İyunun 3-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək. Monitorinqin Qazax rayonunun Məzəmli kəndi yaxınlığında, qoşunların təmas xəttində keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin köməkçiləri Antal Herdiç və İrji Aberle, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Vladimir Çountulov keçirəcəklər.
