Reklam verin!

Qaradağlı faciəsinin qurbanlarının xatirəsi Beyləqanda yad edilib

Fevral 19, 2008 18:39

ATƏT-ə, BMT-yə, Avropa Şurasına və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə müraciət   qəbul   olunub    Ermənistan silahlı qüvvələrinin və     sovet    ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi Qaradağlı faciəsindən 16 il keçir.  Ötən  əsrin  dəhşətli faciələrdən  olan  Qaradağlı qurbanlarının  xatirəsi Beyləqanda  yad edilib.    Beyləqanda yerləşən Xocavənd icra hakimiyyətinin təşkil etdiyi anım mərasimində Qaradağlı uğrunda gedən döyüşlər xalqın yaxın qəhrəmanlıq tarixi kimi xatırlanıb. Anım mərasimində Xocavənd rayon sakinləri adından ATƏT-ə, BMT-yə, Avropa Şurasına və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə müraciət qəbul olunub, ermənilərin Qaradağlıda törətdikləri vəhşiliklərə və soyqırıma qiymət verilməsi tələb edilib.
 Qeyd edək ki, Qaradağlı kəndi 5 gün ərzində mühasirədə qalıb və bu müddətdə kənd əhalisi qəhrəmanlıqla müdafiə olunub. Lakin qeyri-bərabər döyüşlərdən sonra 1992-ci il yanvarın 17-də Qaradağlı işğal edilib.
İşğaldan sonra Ermənistan ordusu yaşayış məntəqəsini yerlə yeksan edib. Kəndin müdafiəsi zamanı 13 yerli sakin şəhid olub,104 nəfər əsir götürürülüb. Əsirlərdən 54-ü işgəncə verilərək vəhşicəsinə qətlə yetirilib.

Vətənpərvər | Xocalı | Şərhlər(0) | Baxış sayı: 67

Açar sözlər:


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha