Səməd bəy Mehmandarov: "Rus hökmdarlığından azad olmuş türk xalqının yadına salmaq lazımdır ki, biz həmişə asılı vəziyyətdə olmamışıq"Bu il 24-25 aprel tarixlərində Türkiyənin Gelibolu yarımadasında Çanaqqala savaşlarının yadigarı olan türk şəhidliklərini gəzəndə bir daha əmin olduq ki, altı yüz il ərzində az qala dünyanın yarısını idarə edən Osmanlı İmperiyası mövcudluğunun son akkordlarını da şərəflə vurub. Əslində cəmi bir il ərzində təkcə Çanaqqala savaşlarında 250 min övladını itirən Türk milləti keçmişin hesabatını verib və gələcəyini qurub, şəhid övladlarının qanı, canı bahasına Türkiyə Cümhuriyyətini yaradıb.
