Məhəmməd Peyğəmbər (s): Evində hücuma məruz qalıb vuruşmayan kişiyə Allah nifrət edir.
İmam Əli (ə): Onlar sizinlə vuruşmamışdan, siz onlarla vuruşun. Çünki and olsun Allaha, hansı qövm öz torpaqları daxilində hücuma məruz qalıbsa, xar və məğlub olub. Siz isə vuruşmağı bir-birinizə həvalə etdiniz və bir-birinizə kömək etməkdən əl götürdünüz, nəhayət dalbadal hücumlara məruz qaldınız və vətəniniz əlinizdən çıxdı.
“Səfinətul-Bihar”: Nəql edilib ki, vətəni sevmək imandandır.
Güntəkin Nəcəfli. XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaradılması cəhdləri. B., 2007 :
- 1700-cü ilin yazında İrəvanda olmuş alman səyyahı G.Şillinger yazırdı ki, İrəvan şəhərinin daxilində yalnız türklər, şəhərin ətrafındakı qəsəbələrdə isə erməni tacir və sənətkarları yaşayır (s.31).
- Türk səyyahı Övliya Çələbi 1647-ci ildə İrəvan şəhərində 2060 evin (təxminən 15 min nəfər əhali) olduğunu göstərir (s.30).
- Erməni keşişi İsrail Ori 1701-ci ildə yazdığı “Yaddaş qeydləri”ndə göstərir ki, İrəvan şəhərində 300 nəfərdən artıq erməni yaşayır (s.31).
- Fransız səyyahı J.Şarden XVIII əsrin əvvəlində İrəvanın tamamilə türk qızılbaş tayfası tərəfindən idarə olunduğunu göstərir (s.31).
- Rus tədqiqatçısı İ.Şopen 1826-cı ildə yazırdı ki, İrəvan xanlığında yaşayan əhalinin 20%-ə qədəri erməni, 80%-dən çoxu müsəlmanlardan ibarətdir (s.32).
- Üçkilsədəki (Eçmiədzindəki) erməni icmasının başçısı Flippos Şah Abbasa müraciətində yazırdı : “Hazırda bizim vilayətdə yaşayanların əksəriyyəti buraya müxtəlif vilayatlərdən sizin, əlahəzrət hökmdarın tükənməz sevgisi və qayğısı nəticəsində köçürülmüşdür” (s.32).
- Erməni keşişi T.Kiğamiyans yazırdı ki, ermənilər XVI-XVII əsrlərdə Kilikiyadan köç edərək İrana gəlmişlər (s.33).
- Matedaranda (ermənilərin baş arxivi) saxlanılan alqı-satqı sənədlərinə görə, Ağqoyunlu Yaqub padşahın nümayəndəsi Əmir Rüstəm 1431-ci ildə Üçkilsə (Eçmiədzin) də daxil olmaqla 7 kəndi erməni keşişi Qriqora 530 min Təbriz dinarına satmışdır (s.34).
- 1605-ci ildə Şah Abbasın fərmanı ilə İsfəhan yaxınlığında Yeni Culfa qəsəbəsi salındı ki, parakəndə yaşayan ermənilər buraya yığışsınlar (s.34).
- 1787-ci ildə rus məmuru S.Burnaşov rus hökumətinin Qafqazdakı nümayəndəsi P.S.Potyomkinə yazırdı: “İyulun 1-də Tifıisə gələnlər xəbər verirlər ki, İbrahim xanın gözətçiləri Qanzasar patriarxını (Ovanesi) və bütün məlikləri həbs etmişlər. Məliklər sizinlə əlaqələrini etiraf edərək, göndərdiyiniz bütün məktubları xana təslim etmişlər. Patriarx isə qorxudan vəfat etmişdir” (s.181).
- 1795-ci ildə Ağa Məhəmməd xan Qacar Tiflis üzərinə yeriyərkən Qarabağ məlikləri Abov və Məclum gürcü hakimi II İraklinin yanında idilər. Onlar dərhal II İrakliyə xəyanət edərək Ağa Məhəmməd xanın yanına qaçdılar və Tiflisin yolunu göstərərək bələdçilik etdilər (s.190).
“Zerkolo” qəzeti, 08 avqust 2007: Gəncəli müəllif İsmayıl Abbas uşaqlıq yoldaşı Armen Balasanyanın gündəliyinin onun əlinə keçməsindən danışır və həmin gündəlikdən bəzi parçaları verir. Armen öz gündəliyində yazır:
- Gündəlik yazmağı Yerevanda yaşayan dayım Samvel məsləhət görmüşdü. Bir dəfə onlarda olarkən gündəlik yazdığını gördüm, və ilk səhifəsində belə bir yazı diqqətimi çəkdi: “Mənim həyatım böyük Ermənistan ideyasına həsr olunmuşdur. Hətta mən öləndən sonra da ruhum sakit olmayacaqdır, o vaxta qədər Eçmiədzin üzərində fırlanacaq ki, gələcək nəsillər mənim üstümdə sonuncu türkü qurban kəssinlər. Yalnız onda ruhum göylərə ucalacaqdır”. Mən bunu oxuyandan sonra dayım dedi ki, əzizim, bunu yəqin ki, sən edəcəksən.
- Atam, anam Suriyadan gəliblər. Mən atamdan soruşanda ki, nə üçün oranı tərk edib, buraya gəliblər o, hər dəfə cavab verirdi ki, bir şeyi həmişə yadında saxla–Suriya, Azərbaycan, Gürcüstan, Kirovobad, Soçi, Rostov–bütün bunların hamısı Böyük Ermənistanın qədim torpaqlarıdır, bir az döz...
- Bu gün Kamoya istirahətə gedirik, erməni uşaqlardı, bir də rus qızı Nataşa, azərbaycanlı İlqar da getmək istəyir. Uşaqlar dedilər ki, əgər bu türk eşşəyi getsə, biz getmirik. İlqarı bir təhər başımızdan elədik, uzaqlaşdırdıq.
- Eçmiədzin bütün ermənilər üçün müqəddəs yerdir. Bizim Böyük Ermənistan uğurunda mübarizə idealarımız oradan irəli gəlir. Hər bir erməni hər ay bu iş üçün Eçmiədzinə pul göndərməlidir. Biz orada, qurban divarının yanında göyərçini qurban etdik, başını divara vurmaqla, qayda belədir. Bəzi adamlar Eçmiədzinə pul verməkdən imtina edirlər. Atam onların siyahısını Samvel dayıya verdi, o, onların məsələsinə baxacaq.
Seyid Müctəba Müsəvi Lari. İslam və Qərb mədəniyyəti. B., 2004:
- Orta əsrlərdə təftiş məhkəməsinin (inkvizisiya) hökmü ilə 350 min nəfər alim və mütəfəkkir diri-diri yandırılmışdır, 5 milyon nəfər qətlə yetirilmişdir (s.39).
- 1095-1270-ci illər ərzində səlib yürüşləri adı altında 100 minlərlə müsəlman qətlə yetirilmişdir. Qoşun başçısı Robert Papaya yazdığı məktubda bildirirdi: “Yerusəlimdə əlimizə keçən müsəlmanları nə etdiyimizi bilmək istəyirsinizsə, agah olun ki, hər tərəf atlarımızın dizlərinə qədər qan içində idi” (s.41-42).
- Hazırda təkcə katolik kilsəsinin 4 mindən artıq təbliğat qurupu mövcuddur, dünyanın hər yerində iş aparırlar. Vatikan kilsəsi öz gündəlik qəzetini 300 min nüsxə ilə, 50-ə yaxın jurnal və kitabçalarını isə ayda bir neçə milyon nüsxə ilə yayır. Vatikanın 32 mindən çox müxtəlif səviyyəli məktəbləri, çoxlu sayda xəstəxana və klinikaları var (s.44).
- Volter yazırdı ki, “Ey Rəbbim! Kaş bütün Avropa xalqları özləri üçün müsəlmanları nümunə hesab edəydilər” (s.135).
- Lev Tolstoy deyirdi: Məhəmmədin şəriəti ağıl və hikmətə uyğun olduğundan gələcəkdə bütün dünyada hökmranlıq edəcək (s.135).
- Napoleon sürgündə olarkən deyirdi ki, “mən İslam dinini seçəcəyəm” (s.183).
- Böyük dövlətlərin nəzərinə görə, sülh kiçik dövlətlərin sərvətlərini öz aralarında bölüşdürmək üçün şərait deməkdir (s.231).
Mənbə:qatinfo.azeriblog.com
