qorumağı bacardılar və Şuşa ermənilərin toxuna bilmədiyi tək Qala kimi Qarabağın qürur və vüqar yeri kimi qaldı.

Ona görə ki, Şuşa türklər üçün sadəcə yaşayış məskəni, gözəl kurort şəhəri deyildi.

Şuşa alınmaz qala, ucalıq və paklıq rəmzi, dahilər məskəni, müqəddəslik ölçüsüydü.

Bu ölçü, bu meyar yenə də ruhumuzda, canımızdadı.

Çünki hər birimizin içində bir Qala qüdrəti, Qala müqəddəsliyi var və dünyada sonuncu azərbaycanlı qalana qədər Şuşa Azərbaycanın mənəvi paytaxtı olaraq qalacaq...

***

...Bakı dəniz səviyyəsindən aşağıda yerləşir.

Şuşa dəniz səviyyəsindən 1500 metr ucalıqdaydı.

Əlbəttə, Vətən bu cür ucalıqlardan qorunur.

...Biz bizi vüqarlı, qürurlu, böyük və əzəmətli edən ucalıqları bir-birinin ardınca düşmənə verib aşağılara doğru yüyürdük.

...Azərbaycan 1992-ci ilin 8 mayında Şuşa Qalasından – 1500 metr yüksəklikdən yıxıldı... Və şikəst oldu – ciyərinin bir parasını – Qarabağını itirdi...

...Türklər ta qədimdən dağları müqəddəs sayıblar, müqəddəs bildiklərini düşməndən ona görə qoruyublar ki, o ucalıqlar da onları Tanrı qəzəbindən qorusun!

Biz ucalıqları - vüqarımızı, arxamızı, qürurumuzu, baş tacımızı, qeyrət qalamızı, xarı bülbülümüzü, Cıdır düzümüzü, İsa bulağımızı qoruya bilmədik.

Tanrı o dağların ahından bizi qoruyacaqmı?

Bu yerdə Araz Elsəsin səsi qulağıma gəlir:

«Dağlar, a dağlar,
Mənim qürurum dağlar...»

VətənpərvərMay 8, 2008 16:03
"Biz Şuşanı ona görə itirdik ki, Şuşanı özümüzünkü hiss etmirdik"

"Biz Şuşanı ona görə itirdik ki, bu şəhəri özümüzünkü hiss etmirdik. Ən böyük problem o oldu ki, biz Şuşanı özümüzünkü hiss etmədik və ona görə də Şuşa getdi". Bu barədə ANS PRESS-ə müsahibəsində tanınmış yazıçı-publisist, ANS-in "Zorxana" verilişinin aparıcısı Orxan Fikrətoğlu bildirib. "Biz torpağımıza da çox təəssüf ki, SSRİ-nin bir hissəsi kimi baxırdıq. Get-gedə bizim şüurumuzda milli dəyərlər, öz ərazimizə sahib durma və digər milli özəlliklər formalaşır. Amma görünür, o dövrdə bizdə bu hiss yox idi. Ona görə biz Şuşanı verdik",-deyən O.Fikrətoğlu əlavə edib ki, Şuşanı itirməyimizin bir səbəbi də təşkilatlanmanın olmaması, həmçinin ölkədə Sovet İttifaqının saxlanmasını istəyən, müəyyən strukturlara işləyən qüvvələrin olması ilə bağlıdır.

O.Fikrətoğlunun fikrincə, Şuşanı almaq üçün birinci növbədə mətbuatda, hüquq sistemində və orduda şəffaflıq olmalıdır: "Yəni biz bilməliyik ki, Azərbaycanda hərbi xərclərə ayrılan vəsaitə nə alınıb. Ordu güclənməlidir, təşkilatlanmalıdır. Cəmiyyətin iqtidar qarşısında sosial sifarişi olmalıdır ki, Şuşanı al. Ondan sonra mənə elə gəlir ki, iqtidar Şuşanı almaq uğrunda düşünəcək və alacaq. Nə qədər ki, xalqın öz istəyi, yəni sosial sifariş kimi xalq Qarabağı, Şuşanı istəmir, o vaxta qədər Şuşa alınmayacaq. Biz özümüz Şuşanı almaq istəyən vaxt Şuşa alınacaq".

O, Avropa Şurası, BMT və digər beynəlxalq təşkilatların Şuşanı Azərbaycana qaytaracağına inanmadığını vurğulayıb və bildirib ki, həmin təşkilatların bu işdə öz marağı var. Şuşanın kimlər tərəfindən verilməsinə gəldikdə isə, O.Fikrətoğlu qeyd edib ki, bu, məhkəmə-hüquq sisteminin işi olsa da, Şuşanın verilməsində maraqlı olan qüvvələr bəllidir: "Ancaq hər halda Şuşanı ermənilər və ruslar almadı. Şuşanı həm də verdilər. Azmışlar, mənə elə gəlir ki, azmışlar verdilər. Biz- Azərbaycan ərazisində yaşayan bütün xalqlar, o cümlədən ruslar, yəhudilər Azərbaycanın bütövlüyü uğrunda vuruşurdular. Bizim bu birliyimizə, azərbaycançılığımıza o vaxt da, bu vaxt da kölgə salmaq istəyənlər bir şeyi bilsinlər ki, Azərbaycan bütövdür və Şuşanı da elə bütöv Azərbaycan alacaq. Yəni burada heç bir milli problem yoxdur. İkincisi, sırf sovet ideologiyasına, Rusiyaya işləyən qüvvələr var idi və onlar da Azərbaycanda destabilliyin yaradılmasında maraqlı idilər, torpaqların getməsində maraqlı idilər. Və təbii ki, ermənilərin puluna işləyənlər var idi, sadəcə bunları hüquq-mühafizə orqanları bu gün də nədənsə axtarıb tapmır".

O bildirib ki, bugünkü "Zorxana" verilişində həmişə olduğu kimi, xalqı ən azı Şuşanı unutmamağa çağıracaq: "Çünki hələ bu gün Şuşanın alınmasından söhbət getmir, sadəcə olaraq unudulmamasından gedir. Şuşa unudulub. Mənə elə gəlir ki, Kütləvi İnformasiya Vasitələri, xüsusilə elektron mətbuat bu gün ancaq Şuşadan danışmalıdır".

BölməsizŞərhlər(0) 10
VətənpərvərMay 8, 2008 15:45
Dağlıq Qarabağın Azərbaycanlı İcması ictimai birliyinin rəhbəri Nizami Bəhmənov belə hesab edir

Danışıqlar prosesində yaranmış vəziyyət və beynəlxalq ictimaiyyətin tutduğu mövqe Azərbaycanı Dağlıq Qarabağ probleminin həllində hərb yoluna üstünlük verməyə vadar edəcək. Dağlıq Qarabağın Azərbaycanlı İcması ictimai birliyinin rəhbəri Nizami Bəhmənovun sözlərinə görə, bunun üçün Azərbaycanın kifayət qədər əsası var.
“Azərbaycan hərb yolu ilə torpaqlarını işğaldan azad edəcək. Ermənistanın bu gün qeyri-konstruktiv mövqeyi, buna rəhbərlik edən, bu münaqişəni sülhlə həll etmək məqsədini güdən beynəlxalq təşkilatların mövqesizliyi, heç bir beynəlxalq hüquqa söykənməyən bəyanatalar sonda gətirib çıxaracaq ki, Azərbaycan da döyüşə hazır olan insanların qüvvəsi ilə, ordunun gücü ilə torpaqlarını işğaldan azad edəcək. Bunun üçün Azərbaycanın əlində bütün sənədlər var. Zirvə görüşünün sənədi, BMT-nin 4 qətnaməsi, sonuncu qətnamə, Avropa Şurasının Ermənistanı işğalçı dövlət kimi tanınması, faktaraşdırıcı missiyanın ora gəlməsi, erməni əhalisinin orada qeyri-qanuni yerləşdirilməsi, torpaqların yandırılması və s.

BölməsizŞərhlər(0) 9
VətənpərvərMay 8, 2008 15:36

Düz 16 il öncə, 1992-ci il mayın 8-də erməni-rus hərbi birləşmələri Qarabağın mərkəzi Şuşa şəhərinin üzərinə hücuma keçiblər və qeyri-bərabər döyüşlərdən sonra bu qədim Azərbaycan şəhəri işğal edilib.

 Elə o vaxtdan ölkə ictimaiyyəti hər il mayın 8-ni Şuşanın işğalı günü kimi qeyd edir. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı əməkdaşımızla söhbətində bu il də təşkilat fəallarının Şuşa Şəhər İcra Hakimiyyətilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edəcəklərini bildirdi: “Artıq bununla bağlı Şuşa İcra Hakimiyyəti ilə razılığa gəlinib. Aksiyada Şuşa əhalisi ilə yanaşı, ziyalılar, elm xadimləri iştirak edəcək”.
Akif Nağı ciddi etirazlardan sonra mayın 9-da Azərbaycan-İsrail Dostluq Xiyabanının açılışının təxirə salındığını da dedi. Qeyd edək ki, bu gün həmçinin “Həsrət Yolu” Əsir və Girovlara kömək İctimai Birliyi Gənclər Təşkilatı “Xarı bulbül həsrətlə bizi gözləyir” adlı tədbir düzənləyəcək.

VətənpərvərMay 8, 2008 15:02

İstəyir ki, salam desin Azərbaycan əsgərinə. Müjdə versin dörd tərəfə. Qələbəni müjdələsin. “Əhsən!” desin Azərbaycan əsgərinə bizim Şuşamız!!!

8 may! Bu tarix təqvimə qara rənglə həkk edilib. Azərbaycan tarixində böyük bir itki. Sağalmaz yara. Alınmaz qala Şuşanın alınması tarixidir bu tarix.

Şuşa. Bu Şuşa bizim Şuşadır. Bu torpaq bizim torpaqdır. Bizim, yəni hamımızın. Hamımızın dərdidir bu dərd. Bəlkə elə ona görə də hammız bu dərdi çəkməliyik. Hər dəfə 8 may gələndə utanmalıyıq özümüzdən. Tarixdəki 8 maydan. Ona görə ki, qəriblikdə olan Şuşa, bizim Şuşa, bizi axtarır, səsləyir bizi. Bizim körpələrin səslərini eşitmək istəyir. Bizim əkməyimizi istəyir öz torpağını, bizim sevməyimizi istəyir öz dağını, öz daşını.

Bezib Şuşa, səssizlikdən bezib Şuşa. İstəyir ki, tufan qopsun, mərmilərdən leysan olsun ətəyində. Topların gurultusunu, tankların xırıltısını, Azərbaycan əsgərinin “İrəliyə!” səsini eşitməyə həsrət qalıb Şuşa.

İstəyir ki, salam desin Azərbaycan əsgərinə. Müjdə versin dörd tərəfə. Qələbəni müjdələsin. “Əhsən!” desin Azərbaycan əsgərinə. Yəni bizim əsgərlərə. Çünki bizim Şuşadır O. Orda olan Cıdır düzü bizimdir. Torpağında bitən gül və tikan bizimkidir. Ovuclasan torpağını yerə töksən əlindəki qalan torpaq qalıqları bizimkidir. Ətəyindən axan bulaq bizimkidir. Göylərindən yağan yağış bizimkidir...

Budur yenə, xain tarix! Dövr elədi, gəldi çatdı 8 maya. Bizi Şuşanın bizsizliyi biz vurubdur ürəyimə. Utanıram mən özümdən. Qorxağam mən?! Axı gəl-gəl deyir 16 il həbsdəki bizim Şuşa. Qulağımı bağlayıram eşitməyim o səsləri. Gözlərimi yumuram ki, görməyəm mən anaların fəryadını, oxumuram tariximi. Utanıram kitabdakı o cümlədən, o tarixdən, 8 maydan...

8 mayda otururam öz evimdə, çıxmıram mən şəhərə. Utanıram üzərində şəkil olan reklam lövhəsindən, utanıram parkda gəzən bixəbər millətimdən. Utanıram musiqini “Şuşa” adlı kafelərdə eşidəndə. Utanıram özümüzdən.

“Bizim Şuşa” deyəndə də utanıram həm Şuşadan, həm də onun önündəki “biz” sözündən. Bizdə olmayana “bizim” deyib toxdadırıq özümüzü. Bu yolla da keçiririk 8 mayda günümüzü. Xatırlamaq istəmirik biz bu günü. Məhz bu gündə bağlayırıq qulağımızı, eşitməyək biz Şuşanın “gəl” səsini.

Amma vicdan! Vicdan öz nəğməsini çalır bizə həzin-həzin. Layla deyir könlümüzə - Qorxmazlığın laylasını. Qulağımız duymasa da vicdan duyur Şuşamızın “gəl” səsini.

İstəyirəm od qalayım. Gəlsin bura görən odun tüstüsünü. Onlarla verəm əl-ələ. Sipər olaq, birlik quraq. Eşitdirək mərmilərin səsini Şuşamıza. “Salam” desin bizə Şuşa. Qələbəni müjdələyək. Qırmızı rəngdə yazaq 8 mayı təqvimimizə. Sevinək gələndə bu gün. Qələbə günü olsun bizə. Utanmayaq 8 maydan, utanmayaq özümüzdən...

İstəyirəm ki, “çıx!” deyək erməniyə. Qovaq onu Şuşamızdan. Elə qovaq, qaçanda da özü ilə aparmasın bir daşı da, ayaqqabısını altında qalan quru torpağı da. Havanı da aparmasın. Udmasın heç Şuşamızın havasını...

Bunlar mənim istəyimdir, arzumdur ki, belə olsun. Gücüm çatmır mənim arzum reallaşsın. Dostum çatmır mənim arzum reallaşsın. Necə deyim parkdakı camaata mənim dostum, necə deyim kafelərin sahibinə mənim dostum…

Nə olaydı, 8 mayda hər yerdə olaydı Şuşa. Təkcə bugün lövhələri Şuşadakı məscidlərin, qalaların şəkilləri bəzəyəydi. Nə olaydı, dost olaydı. Nə olaydı, Şuşamızı qaytaraydıq. Nə olaydı, Şuşamızın havasını biz udaydıq... “Nə olaydı” dediklərim kaş olaydı...

Xəqani SƏFƏROV,
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

VətənpərvərMay 7, 2008 23:42
Bu gün Azərbaycanın dilbər güşəsi olan Şuşanın işğalından 16 il keçir

Ermənistan Silahlı Qüvvələrinin Şuşaya hücum planı 1992-ci il martın 21-nə planlaşdırılsa da, Xankəndindəki ermənilərin təhlükəsizliyi təmin olunmadığından əməliyyat təxirə salınır. Ya aprelin 24-ü - ermənilərin qondarma soyqırımı günü, ya da uzağı 9 may - faşizm üzərində qələbə günü Ermənistan Silahlı qüvvələri genişmiqyaslı hücuma keçməli idilər.

Həmin vaxt ərazidə artıq könüllü özünümüdafiə batalyonları formalaşmışdı: Ramiz Qəmbərov, kərkicahanlı İslam və Fəxrəddin Səfərovun dəstəsində ümumilikdə 500-ə yaxın könüllü vuruşurdu. Əsas müdafiə mövqelərindən birində Müdafiə nazirliyinin bir briqadası (komandir Elbrus Orucov) və 777-ci əlahiddə tabor (komandir Elçin Məmmədov) dayanmışdı.

Şuşa şəhərində 23 min əhalidən cəmi 8 mini qalmışdı, qoşun idarə oluna bilmirdi. Şuşa-Laçın qarnizonun komandiri Elbrus Orucov təyin olunsa da, komandirlərin onunla hesablaşmadığı barədə hətta müdafiə naziri Rəhim Qazıyevə gileylənmişdi də.

Eyni vaxtda Tehranda Ermənistan prezidenti Levon Ter-Petrosyan və Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov, İran prezidenti Haşimi Rəfsancaninin vasitəçiliyi ilə atəşkəs haqda ilkin razılığa gəlsə də, vəziyyət Ermənistanın xeyrinə doğru dəyişməyə başlayır. 7-8 gün ərzində Ermənistan Silahlı Qüvvələri bütün gücünü səfərbər edərək, Şuşaya «Svadba v qorax» adlı hücum planı hazırlayır. Həmin plana görə, Ermənistan Silahlı Qüvvələri ən peşəkar zabitlərin rəhbərliyi altında mayın 8-də Şuşa üzərinə 11 minlik qoşunla hücum edəcəkdi. Azərbaycan Silahlı qüvvələri isə atəşkəsin uzunmüddətli olacağına arxayınlaşıb, hərbçiləri kütləvi halda ezamiyyətə göndərir. Ərazidə olan min nəfər hərbçidən yeddi yüzü qalır. Könüllü batalyonlarda silah demək olar ki, yox idi. Fəxrəddin Səfərovun 480 nəfərlik batalyonunda cəmi 70 avtomat var idi.

Mayın 7-si briqada komandiri Elbrus Orucov zirehli texnikanın ATƏT nümayəndələrinin gözlənilən səfərindən gizlədilməsi üçün Müdafiə naziri Rəhim Qazıyevdən əmr alır. Bu əmr, demək olar ki, ərazidə olan texnikanın məhvi ilə nəticələnir (Azərbaycan Silahlı Qüvvələri tank və PDM-ləri «aşağı zapravka» deyilən yerə çəkmişdilər). Şuşada son döyüşə cəmi 1 tank və 1 PDM qalmışdı.
Mayın 7-sindən 8-inə keçən gecə saat 2-yə 20 dəqiqə işləmiş Ermənistan Silahlı Qüvvələri 11 minlik qoşunla Şuşaya hər tərəfdən - Qırxpilləkan deyilən yerdən, Daşaltı, Qaybalı yolu, Şüşikənd istiqaməti və Hacıtalasından hücuma keçdilər. Təkcə «Zastava» deyilən posta Daşaltı tərəfdən 3 min erməni hərbçisi qalxmışdı. Səhər saat 7-yə yaxın əsas istiqamətlərdə olan postlar tutulmuşdu - strateji yüksəkliklərdən biri - Kirs dağında Ermənistan Silahlı Qüvvələrinin artilleriya briqadası oturmuşdu. 12 saat ərzində Şuşa, şəhər ətrafına düzülmüş topların atəşinə məruz qaldı.

Ağır döyüşlər mayın 8-i axşam saat 8-ə qədər getdi - Şuşa həbsxanasında və «aşağı Zapravka»da 777-ci əlahiddə alay böyük itki verdi - bu döyüşdə alayın 132 əsgərindən yüzü həlak oldu. Könüllü batalyonların döyüşçülərindən və Şuşa sakinlərindən də 200 çox adam həlak oldu və ya itkin düşdü.

Şuşa uğrunda gedən döyüşlər zamanı bir insident də diqqəti çəkir: axşam saat 8 radələrində Ağdamdan qalxan helikopter (Azərbaycan Silahlı Qüvvələrinə məxsus idi) Azərbaycanın mövqelərini bombardman etdi - deyildiyinə görə, səhvən.
Axşam saat 9-a yaxın Şuşada 2 «QRAD» qurğusu, 1 tank və 1 PDM, 30-40 döyüşçü qalmışdı. Ermənistan Silahlı qüvvələri «aşağı zapravka» deyilən yeri artıq götürmüşdülər. Xəlfəli, Qaybalı və Kosalarda döyüş gedirdi. Bu vaxt Elbrus Orucov olub-qalan qoşunun Şuşa şəhərini tərk etməsi barədə şəxsən əmr verir. Hətta şəhərdən çıxmaq istəməyən könüllü döyüşçülərdən bəzilərini əmr yerinə yetirilməsə, güllələməklə hədələyirlər. Beləliklə, qoşun Turşsuya çəkilir.

Mayın 8-də şəhərin müdafiəsi üçün Şuşaya ezam olunan Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadovu və onun dəstəsini də Zarıslı kəndində qarşılayıb «Şuşa artıq işğal olunub, geri qayıdın» deyirlər. Sonralar tutulan radiodanışıqlardan məlum olub ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun şəhərdən çıxmasını tələ hesab edərək 1 gün ancaq kəşfiyyat aparırlar. Və Ermənistan silahlı qüvvələri yalnız mayın 9-unda axşam Şuşada arxayınlıqla mövqe tutur. Erməni hərbçilərinin heç bir maneəyə rast gəlməməsi təəccüb doğurur. Belə ki, Xankəndindən Şuşaya gələn yol minalanmalı idi və o vaxtkı müdafiə naziri Rəhim Qazıyevin dediyinə görə, minalanmışdı. Amma minalar işə düşməmiş və Ermənistan ordusu heç bir itki vermədən Şuşaya yerimişdi. Başqa bir maraqlı fakt, «Əmanət bankı»nın Şuşa filialının rəhbərinin həmin ərəfədə öldürülməsi və təxminən 15 milyon rublun (o zamanın kursu ilə təxminən 10 milyon dollar) oğurlanması idi. Belə ki, inkassator maşını Şuşa şəhərini tərk edərkən Əmanət bankın Şuşa filialının rəhbəri yolda başından balta ilə qətlə yetirilib və inkassator maşınını bundan sonra Şuşa şəhər icra hakimiyyətinin başçısı Nizami Bəhmənov və Şuşa polis şöbəsinin rəis müavini Eldəniz Quliyev Tərtərə qədər müşayiət ediblər. 1994-cü ildə Eldəniz Quliyev Zaqatalada güllələndi. Şuşa şəhər icra hakimiyyətinin başçısı Nizami Bəhmənovdan da bu barədə heç nə soruşmamağımızı xahiş etdilər - «əsəbiləşir» - dedilər. Və belə maraqlı bir izahat verdilər ki, əslində həmin vaxt Şuşa camaatı üçün göndərilən yardım (adambaşına 500 rubl) yoxa çıxıb, yəni bankdakı 15 milyon rubl elə orada qalıb. Qeyd edək ki, bu faktla bağlı Şuşanın işğalına dair qurulan məhkəmədə heç bir araşdırma aparılmadı.

Mayın 8-dən 11-nədək müdafiə naziri Rəhim Qazıyev silah-sursat almaq üçün Moskvada - Rusiyanın müdafiə naziri Pavel Qraçovla danışıqlar aparırdı. Bu danışıqlardan sonra Qraçov, Rusiya hərbi bazalarından Azərbaycan Silahlı Qüvvələrinə 10 ədəd tank və 10 ədəd PDM ayrılması barədə göstəriş verir.

Amma zirehli texnika Zəngilan-Qubadlı yoluna çatanda qoşundan əsər-əlamət yox idi. Rəhim Qazıyev deyir ki, qərargah rəisinin müavini polkovnik Səfər Əbiyev karvanı buraxıb ərazini tərk etmişdi. Şuşadan çıxan qoşundan qalan hərbçilər Turşsuda düşüb gözləmə mövqeyi tutmuşdular. Əsgərlərdən qumbaraatanlar və avtomatların nişangahları yığılmışdı.

Həmin ərəfədə Bakıda prezidentlik davası gedirdi. Azərbaycan Xalq Cəbhəsi ilə mütəllibovçuların qarşıdurması bütün qüvvələrin cəbhəyə deyil, Ali Sovetin qarşısına yönəltməklə nəticələnir. Mayın 14-də Rusiyanın Azərbaycandakı hərbi bazaları Ayaz Mütəllibovun hakimiyyətə gəlişi ilə Şuşaya əks-hücuma keçməli idi. Lakin Mütəllibov hakimiyyətə gəlmədi…
Şuşanın işğalına görə cəmi 2 nəfər cəzalandırıldı: batalyon komandiri Nail Kazımov (13 il həbs cəzasına məhkum edildi və sonradan əfv olundu) və keçmiş müdafiə naziri Rəhim Qazıyev (əvvəlcə ömürlük həbs cəzasına məhkum edildi, sonradan təkrar məhkəmə prosesi nəticəsində ona 15 il iş kəsildi. Bu il isə əfv edildi). Şuşanın işğalına görə təqsirli bilinən keçmiş müdafiə naziri artıq bəraət almaq üçün sənədlərini Avropa Məhkəməsinə göndərib. Amma Qazıyev özünün dediyi kimi, qərəzli və iddialı deyil. Deyir ki, riyaziyyatçı olduğuna görə əsl günahkarların adını hələ çəkmək istəmir.

İndi Şuşa şəhərinə azərbaycanlılar kosmosdan baxa bilər. Əldə etdiyimiz məlumata görə, Şuşada yalnız kilsə və həbsxana, Şuşa-Xankəndi və Şuşa-Laçın yolları tam təmir edilib, 4 yeni yaşayış binası istifadəyə verilib. Vəziyyətləri pis deyil: dağlarda toydur, bir zamanlar döyüş olardı…

VətənpərvərMay 7, 2008 23:37
Şəhərdəki üç bina «Blak Qarden Tufenkyan» şirkətinə satılıb

«Blak Qarden Tufenkyan» şirkəti Şuşadakı dağılmış üç binada turizm mərkəzi yaratmaq istəyir. Regnum agentliyinin məlumatına görə, həmin binaların və onlara məxsus torpaq sahələrinin satılması barədə qərar Dağlıq Qarabağ separatçılarının qondarma hökumətinin iclasında qəbul olunub. «Blak Qarden Tufenkyan» şirkəti ilə bağlanmış müqaviləyə görə, alıcı 1 may 2012-ci ilədək 465 min dollar məbləğində ikimərhələli 2 investisiya proqramını həyata keçirməli, 30 müvəqqəti və 20 daimi iş yeri yaratmalıdır.

Qeyd edək ki, «Blak Qarden Tufenkyan» şirkəti Ceyms Tufenkyan alı bir erməniyə məxsusdur. O, mehmanxana biznesi, tikinti və dizayn işləri ilə məşğul olur.

  Yazılar cəmi: 158    Sonrakı səhifə »