


Millət vəkilləri, «Gənc Liderlər» Uşaq Təşkilatının fəxri üzvləri Ülvi Quliyev, Fəttah Heydərov,Qənirə Paşayeva təşkilatı 2 illik yubileyi münasibəti ilə təbrik edib. Milli Məclisin üzvləri təşkilatın fəaliyyətini yüksək qiymətləndirərək, «Gənc Liderlər»in fəaliyyətinin uşaqların inkişafı, lider kimi yetişməsinə yönəldiyini bildiriblər.Millət vəkilləri təşkilatı fəaliyyətlərinin 2 ili münasibəti ilə ilə təbrik edərək, uğurlar arzulayıblar.
Xatırladaq ki,Gənc Liderlər Uşaq Təşkilatı 2006-cı ildə yaranıb.Qurumun rəhbəri Fərid Şahbazlıdır.Təşkilat tanınmış siyasətçilərin,ziyalıların iştirakı ilə I və II Qarabağ formunu keçirib.Yəni təşkilat öz sıralarında vətənpərvər gəncləri birləşdirir.
