Reklam verin!

«İşğal davam etsə, münaqişənin hərbi yolla həlli qaçılmaz olacaq»

İyun 4, 2008 20:55

Eldar Sabiroğlu: «Iyunun 3-də Qazaxın Məzəmli kəndində keçrilməsi planlaşdırılan monitorinqin baş tutmamasında Azərbaycan tərəfi məsuliyyət daşımır»

«Son iki ayda Ermənistan silahlı qüvvələri mütəmadi olaraq atəşkəsi pozur. Nəticədə hər iki tərəf itkilər verir. Əgər belə davam edərsə, o zaman Dağlıq Qarabağ münaqişəsinin  hərbi yolla həlli qaçılmaz olacaq».  Bunu Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bu gün keçirdiyi keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, atəşkəs rejimi əsasən Ağdam. Xocavənd, Tərtər, Füzuli və Tovuz istiqamətlərində pozulur: «Goranboy, Qazax, Cəbrayıl, Göygöl rayonları ərazisində isə bu aylar ərzində nisbətən az pozuntu qeydə alınıb. Əgər işğal davam edəcəksə, əlbəttə, vəziyyət nəzarətdən çıxa və bölgədə arzuolunmaz şərait yarana bilər. Ermənsitan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkilməlidir. Əks təqdirdə hərbi yol qaçılmazdır».   
     
Eldapr Sabiroğlu iyunun  3-də Qazaxın Məzəmli kəndində keçrilməsi planlaşdırılan monitorinqin baş tutmamasında Azərbaycan tərəfinin məsuliyyət daşımadığını  bildirib. Onun sözlərinə görə, bu qərar ATƏT sədrinin  şəxsi nümaynədəsi və səhra köməkçilərinə məxsus olub. Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, ATƏT sədrinin  şəxsi nümaynədəsi Anjey Kaspirşik və səhra köməkçiləri  Qazax rayon İcra Hakimiyyətində keçirilən  brifinqdə onlara verilən məlumatlarla kifayətlənərək, təmas xətinə getməyə lüzüm görməyiblər.


Vətənpərvər | Cəbhə , Siyasət | Şərhlər(0) | Baxış sayı: 48

Açar sözlər:


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha