“Dağlıq Qarabağın erməni icmasının münaqişənin həlli prosesində iştirakı o zaman mümkün ola bilər ki, Ermənistanla Azərbaycan arasında müəyyən sənəd imzalansın. Bundan sonra Dağlıq Qarabağdakı erməni icmasının vəziyyəti, qaçqınların qayıtması və bərpa işləri ilə bağlı danışıqlara başlamaq olar”. APA-nın məlumatına görə, bunu Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, Azərbaycan ərazilərini Ermənistan Silahlı Qüvvələri işğal edib və Dağlıq Qarabağ ermənilərinin elə bir qüvvəsi yoxdur: “Ermənistan işğal etdiyi torpaqlardan çəkilib, Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Bundan sonra Azərbaycan öz ərazisindəki erməni icması ilə müəyyən danışığa gedə bilər”.
