Reklam verin!

“Rusiya, Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılmasına kömək edəcək”

İyul 4, 2008 23:23

Dmitri Medvedev: “Dağlıq Qarabağ münaqişəsinin həllində bəzi cüzi irəliləyişlər var”


“Rusiya, Dağlıq Qarabağ münaqişəsinin məqbul həllinin tapılmasına bundan sonra da kömək edəcək”. Bu bəyanatla Rusiya prezidenti Dmitri Medvedev, Bakıya səfərinin yekunlarına həsr olunmuş açıqlamasında çıxış edib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli mürəkkəb prosesdir və ATƏT-in Minsk Qrupunun həmsədrləri onun irəliləməsinə kömək edəcək: “Bəzi cüzi irəliləyişlər var. Hər halda, biz iyunun 6-da Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa danışıqların bərpa olunmasını tamamilə dəstəkləyirik”.


Dmitri Medvedev, Xəzər mövzusuna da toxunub və deyib ki, Azərbaycan prezidenti İlham Əliyevlə bu barədə müzakirələr aparıb: “Biz necə işləməli olmağımız barədə, qarşıdakı zirvə toplantısı haqqında danışdıq. Razılaşdıq ki, zirvə toplantısını onun qəti gündəliyi formalaşandan sonra, o cümlədən Xəzərdə təhlükəsizliyə dair saziş məsələlərinə baxılandan sonra keçirmək lazımdır. Bu, ötən il Tehranda qəbul edilmiş qərarlara uyğundur. Başqa sənədlər də hazırlana bilər. Bu halda müvafiq tədbirin, Xəzəryanı dövlətlərin rəhbərlərinin müvafiq görüşünün keçirilməsi də məqbul və zəruri olacaq”.
Rusiya prezidenti onu da bildirib ki, Bakıda aparılmış danışıqlar Rusiya-Azərbaycan münasibətlərinin inkişafında, ölkələrimiz, xalqlarımız arasında strateji tərəfdaşlığın və dostluğun möhkəmlənməsində mühüm mərhələ olub.

Azərbaycan prezidenti İlham Əliyev isə məlumat verib ki, rusiyalı həmkarı ilə çox səmərəli danışıqlar aparıb, ikitərəfli məsələlərin, regional əməkdaşlıq, beynəlxalq münasibətlər məsələlərinin çox geniş spektrini müzakirə edib: “Rusiya ilə Azərbaycan arasında münasibətlərin formatı genişlənir və zənginləşir. Biz siyasi müstəvidə fəal əməkdaşlıq edirik, iqtisadi əlaqələrimiz, əmtəə dövriyyəsi artır, onun strukturu, nəqliyyat və humanitar sahələrdə, təhlükəsizliyin təmin edilməsi və regionumuzda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi sahəsində əməkdaşlıq yaxşılaşır. Bunlar daim müzakirə edilən məsələlərin heç də tam siyahısı deyildir”.
İlham Əliyev bildirib ki, imzalanmış sənədlər arasında Rusiya ilə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında birgə Bəyannaməni xüsusi əhəmiyyət daşıyır: “Bəyannamə ikitərəfli əməkdaşlığımızın bütün sahələrini əhatə edir və çox sevindirici haldır ki, Azərbaycanda bir nömrəli məsələ sayılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də bu Bəyannamədə öz əksini tapmışdır. Həmin sənəddə deyilir ki, münaqişə beynəlxalq hüququn prinsip və normaları əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in qərarları əsasında, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsiplərinə uyğun olaraq həll edilməlidir. Biz bu mövqeyinə görə Rusiyaya təşəkkür edirik. Əminik ki, bu mövqe, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın münaqişənin həllində fəal iştirakı öz səmərəsini verəcək”.

Namiq / Qarabağlı Düşüncələr

Vətənpərvər | Siyasət, Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 74

Açar sözlər:


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha