Ermənistan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bərpasına hazır olmalıdır. Bu bəyanatla Ermənistanın müdafiə naziri Seyran Ohanyan çıxış edib. O deyib ki, Ermənistan hazırkı «nə hərb, nə sülh» şəraitində ordudakı dəyişiklər vasitəsilə qüvvələr nisbətini qorumağa çalışır.
Ermənistanda baş vermiş hadisələrin münaqişənin nizamlanması prosesinə təsiri barədə suala cavabında Seyran Ohanyan bildirib ki, danışıqlar planlaşdırılmış qaydada davam etdirilsə də, ölkədaxili vəziyyət Ermənistanın imicinə təsirsiz ötüşməyib.
