Reklam verin!

Seçmə Fikirlər

İyun 30, 2008 15:04

H.İ.Xan. Sufi təlimi:
- Gəlin başqalarının bizim üçün nə edə biləcəyi haqqda düşünməyək, yaxşı olar ki, biz özümüzdən başqaları üçün nə edə biləcəyimizi soruşaq.
- Din düzgün həyat tərzini öyrənmək, həyatın özünün mənasını  dərk etmək üçün nəzərdə tutulan dərsdir.
F.Dostoyevski. Cinayət və cəza:
- Bədxasiyyət və qoca dul qadınlar bu cür təmizkar olurlar.
- Bəşəriyyətin ta qədimdən başlamış Likurq, Solon, Məhəmməd, Napoleona qədər bütün qanunvericiləri və yaradıcıları hamısı cinayətkar olmuşlar, təkcə elə ona görə ki, yeni qanunlar verməklə cəmiyyət üçün müqəddəs olan atalardan qalma köhnə qanunları pozur, ləğv edirdilər. Və əlbəttə, öz fəaliyyətlərində ehtiyac olarsa, qan tökməkdən də çəkinmirdilər.
- İnsanlar təbiətin qanunlarına görə iki növə bölünürlər: aşağılar (adilər), yəni özünə oxşarları doğub törətməkdən başqa işi olmayan bir material; bir də sözün həqiqi mənasında insan, yəni öz aləmində yeni söz deməyə vergisi, yaxud istedadı olanlar... Birinci növ həmişə bu günün ağasıdır, ikincilər isə gələcəyin... Bu ikinci növ insanların cinayət etmək hüququ vardır... Lakin kütlə heç vaxt onların hüququnu tanımaq istəmir, onları edam edir, asır və bununla da tamamilə ədalətli olaraq özünün mühafizəkar təyinatını yerinə yetirir. Növbəti nəsillərdə həmin kütlənin özü bu edam olunanları şöhrət kürsülərinə qaldırır və onlara sitayiş edirlər.
- Mən sənə deyil, bəşəriyyətin bütün iztirablarına baş əydim.

F.Dostoyevski. İdiot:
- Sizə nə üçün idiot dediklərini başa düşə bilmirəm.
- Mən liberalizmə qarşı heç nə demirəm. Liberalizm günah deyil... Mən rus  liberalizminə hücum edirəm, ona görə ki, rus liberalı mahiyyətcə qeyri-rus liberalıdır... Bizdə liberal da, konservator da rus deyil... Rus liberalizmi mövcud qaydalara deyil, bütün rus mahiyyətinə qarşı yönəlmişdir. Mənim liberalım o həddə çatıb ki, Rusiyanın özünü inkar edir, yəni öz anasına nifrət edir. Rusa məxsus hər hansı bədbəxt və uğursuz fakt ona xüsusi ləzzət verir. O, xalq adətlərinə, rus tarixinə, rusa məxsus hər şeyə nifrət edir... O, Rusiyaya qarşı nifrətini ən gözəl lieralizm kimi təqdim etməyə çalışır... Rusiyaya bu nifrəti bu yaxınlara qədər bəzi liberallar hətta vətənə həqiqi məhəbbət kimi də  təqdim edir və öyünürdülər ki, məhz onlar həqiqi vətən sevgisinin nə olduğunu bilirlər. İndi isə daha açıq danışırlar, hətta “ vətənə sevgi” sözündən də utanmağa başlayıblar, bu ifadəni də ziyanlı bir şey kimi özlərindən uzaqlaşdırıblar... Dünyanın heç bir yerində öz vətəninə nifrət edən belə bir liberal ola bilməz. Bizdə bunu nə ilə izah etmək olar? Onunla ki, bizdə liberal hələlik rus liberalı deyil, məncə, bunun başqa izahı yoxdur.
- Qavrila İvolkin “xeyli ağıllı” adamlar növünə aid idi, amma başdan-ayağa orijinallıq xəstəliyinə tutulmuşdu.

Babək / Qarabağlı Düşüncələr

Material www.qatinfo.azeriblog.com saytına məxsusdur

Vətənpərvər | Vətənpərvərlik | Şərhlər(0) | Baxış sayı: 42

Açar sözlər:


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha