7 ölkənin xarici işlər nazirləri ATƏT-in Minsk Qrupu həmsədrlərini dəstəklədiklərini bildiriblər “Böyük səkkizlər”in xarici işlər nazirləri Yaponiyanın Kioto şəhərində keçirdikləri toplantıda Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çağırıblar. İTAR-TASS-ın məlumatına görə, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Kanada və Yaponiya xarici işlər nazirləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağ probleminin tezliklə həllinə yönəlmiş səylərini dəstəklədiklərini bildiriblər. Nazirlər düşünürlər ki, Azərbaycan və Ermənistan təmkinli olmalı və razılıq əldə etmək üçün ciddi addımlar atmalıdır. Bununla yanaşı həmçinin, Yaponiya XİN-in mətbuat katibi Kadzuo Kodama Dağlıq Qarabağ münaqişəsinin ətraflı müzakirə olunmadığını deyib.
Namiq / Qarabağlı Düşüncələr
