Bu gün Bakı Məktəbliləri Parlamenti(BMP) və Azərbaycan Qarabağ İnformasiya Agentliyinin birgə təşəbbüsü ilə "vərəqə yağışı" kompaniyası keçirilib.
Bu gün Bakı Məktəbliləri Parlamenti(BMP) və Azərbaycan Qarabağ Gəncləri İnformasiya Agentliyinin birgə təşəbbüsü ilə Bakının mərkəzi küçələrində (28 may metrosunun yanı, Sahil metrosunun yanı, Nizami küçəsi (Tarqovıy) Şuşa və Laçının işğal günü münasibəti ilə maarifləndirici «Vərəqə yağışı» kompaniyası keçirilib. Parlamentin Qarabağ daimi Komissiyasının təşkilatçılığı ilə baş tutan aksiya barədə komissiyanın rəhbəri Qazax Nağı aşağıdakıları dedi:
«Aksiyada BMP-nin 10-ya yaxın üzvü iştirak etmişdir. Aksiya zamanı şəhər sakinlərinə 150-dən artıq Şuşa və Laçının tarixini əks etdirən maarifləndirici vərəqə paylanılıb. Vərəqələrdən bir neçəsi taksi sürücülərinə verilib və onlardan maşının bütün müştərilərin görə biləcəyi bir yerindən asması xahiş olunub.
Kompaniya zamanı sorğu da keçirilib.Nəticə isə heç də ürəyaçıcı deyil.Sorğu keçirdiyimiz 150-dən artıq respondentin arasında “18 may və 8 may sizə nəyi xatırladır?” sualına ya cavab verə bilmirdilər,ya da üzlərini çevirib düz gedirdilər»
BMP-nin Qarabağ komissiyasının sədri Qazax Nağı bunun günahını telekanallarda görür.”Biz bu gün öz imkanlarımız daxilində ən azı 150 nəfərə bu məlumatları verə bildik.Bəs geridə qalan milyonlarla insan? Hesab edirəm ki,bunun günahı telekanallardadır.Çünki 20% torpağı işğal altında olan bir dövlətin telekanalları əyləncəli konsertlərə,musiqili proqramlara,əxlaqsız filmlərə üstünlük verir,nəyinki,Qarabağa aid kadrlara,sənədli filmlərə,vətənpərvər telelayihələrə.Qazax Nağı qeyd edib ki,”Azərbaycanlıların Şuşa və Laçının işğalı günlərini bilməməsi bu rayonların işğal olunmasından da böyük faciədir.”Xatırladaq ki, Bakı Məktəbliləri Parlamenti "Gənc Liderlər" Uşaq Təşkilatının təşəbbüsü ilə təsis olunub.
