Bu barədə məlumat Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytında yerləşdirilib
Türkiyə hərbi aviasiyasının Şimali İraqda mayın 1-də axşam saatlarından başlayaraq həyata keçirdiyi əməliyyatlar zamanı 150 PKK terrorçusu məhv edilib. Bu barədə məlumat Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytında yerləşdirilib. Məlumatda deyilir:
“Mayın 1-dən 2-nə keçən gecə İraqın şimalındakı hava hərəkatının nəticəsində PKK-ya məxsus təsislərdən hədəf kimi təyin olunanların hamısı məhv edilib. Onların arasında terror təşkilatını idarə etməyə çalışan bir terrorçunun tez-tez qaldığı yerlər də var”.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı bildirir ki, hava hücumu PKK-çılar arasında böyük çaxnaşma yaradıb. Məhv edilmiş terrorçular arasında PKK rəhbəriyindəki şəxslərin ola bilməsi də mümkündür.
