Qarabağ Azadlıq Təşkilatının İdarə heyətinin genişlənmiş toplantısı keçirilmişdir. Toplantı iştirakçıları BMT Baş Assambleyasında “Azərbaycanının işğal olunmuş ərazilərindəki vəziyyət haqqında” qətnamə ilə bağlı səs verməninin nəticələrindən sonra yaranmış vəziyyəti müzakirə etmış və bir sıra qərarlar qəbul etmişlər.
1. Toplantı iştirakçılarnın qərarına Minsk qrupunun buraxılması tələbi ilə kütləvi imzatoplama kompaniyasına başlanılır. İmzatoplama kompaniyasına ölkənin digər ictimai və siyasi qrumlarının cəlb olunması nəzərdə tutulur. Bu qərar Minsk qrupunun əksər üzvlərinin, o cümlədən həmsədr ölkələrin təqdim olunan qətnamə layihəsinin əleyhinə səs vermələri, ya da bitərəf qalmaları ilə əsaslandırılır.
2. Toplantıda həmçinin səsvermə zamanı bitərəf qalmış ölkələrin Azərbaycandakı səfirliklərində mütamadi görüşlərin keçirilməsi, izahat işinin aparılması məqsədilə bir neçə qrup yaradılmışdır. Əsasən ziyalıların daxil olduğu bu qruplar yaxın vaxtlarda səfirlərlə görüşlərə başlayacaqlar.
3. Digər qərar səsvermədə bitərəf qalmış ölkələrin mətbuatı, ictimaiyyəti, tanınmış şəxsiyyətləri ilə əlaqələrin genişləndirilməsi ilə bağlı olmuşdur. Həmin ölkələrə internet vasitəsi ilə obyektiv informasiyanın göndərilməsi nəzərdə tutulur.
4. Toplantı iştirakçıları təşkilatı məsələyə də baxaraq , Qarabağ Azadlıq Təşkilatının növbəti 3-cü qurultayının bu il mayın 30-da keçirilməsi haqda qərar qəbul etmişlər.
5. Toplantıda həmçinin bəyanat qəbul olunmuşdur.
BMT Baş Assambleyasının 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında” qətnamənin qəbul olunmasını müsbət hadisə kimi qiymətləndirir, Azərbaycanın haqq işinə dəstək vermiş ölkələrin mövqeyini təqdir edirik. Bununla yanaşı qətnamənin əleyhinə səs vermiş ölkələrin qərəzli mövqeyini ittiham edir, bitərəf qalmasına görə Azərbaycanın Xarici İşlər nazirliyi, xaricdə yaşayan azərbaycanlılara iş üzrə Dövlət Komitəsi, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında və digər beynəlxalq qurumlarda fəaliyyət göstərən deputat qrupları, Milli Məclisin ayrı-ayrı ölkələrlə dostluq qrupları, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri birbaşa məsuliyyət daşıyırlar. Bu qurumların hər biri, xüsusi ilə də səfirliklərlə baglı məsələ Milli Məclisdə müzakirəyə çıxarılmalı, araşdırmalar aparılmalı, günahkarlar cəzalandırılmalıdır.
Qarabağ Azadlıq Təşkilatı Mətbuat Xidməti
