Reklam verin!

Əsir əsgər Vüsal Heybətov bu gün Azərbaycan tərəfə təhvil verilib

May 3, 2008 20:09

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb

Ermənistan hərbiçiləri tərəfindən bu il aprel 11-də Ağdam rayonu istiqamətində əsir götürülmüş, Azərbaycan Ordusunun əsgəri, Qobustan rayonu Xilmilli kənd sakini 1989-cu il təvəllüdlü Vüsal Şirsultan oğlu Heybətov bu gün Azərbaycan tərəfə təhvil verilib. Bu barədə Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda bildirilib ki, Dövlət Komissiyasının İşçi Qrupunun beynəlxalq təşkilatlarla müntəzəm apardığı danışıqlar nəticəsində, bu il aprelin 11-də Ermənistan Respublikası hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri, 1989-cu il təvəllüdlü Heybətov Vüsal Şirsultan oğlu bu gün Ağdam rayonunun Baş Qərvənd kəndi istiqamətində, qoşunların təmas xəttində əsirlikdən azad olunaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təhvil verilib. Onun sağlamlıq durumu normaldır. Prosesdə Dövlət Komissiyası İşçi Qrupunun, Müdafiə Nazirliyinin və neytral vasitəçi qismində Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları iştirak edib. Tədbir beynəlxalq humanitar hüquq normalarına uyğun keçirilib və insidentsiz başa çatıb.


Vətənpərvər | Cəbhə | Şərhlər(0) | Baxış sayı: 21

Açar sözlər:


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha