Reklam verin!

Məzar daşlarından villa tikilir

Aprel 29, 2008 22:28

Xocavəndin Qarakənd kəndində inşa olunmuş villanın tikintisində azərbaycanlı məzarlarından götürülmüş mərmərlərdən istifadə olunub

Ermənilər işğal etdikləri torpaqlarda Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının əsas ideoloqlarından biri, yazıçı Zori Balayan üçün mərmərdən villa inşa ediblər.

APA-nın məlumatına görə, Xocavənd rayonunun Qarakənd kəndində inşa olunmuş villanın tikintisində işğal altındakı ərazilərdə olan, azərbaycanlıların dəfn edildiyi qəbiristanlıqlarda məzarların üstündəki mərmərlərdən istifadə olunub. Villa bütünlüklə mərmərdən tikilib. Ermənilər məzarların üstündən sökdükləri mərmərlərdən digər tikintilərdə də istifadə edirlər.

Təmas xəttində yanğınlarla bağlı keçirilən monitorinqlərdə iştirak etmiş Ağdam rayon Ekologiya və Təbii Sərvətlər şöbəsinin sektor müdiri Zabil Bağırov APA-ya bildirib ki, işğal altındakı ərazilərdə yaşayış evləri, sosial obyektlər, qəbiristanlıqlar, mədəni-tarixi abidələr ermənilər tərəfindən, həqiqətən də dağıdılır.

Onun sözlərinə görə, tikililərdən sökülən materiallar işğal olunmuş ərazilərdən İrana aparılır: “Özümüz Xankəndində 30-dək iritutumlu yük maşını gördük. Maşınların sahibləri Azərbaycan dilində danışan iranlılar idi. Onların sözlərinə görə, binaları özləri seçir, pulunu ödəyir, sökərək materiallarını aparırlar”.


Vətənpərvər | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 79

Açar sözlər:


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha