Avqust 9, 2008 17:00
Bugün Gürcüstan prezidenti Mixail Saakaşvilinin ölkədə 15 gün müddətinə hərbi rejim haqqında imzaladığı fərmanı Gürcüstan parlamenti təsdiqləyib.Yəni bugündən etibarən 15 gün müddətində 24 avqust 2008-ci il tarixinə qədər Gürcüstanda hərbi rejim davam edəcək.
Açar sözlər:
Avqust 6, 2008 11:33
Bu dəfə hədəf Tovuz,Füzuli,Goranboy,
Xocavənd,Ağdam və Tərtər rayonları olub
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 5-də və 6-da növbəti dəfə atəşkəs rejimini pozublar. Erməni ordusu dünən saat 11.45-dən 12.30-dək Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 21.30-dan 22.00-dək Füzulinin adsız yüksəkliklərdə və Qərvənd kəndi, saat 22.45-dən 22.55-dək Goranboyun Gülüstan və Tapqaraqoyunlu kəndləri, saat 22.35-dən 22.42-dək Xocavənd rayonunun Kuropatkino kəndi, saat 22.40-dan 22.50-dək Ağdam rayonunun Yusifcanlı kəndi, avqustun 6-da isə saat 01.30-dan 02.10-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur.
Açar sözlər:
Avqust 4, 2008 13:24
Salam Azərbaycan və azərbaycanlılar!
Necesiniz?Eşitdiyimə görə Rəhbəriniz başda olmaqla bir çoxunuz yığılışıf bu isti yayda Antalyada Bodrumda Havayda və s. istirahət zonalarında istirahət edirsiniz.Bu donuzəti yeyənlər də gəlif mənim qoynumda istirahət edirlər.O gün Donuzəti yeyən dığaların rəhbəri Oskanyan da burya gəlmişdi.Oturdu İsa Bulağının üstündə Donuz ətiylə Zoğal arağınnan vuruf sonra da sizə Dua elədi doyunca.Deyir ki bunnar deyəsən Fil qulağında yatıflar belə cənnət məkanı bizə verif bilmirəm nə tapıflar Antalyada Bodruma.
HƏ ay mənim Yatmış xalqım yatın.Oyanıf neyliyəssiz ki?O gün sizin göydə axdarıf tapmadığınız o “LAZIM” bura gəlmişdi.Oturuf biraz dərtləşdi mənimlə.Dediyinə görə sizdən yaman inciyif.Deyir ki hər dəfə deyirlər ki “LAZIM”gələn kimi məni alassız bu dığaların əlinnən amma ki Lazımı gömrükdən buraxmırsınız.Ona görə də özünə söz verib ki birdə siz tərəfə gələn deyil.Mən də oturuf ümidimi bu “Lazım”a bağlamışdım.İndi bu ümidimi də itirdim.
HƏ bu gəlmək məsələsi sizdə yaman moddadı.Mən bu dığaların əlinə düşdüyüm günnən eşidirəm ki Rəsul Quliyev Bakıya gəlir İsa Qənbər hakiməyyətə gəlir Lazım da Azərbaycana gəlir.Əmmə bunnarın heş biri baş tutmur ki baş tutmur.Birdə elə gündə deyirsiniz ki guya burda Dığalar məni yandırır.Boş sözdü bunnar dığalar heş məni yandırarmı?Mən sizin etinasızlığınıza baxıram Kərəm Əslinin dərdinnən ot tutub yanan kimi yanıram.
Bir də eşitdiyimə görə sizə yaman atıflar.Deyirdilər ki guyya iyulda pensiyalarınız maaşlarınız artacaq amma artmadı.Narahat olmuyun birazca dözün.Nə qaldı ki seçkiyə?Heç ürəyinizi sıxmayın bu seçki ərəfisində sizin əməkhaqlarınız “ANALOQU”olmayan həddə çatacaq.Amma qiymətlərin nə qədər qalxacağını deyə bilmərəm.Onsuzda hava pisdi birdə bu xəbəri eşitsəz qorxuram ki ürəyiniz dğzməz bu dərda dayanar.
Hə ay mənim başı dolu civi boş Cammatım bu məktuvu sülh danışıqları kimi uzun edə bilərdim.Əmma sizi çox narahat etmək istəmirəm.Di salamat qalın.Qorxmayın gözünüzü çox yolda qoymuyajam.Sizə tez-tez məytuf yazajam.
İmza:Yanıq Qarabağ 16.07.2008
mənbə:www.bayraqdar.azeriblog.com
Açar sözlər:
Avqust 1, 2008 14:28
Tarixlər boyu erməni terrorçularının vəhşicəsinə qətlə yetirdikləri Azərbaycan oğullarının adlarını nə tarix,nə zaman,nə də ki,torpaqları qanla suvarılmış Azərbaycan övladları unutmayacaq!
VƏTƏN,ÖYÜN Kİ,UĞRUNDA ÖLƏN VAR!VƏTƏN ƏYİLMƏ Kİ,ƏYİLMƏZ İGİDLƏRİN CANLARINI SƏNİN UĞRUNDA QURBAN VERİR.
VƏTƏN UCALIĞINI QORUMAQ ÜÇÜN BEŞİKDƏN HAQQIN DƏRGAHINA KİMİ MÜBARİZE APARACAĞIMIZA AND İÇİRİK!
AND OLSUN ANA VƏTƏNMİMİZİN MÜQƏDDƏSLİYİNƏ,TORPAĞINA Kİ,ŞƏHİDLƏRİMİZİN RUHU QARŞISINDA BORCUMUZU VERMƏYİNCƏ BU DÜNYANI TƏRK ETMƏYƏCƏYİK,ÇÜNKİ BUNA BİZİM HAQQIMIZ YOXDUR.
AND İÇİRİK! AND İÇİRİK! AND İÇİRİK!
Açar sözlər:
İyul 9, 2008 15:44
«Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın xarici siyasəti hücum xarakterli olmalı, Ermənistanın işğalçı siyasəti bütün səviyyələrdə ifşa edilməlidir»
Bunu prezident İlham Əliyev iyulun 7-də Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin üçüncü müşavirəsində çıxış edərkən deyib.Dövlət başçısı bildirib ki, diplomatlar hər şeydən əvvəl fəaliyyət göstərdikləri ölkələrin dövlət qurumları ilə sıx əlaqə saxlamalı, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ciddi fəaliyyət göstərməli, Azərbaycanın siyasi maraqları ilə yanaşı iqtisadi maraqlarının qorunması ilə bağlı da səylərini artırmalıdırlar. Ermənistan-Azərbaycan münaqişəsi haqda həqiqətlərin beynəlxalq aləmə çatdırılması işini səfirlərin əsas vəzifələrindən biri adlandıran İ.Əliyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bütün səviyyələrdə dəstəklənir, beynəlxalq təşkilatlar münaqişənin yalnız ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Prezident Azərbaycan diplomatlarının xarici siyasətlə bağlı qarşısında duran digər vəzifələr barədə də fikirlərini bölüşüb, bir sıra tapşırıqlar verib. AzərTAc-ın məlumatına görə, müşavirədə xarici işlər naziri Elmar Məmmədyarov ötən dövr ərzində diplomatik xidmət orqanları rəhbərlərinin üzərlərinə düşən vəzifələrin həyata keçirilməsi istiqamətində görülmüş işlərdən danışıb.O, Azərbaycanın 160 dövlətlə diplomatik əlaqə qurduğunu, Azərbaycanda 57 səfirlik, konsulluq və beynəlxalq təşkilatın nümayəndəliklərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Azərbaycanın isə xaricdə 56 diplomatik nümayəndəliyinin, o cümlədən 47 səfirliyinin fəaliyyət göstərdiyini bildirən nazir bunlardan 30-nun 2004-2008-ci illərdə yaradıldığını qeyd edib.
Qeyd edək ki, müşavirə Xarici İşlər Nazirliyində keçirilib.
Namiq / Qarabağlı Düşüncələr
Açar sözlər:
İyul 5, 2008 11:30
Dünən İrəvanda Ermənistan müxalifətinin izdihamlı mitinqi keçirilib."Qarabağ Düşüncələri"-nin Ermənistan KİV-lərinə istinadən xəbərinə görə, hakimiyyətin maneələrinə baxmayaraq, müxalifətin aksiyası razılaşdırılmamış məkanda – “Matenadaran” meydanında keçirilib.
Mitinqdə çıxış edən Ermənistan müxalifətinin lideri, sabiq prezident Levon Ter-Petrosyan hakimiyyətə ultimatum verib. Ter-Petrosyan bildirib ki, avqustun 1-nə qədər bütün siyasi məhbuslar azadlığa buraxılmalı, müxalifət fəallarına qarşı polis və vergi terroruna son qoyulmalıdır: “Bundan başqa, Robert Köçəryan başda olmaqla 1 mart cinayətinin bütün təşkilatçıları həbs edilməli, Ermənistan baş nazirinin müavini Armen Gevorkyan, Prezident Administrasiyasının rəhbəri Ovik Abramyan, baş prokuror Aqvan Ovsepyan, Milli Təhlükəsizlik Xidmətinin rəisi Qorik Akopyan və İctimai Televiziyanın rəhbəri Aleksan Arutyunyan istefaya göndərilməlidir”. Ter-Petrosyan tələbləri yerinə yetirilməyəcəyi halda, Ermənistan müxalifətinin Serj Sarkisyanın istefasını tələb edəcəyini vurğulayıb.
Mitinq başa çatdıqdan sonra aksiya iştirakçıları İrəvan küçələri ilə yürüş ediblər. Saat 23:00-dan isə Ermənistan paytaxtının Şimal prospektində gözlənilmədən iki min nəfərin iştirakı ilə oturaq aksiya başlayıb. Prospektdə çadırlar qurulub. Ter-Petrosyanın mətbuat katibi Levon Zurabyan aksiyaların avqustun 1-nə qədər davam edəcəyini bildirib: “Avqustun 1-də isə erməni xalqı möhtəşəm mitinq keçirərək, özünü prezident elan etmiş Serj Sarkisyanın 100 günlük fəaliyyətinə qiymət verəcək”.
Babək / Qarabağlı Düşüncələr
Açar sözlər:
İyul 5, 2008 11:06
“Ötən həftə Bakı, İrəvan və Xankəndinə etdiyim səfərə dair xoş təəssüratlarım var”. Bu eksklüziv açıqlamanı APA-ya ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza verib.
O, hər iki ölkə prezidentinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirə olunan məsələlər üzərində səmimi-qəlbdən çalışdığını bildirib: “Eyni zamanda hələ görüləsi çox iş qalıb. Hər iki prezident bu reallığı qəbul etməlidir ki, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, siyasi məqsədyönlülük isə tərəflərin Dağlıq Qarabağın statusu ilə bağlı kompromislərə dair danışıqların aparılmasını tələb edir”. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində atılacaq növbəti addımlara toxunan Metyu Brayza bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri razılaşdırılmamış məsələlər ilə bağlı öz nöqteyi-nəzərlərini qruplaşdırmalıdır: “Daha sonra isə xarici işlər nazirləri iyulun sonunda bu mövqeləri həmsədrlərlə bölüşəcəklər”.
Namiq / Qarabağlı Düşüncələr
Açar sözlər:
İyul 4, 2008 23:23
Dmitri Medvedev: “Dağlıq Qarabağ münaqişəsinin həllində bəzi cüzi irəliləyişlər var”
“Rusiya, Dağlıq Qarabağ münaqişəsinin məqbul həllinin tapılmasına bundan sonra da kömək edəcək”. Bu bəyanatla Rusiya prezidenti Dmitri Medvedev, Bakıya səfərinin yekunlarına həsr olunmuş açıqlamasında çıxış edib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli mürəkkəb prosesdir və ATƏT-in Minsk Qrupunun həmsədrləri onun irəliləməsinə kömək edəcək: “Bəzi cüzi irəliləyişlər var. Hər halda, biz iyunun 6-da Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa danışıqların bərpa olunmasını tamamilə dəstəkləyirik”.
Dmitri Medvedev, Xəzər mövzusuna da toxunub və deyib ki, Azərbaycan prezidenti İlham Əliyevlə bu barədə müzakirələr aparıb: “Biz necə işləməli olmağımız barədə, qarşıdakı zirvə toplantısı haqqında danışdıq. Razılaşdıq ki, zirvə toplantısını onun qəti gündəliyi formalaşandan sonra, o cümlədən Xəzərdə təhlükəsizliyə dair saziş məsələlərinə baxılandan sonra keçirmək lazımdır. Bu, ötən il Tehranda qəbul edilmiş qərarlara uyğundur. Başqa sənədlər də hazırlana bilər. Bu halda müvafiq tədbirin, Xəzəryanı dövlətlərin rəhbərlərinin müvafiq görüşünün keçirilməsi də məqbul və zəruri olacaq”.
Rusiya prezidenti onu da bildirib ki, Bakıda aparılmış danışıqlar Rusiya-Azərbaycan münasibətlərinin inkişafında, ölkələrimiz, xalqlarımız arasında strateji tərəfdaşlığın və dostluğun möhkəmlənməsində mühüm mərhələ olub.
Azərbaycan prezidenti İlham Əliyev isə məlumat verib ki, rusiyalı həmkarı ilə çox səmərəli danışıqlar aparıb, ikitərəfli məsələlərin, regional əməkdaşlıq, beynəlxalq münasibətlər məsələlərinin çox geniş spektrini müzakirə edib: “Rusiya ilə Azərbaycan arasında münasibətlərin formatı genişlənir və zənginləşir. Biz siyasi müstəvidə fəal əməkdaşlıq edirik, iqtisadi əlaqələrimiz, əmtəə dövriyyəsi artır, onun strukturu, nəqliyyat və humanitar sahələrdə, təhlükəsizliyin təmin edilməsi və regionumuzda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi sahəsində əməkdaşlıq yaxşılaşır. Bunlar daim müzakirə edilən məsələlərin heç də tam siyahısı deyildir”.
İlham Əliyev bildirib ki, imzalanmış sənədlər arasında Rusiya ilə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında birgə Bəyannaməni xüsusi əhəmiyyət daşıyır: “Bəyannamə ikitərəfli əməkdaşlığımızın bütün sahələrini əhatə edir və çox sevindirici haldır ki, Azərbaycanda bir nömrəli məsələ sayılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də bu Bəyannamədə öz əksini tapmışdır. Həmin sənəddə deyilir ki, münaqişə beynəlxalq hüququn prinsip və normaları əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in qərarları əsasında, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsiplərinə uyğun olaraq həll edilməlidir. Biz bu mövqeyinə görə Rusiyaya təşəkkür edirik. Əminik ki, bu mövqe, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın münaqişənin həllində fəal iştirakı öz səmərəsini verəcək”.
Namiq / Qarabağlı Düşüncələr
Açar sözlər:
İyul 4, 2008 23:04
Bu bəyanatla Azərbaycanın müdafiə naziri Səfər Əbiyev çıxış edib
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ölkəmizdə səfərdə olan Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq ilə görüşüb. Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Səfər Əbiyev Azərbaycan ilə Çexiya arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, son illər müxtəlif istiqamətlərdə həyata keçirilən birgə layihələr artıq öz səmərəsini verməkdədir. Hərbi əməkdaşlığın qurulması sahəsində də uğurlu işlər aparılır.
Səfər Əbiyev Azərbaycanın Avropa strukturlarına inteqrasiyasının perspektivlərindən danışmış, regionda mövcud hərbi-siyasi durum barədə qonağa məlumat verib. Nazir bildirib ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistan silahlı bölmələri tərəfindən işğal edilib, 1 milyondan artıq günahsız insan öz doğma yurd-yuvasından didərgin düşüb. İndiyədək Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həlli istiqamətində beynəlxalq qurumların göstərdikləri səylər konkret nəticə vermir. Bir sıra hallarda isə ərazisi işğal edilmiş Azərbaycan ikili standartlarla qarşılaşır. Azərbaycanın bundan ciddi narahatlıq keçirdiyini çexiyalı qonağın diqqətinə çatdıran nazir Səfər Əbiyev qeyd edib ki, belə vəziyyətlə uzun zaman barışmaq mümkün deyildir. Sülh danışıqlarının nəticə vermədiyi halda torpaqlarımızın güc yolu ilə azad edilməsini istisna edə bilmərik.
Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq görüş zamanı regiondakı mövcud vəziyyətə münasibətini bildirib, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
Babək / Qarabağlı Düşüncələr
Açar sözlər:
İyun 30, 2008 15:04
H.İ.Xan. Sufi təlimi:
- Gəlin başqalarının bizim üçün nə edə biləcəyi haqqda düşünməyək, yaxşı olar ki, biz özümüzdən başqaları üçün nə edə biləcəyimizi soruşaq.
- Din düzgün həyat tərzini öyrənmək, həyatın özünün mənasını dərk etmək üçün nəzərdə tutulan dərsdir.
F.Dostoyevski. Cinayət və cəza:
- Bədxasiyyət və qoca dul qadınlar bu cür təmizkar olurlar.
- Bəşəriyyətin ta qədimdən başlamış Likurq, Solon, Məhəmməd, Napoleona qədər bütün qanunvericiləri və yaradıcıları hamısı cinayətkar olmuşlar, təkcə elə ona görə ki, yeni qanunlar verməklə cəmiyyət üçün müqəddəs olan atalardan qalma köhnə qanunları pozur, ləğv edirdilər. Və əlbəttə, öz fəaliyyətlərində ehtiyac olarsa, qan tökməkdən də çəkinmirdilər.
- İnsanlar təbiətin qanunlarına görə iki növə bölünürlər: aşağılar (adilər), yəni özünə oxşarları doğub törətməkdən başqa işi olmayan bir material; bir də sözün həqiqi mənasında insan, yəni öz aləmində yeni söz deməyə vergisi, yaxud istedadı olanlar... Birinci növ həmişə bu günün ağasıdır, ikincilər isə gələcəyin... Bu ikinci növ insanların cinayət etmək hüququ vardır... Lakin kütlə heç vaxt onların hüququnu tanımaq istəmir, onları edam edir, asır və bununla da tamamilə ədalətli olaraq özünün mühafizəkar təyinatını yerinə yetirir. Növbəti nəsillərdə həmin kütlənin özü bu edam olunanları şöhrət kürsülərinə qaldırır və onlara sitayiş edirlər.
- Mən sənə deyil, bəşəriyyətin bütün iztirablarına baş əydim.
F.Dostoyevski. İdiot:
- Sizə nə üçün idiot dediklərini başa düşə bilmirəm.
- Mən liberalizmə qarşı heç nə demirəm. Liberalizm günah deyil... Mən rus liberalizminə hücum edirəm, ona görə ki, rus liberalı mahiyyətcə qeyri-rus liberalıdır... Bizdə liberal da, konservator da rus deyil... Rus liberalizmi mövcud qaydalara deyil, bütün rus mahiyyətinə qarşı yönəlmişdir. Mənim liberalım o həddə çatıb ki, Rusiyanın özünü inkar edir, yəni öz anasına nifrət edir. Rusa məxsus hər hansı bədbəxt və uğursuz fakt ona xüsusi ləzzət verir. O, xalq adətlərinə, rus tarixinə, rusa məxsus hər şeyə nifrət edir... O, Rusiyaya qarşı nifrətini ən gözəl lieralizm kimi təqdim etməyə çalışır... Rusiyaya bu nifrəti bu yaxınlara qədər bəzi liberallar hətta vətənə həqiqi məhəbbət kimi də təqdim edir və öyünürdülər ki, məhz onlar həqiqi vətən sevgisinin nə olduğunu bilirlər. İndi isə daha açıq danışırlar, hətta “ vətənə sevgi” sözündən də utanmağa başlayıblar, bu ifadəni də ziyanlı bir şey kimi özlərindən uzaqlaşdırıblar... Dünyanın heç bir yerində öz vətəninə nifrət edən belə bir liberal ola bilməz. Bizdə bunu nə ilə izah etmək olar? Onunla ki, bizdə liberal hələlik rus liberalı deyil, məncə, bunun başqa izahı yoxdur.
- Qavrila İvolkin “xeyli ağıllı” adamlar növünə aid idi, amma başdan-ayağa orijinallıq xəstəliyinə tutulmuşdu.
Babək / Qarabağlı Düşüncələr
Material www.qatinfo.azeriblog.com saytına məxsusdur
Açar sözlər:
İyun 28, 2008 23:54

Metyu Brayza mövqeyini açıqladı
«Abdullah Gülü Ermənistana dəvət etmək qeyri-adi irəliləyişə səbəb olacaq»-bu baradə Ermənistan mətbuatına açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza qeyd edib: «Mən Prezident Sarkisyanı yaxşı tanıyıram və fikirləşirəm ki, onun mövqeyi sələflərinin mövqeyindən çox fərqlənir. Məncə Serj Sarkisyan və İlham Əliyev münasibətləri, Köçəryan və Əliyev əməkdaşlığından daha sıx olacaq.Hər iki Preziden proqmatik yanaşma nümayiş etdirir və hər kəs rəqibə qulaq asmaq üçün hazır olacaq».
Açar sözlər:
İyun 27, 2008 22:37
7 ölkənin xarici işlər nazirləri ATƏT-in Minsk Qrupu həmsədrlərini dəstəklədiklərini bildiriblər “Böyük səkkizlər”in xarici işlər nazirləri Yaponiyanın Kioto şəhərində keçirdikləri toplantıda Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çağırıblar. İTAR-TASS-ın məlumatına görə, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Kanada və Yaponiya xarici işlər nazirləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağ probleminin tezliklə həllinə yönəlmiş səylərini dəstəklədiklərini bildiriblər. Nazirlər düşünürlər ki, Azərbaycan və Ermənistan təmkinli olmalı və razılıq əldə etmək üçün ciddi addımlar atmalıdır. Bununla yanaşı həmçinin, Yaponiya XİN-in mətbuat katibi Kadzuo Kodama Dağlıq Qarabağ münaqişəsinin ətraflı müzakirə olunmadığını deyib.
Namiq / Qarabağlı Düşüncələr
Açar sözlər:
İyun 27, 2008 16:19
Ermənistan Ordusu Ağdam rayonunun işğal altında olan Uzundərə adlanan ərazisində təlimlərə start verib
Ermənistanlı hərbçilər bu gün səhər saat 09.00-dan başlayaraq Ağdam rayonunun işğal altında olan Uzundərə adlanan ərazisində hərbi təlimlərə başlayıb. ANS TV-nin Qarabağ bürosundan aldığımız məlumata görə, ağır texnikadan, o cümlədən də toplardan və qrad qurğularından açılan atəş səsləri cəbhəətrafı kəndlərdə də aydın eşidilib. Ərazidə yaşayan sakinlər dünən gündüz saatlarında da, atəş səsləri eşitdiklərini bildiriblər.
Namiq / Qarabağlı Düşüncələr
Açar sözlər:
İyun 27, 2008 16:16
Bu sözləri ANS-ə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyib
«Ermənistan hakimiyyəti özü Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəmir və məhz buna görə, bu cür bəyanatları səsləndirir». Bu sözləri Serj Sarkisyanın «Dağlıq Qarabağda hərbi əməliyyatlar sabah da başlaya bilər” bəyanatına münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyib. Onun ANS-ə verdiyi açıqlamaya görə, Ermənistan prezidenti Serj Sarkisyanın bu kimi bəyanatı həmsədrlərin regiona səfərindən öncə verməsi çox suallar doğurur.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan “Kommersant” qəzetinə müsahibəsində Ermənistan və Azərbaycanın daima silahlanmasını, həmçinin Azərbaycanın hərbi xərclərinin artımını şərh edərkən Dağlıq Qarabağda hərbi əməliyyatların günü sabahdan başlayacağını istisna etməyin mümkün olmadığını demişdi. «Çünki Azərbaycan rəhbərliyi münaqişənin hərb yolu ilə həllindən danışır. Azərbaycan - hərbi xərclərinin artması ilə fəxr edən yeganə ölkədir. Əgər onlar hətta 5 dəqiqəlik də olsa, müvəffəqiyyət əldə edəcklərinə inansalar, güc yolunu seçə bilərlər”, deyə Sarkisyan bildirmişdi.
Babək / Qarabağlı Düşüncələr
Açar sözlər:
İyun 26, 2008 18:24
Bu gün Bakıda yer göy üç rəngli bayrağımıza sarılmışdı
Bəli Bugün.26 iyun.Bakıda yer göy üçrəngli bayrağımıza sarılmışdı.Çünki bugün Bakının mərkəzi küçələrindən ,o cümlədən Azadlıq meydanından Qafqaz tarixində misli görülməmiş parad keçirdi.İnsanlar kütləvi şəkildə həmin küçələrə axışır,hərə özünə yer tapıb dayanırdı.Hamı maraqla AZƏRBAYCANIN RƏŞADƏTLİ ORDUSUNU gözləyirdi.Nəhayət,Ali Baş Komandanın nitqindən sonra Parad keçməyə başladı.Elə mən də oradakı yüzlərlə insan kimi bu anların şahidi oldum və baxmayanlara da o anları yaşatmaq üçün bir qədər şəkil çəkdim indi isə sizlərə təqdim edirəm.
Tural Sabirli / Qarabağlı Düşüncələr
Paraddan ekskülüziv şəkillər (yalnız qarabagencleri saytında)
xəbərin ardından baxa bilərsiniz







Babək / Qarabağlı Düşüncələr
Tural Sabirli
Açar sözlər:
İyun 26, 2008 15:34
Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin hərbi attaşeləri «Azadlıq» meydanında keçirilmiş hərbi paradı yüksək qiymətləndirib
Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdin biri – Pakistanın hərbi attaşesi Məhəmməd Şahid Şərif ANS Pressə bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin iştirakilə keçirilmiş hərbi parad çox yüksək səviyyədə təşkil olunub. Cənab Şərifin sözlərinə görə, onun ölkəsi Azərbaycanla hərbi sahədə əməkdaşlığı uğurla davam etdirmək niyyətindədir. Məhəmməd Şahin Şərif qeyd edib ki, bugünki parada nümayiş etdirilmiş texnika, şəxsi heyət onu göstərir ki, Azərbaycanın Silahlı Qüvvələri gündən günə güclənir və təhlükəsizliyin təminatında öz sözünü deməyə qadir olan bir qüvvəyə çevrilir!
Ukraynanın Azərbaycandakı hərbi attaşesi Valeri Venger isə ANS Pressə bildirib ki, bu gün canlı şahidi olduğu paraddan o belə bir qənaətə gəlib ki, Azərbaycanın Silahlı Qüvvələri ən yüksək standartlara cavab verir. «Nümayiş etdirilmiş hərbi texnika, sursat və şəxsi heyət dövlətin, Ali Baş komandanın diqqəti və yüksək dərəcədə maliyyələşmə ilə onu deməyə əsas verir ki, Azərbaycan Ordusu qarşıya qoyulan ən çətin məqsədlərə və verilən ən yüksək əmrləri peşəkarcasına yerinə yetirməyə, ərazi bütövlüyünü bərpa etməyə, dövlətçiliyi qorumağa tam qadirdir. Burada birbaşa Azərbaycan Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin səyləri özünü göstərir. O, Silahlı Qüvvələrin potensialının artırılmasına çox böyük diqqət yetirir və bu da təqdirəlayiqdir! Üstəlik, İlham Əliyevin hərbi qulluqçuların sosial təminatına dair verdiyi son qərarın özü də hərbçilərin rifahının yaxşılaşdırılmasında mühüm müsbət rol oynayacaq. Bugünki parada çoxlu sayda hərbi attaşenin iştirakı bir daha onu göstərir ki, Azərbaycanın hərbi potensialının artırılması xarici ölkələrdə böyük maraq doğurur. Ukrayna həmişə Azərbaycanın yaxın strateji tərəfdaşı olub və biz Azərbaycanın uğurlarına sevinirik»! Hərbi attaşe Valerii Venger ANS Press vasitəsilə Azərbaycan Silahlı Qüvvələrini 90-illik yubiley münasibətilə təbrik də etdi.
Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi Rımbek Tursaqatov ilk əvvəl Azərbaycan xalqını və hərbçilərini Hərbi Qüvvələrin 90-illik yubileyilə təbrik etdi. «Məhz 90 il əvvəl, 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə Milli ordusunun formalaşdırılması başlandı. Bu cür əlamətdar tarixdə belə yüksək səviyyədə təşkil edilmiş hərbi parad bir daha onu göstərir ki, Azərbaycan Ordusuna diqqət yüksək səviyyədədir. Bu parad bir daha Azərbaycanın hərbi imkanlarını əyanə sübut etdi. Şəxsi heyət isə peşəkarlıqla seçildi».
ABŞ-ın hərbi attaşesinin mövqeyini səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik çatdırdı. «Təbii ki, son 11 il ərzində ilk hərbi parad çox həlledici tədbir idi. Biz Azərbaycanla strateji müttəfiqik. İraqda, Əfqanıstanda və başqa yerlərə hərbi əməkdaşlıq edirik. Azərbaycanın çox güclü ordusu var. Bu bayramda Azərbaycanın bütün Silahlı qüvvələrini, xüsusilə əskərlərini təbrik etmək istəyirik və bayramınız mübarək deyirik».
Hərbi paradda iştirak etmiş Rusiyanın Azərbaycandakı hərbi attaşesinin mövqeyini öyrənməyə çalışsaq da, səfirlikdən bizə bildirdilər ki, parad barədə hər hansı mövqeyi Rusiyanın Müdafiə nazirliyi açıqlaya bilər.
Namiq / Qarabağlı Düşüncələr
Açar sözlər:
İyun 26, 2008 15:30
"Qoy, başqa dövlətlər bizim hərbi büdcənin artmasından narahat olmasınlar"! Ali Baş komandan İlham Əliyevin «Azadlıq» meydanında keçirilən hərbi paraddakı çıxışında belə deyib
Ali Baş komandan İlham Əliyev «Azadlıq» meydanında təşkil olunan hərbi paradı qəbul etməzdən əvvəl öz çıxışında bildirib ki, o, ölkənin hərbi potensialının artırılması üçün əlindən gələn səyləri göstərəcək. «Bəzi halda beynəlxalq aləmdə bu, nədənsə, narahatlıq doğurur. Amma deyim ki, tək hərbi xərclər yox, başqa sahələrdə də bizim xərclər artmışdı. Son 5 il ərzində Azərbaycan dövlət büdcəsini 10 dəfə artırmışıq. Əgər 2003-də bu, 10,8 idisə, indi bu rəqəm 16 mlrd dollara yaxındır. Yəni qalxan iqtisadi imkanlarımız, güclü iqtisadi potensialımızın yüksəlməsi bütün sahələrə dəstəkdir - təhsil, infrastruktur, səhiyyə. Azərbaycanda müasir infrastruktur yaradılıb və biz bütün sahələrdə uğurlar edirik. Biz gələcəkdə də uğurlar əldə edəcəyik. Ümumi kontekstdən hərbi xərcləri çıxarıb, şişirtməyə ehtiyac yoxdur. Onu nəzərə almaq lazımdır ki, müharibə bitməyib, müharibənin hələ ki, birinci mərhələsi başa çatıb. Atəşkəs haqda razılaşma bağlanıb, indiyədək qorunub saxlanılır, amma bu o demək dey il ki, biz güclənməməliyik. O ölkələr ki, işğala məruz qalmayıb, bəlkə ona görə ordu quruculuğuna o qədər də diqqət göstərmir».
İlham Əliyevin sözlərinə görə, Azərbaycan uzun müddətdir ki, müharibədən əziyyət çəkir. Bu baxımdan da onun hərbi potensialının gücləndirilməsi təəccüb doğurmamalıdır. «Azərbaycan müvəqqəti olaraq bir hissəsini itirib. Bu səbəbdən də Ordu quruculuğu həm dövlət, həm hökumət və hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz hər an torpaqları azad etməyə hazır olmalıyıq! Bildiyiniz kimi, Qarabağ müharibəsi üzrə danışıqlar gedir. Uzun müddətdir ki, aparılır. Biz danışıqları əbədi apara bilmərik. Düzdü, müsbət irəliləyişlər var. Müzakirə olunan təkliflərdə Azərbaycanın ərazi bütövlüyü əsasdır və danışıqlar masasında mövcud olan təkliflərdə Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün heç bir təklif yoxdur, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bunu tarix də, beynəlxalq qətnamələr də göstərir! Danışıqları dava etdirəcəyik. Güclü Ordu, onun potensialının artırılması danışıqlara təsir göstərir və göstərəcək. Biz ədaləti bərpa etmək istəyirik»!
Nitqi başa çatdırdıqdan sonra Ali Baş komandan İlham Əliyev bir daha Azərbaycanın şəxsi heyətini bu möhtəşəm bayram münasibətilə təbrik edib və hərbi paradı qəbul etməyə başlayıb.
Namiq / Qarabağlı Düşüncələr
Açar sözlər:
İyun 25, 2008 15:07
Z.Freyd:
- Qəhrəman odur ki, atasının nüfuzuna qarşı üsyan edir və ona qalib gəlir.
U.Çerçill. Yaxınlaşan fırtına:
- Müharibədə-qətiyyət; məğlubiyyətdə-dözüm; qələbədə-alicənablıq; sülhdə-xoşməram olmalıdır.
U. Çerçill. Onların ən şərəfli anı:
- İlk qırx gündən sonra biz tam təklikdə qaldıq. Almaniya və İtaliya dəhşətli hücumla üzərimizə yeriyirdilər.
- Sonuncu hücum çox ağır oldu. 1940-cı il mayın 10-da düşmən Londona yenə də alışdırıcı bombalar atdı. Şəhərin 2 mindən artıq yerində yanğın başladı, biz heç birini söndürə bilmirdik, su yox idi, 150-ə yaxın su kəməri dağıdılmışdı.
U.Çerçill. Böyük ittifaq:
- Mən Kremlə gəldim və ilk dəfə böyük inqilabi rəhbər, müdrik dövlət xadimi və döyüşçü ilə (Stalin nəzərdə tutulur) görüşdüm.
Babək / Qarabağlı Düşüncələr
məlumat www.qatinfo.azeriblog.com saytına məxsusdur
Açar sözlər:
İyun 25, 2008 15:05
Xəzər İbrahim: «Mahiyyət nöqteyi nəzərindən biz Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqları davam etdirmək əzmindəyik»
«Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ATƏT-in Minsk qrupu ilə əməkdaşlıq etmək fikrindədir». Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyib. Mətbuat xidmətinin rəhbəri Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupu ilə bağlı quruma göndərdiyi sorğunun prosedur məsələ olduğunu deyib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-ə qeyd olunan sorğunu mart ayında göndərmişdi.
O bildirib ki, sorğunun göndərilməsi Minsk qrupu ilə işləməkdən imtina etmək deyil. «Biz Minsk qrupu ilə öz fəaliyyyətmizi davam etdiririk. Mahiyyəti prosedurlardan ayırmaq lazımdır. Mahiyyət nöqteyi nəzərindən biz danışıqları davam etdirmək əzmindəyik. Ona görə də həsmsədrlər regiona səfər edir». Xəzər İbrahimin sözlərinə görə, burada söhbət Azərbaycan tərəfinin prosedurları öyrənmək istəyindən gedirdi.
Açar sözlər:
İyun 25, 2008 14:45
Parad iyunun 26-da səhər saat 10.00-da başlayacaq Bakıda keçiriləcək hərbi paradın vaxtı elan edilib. Hərbi parad iyunun 26-da səhər saat 10.00-da başlayacaq. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Paradda Silahlı Qüvvələrin şəxsi heyətindən 4 min 510 nəfər iştirak edəcək. Parada 210 ədəd hərbi texnika, 19 vertolyot, 25 təyyarə 31 gəmi və bir kater çıxarılacaq. Hərbi parad ANS və AzTV telekanalları vasitəsilə canlı yayımlanacaq.Qeyd edək ki,saytımızın əməkdaşı Tural da saat 10:00-dan etibarən azadlıq meydanında olacaq və tədbirdə çəkilən fotoşəkilləri tədbirdən dərhal sonra saytımızda yerləşdirəcək.
Açar sözlər:
İyun 25, 2008 14:37
Ermənistanın qurumun irəli sürdüyü şərtləri və digər tələbləri nə dərəcədə yerinə yetirməsi müzakirə ediləcək
Bu gün AŞPA-nın yay sessiyasında Ermənistanda demokratik institutların vəziyyətinə dair hesabat dinləniləcək. Tədbirdə Ermənistanın AŞPA-nın irəli sürdüyü şərtləri, o cümlədən siyasi məhbusların azadlığa buraxılması, 1-2 mart hadisələrinin şəffaf araşdırılması və digər tələblərin yerinə yetirilməsi müzakirə ediləcək.
Açar sözlər:
İyun 20, 2008 18:28
Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə bu gün “Təslimçi sülhə doğru aparan Qarabağ danışıqları və cəmiyyət” mövzusunda Dəyirmi Masa keçirildi
Dəyirmi Masa dövlət himninin oxunuşu ilə başlandı. QAT sədri Akif Nağı tədbirin məqsədi, qoyulan məsələlərlə bağlı giriş sözü ilə çıxış etdi. Sonra Müsavat partiyasının başqanı İsa Qəmbər, Sülh və Demokratiya insitutunun direktoru Leyla Yunus, Tərəqqi partiyasının sədri Çingiz Dəmiroğlu, Sülh səfiri Rəhim Hüseynov, İslam partiyasının sədr müavini Məşədi İlqar, BAB sədri Aqil Səmədbəyli, İnnovasiya mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu, hərbi ekspertlər İldırım Məmmədov, Ələkbər Məmmədov, Azadlıq partiyasının sədri Əhməd Oruc, “Xocalı soyqırımını tanıtma” cəmiyyətinin sədri Şamil Sabiroğlu, Vahid Azərbaycan partiyasının sədri Hacıbaba Əzimov və başqaları iştirak və çıxış etdilər. QAT-ın təqdim etdiyi bəyanat layihəsi əsas kimi qəbul olundu. Bəyanatda deyilir: Ermənistanın quldur rəhbərliyi ilə davam etdirilən danışıqlar Azərbaycanın maraqlarına cavab vermir. S.Sarkisyan çoxlu sayda terror aktlarına, S.Ohanyan isə digər cinayətləri ilə yanaşı Xocalı soyqırımına birbaşa rəhbərlik etmiş hərbi canilərdir. Minlərlə dinc insanı vəhşicəsinə qətlə yetirmiş bu şəxslərin rəhbərlik etdiyi bir rejimlə Qarabağın taleyinə dair danışıqların aparılması heç bir mənəvi ölçüyə sığmır. Minsk qrupunun həmsədr ölkələrinin açıq-aşkar ermənipərəst mövqeyi də bu formatda danışıqların davam etdirlməsini mümkünsüz edir. Minsk qrupu həmsədrlərinin təkid etdikləri “Madrid prinsipləri” mahiyyət etibarı ilə Dağlıq Qarabağın ətrafındakı beş, yaxud yeddi rayonun geri qaytarılması müqabilində Dağlıq Qarabağın rəsmiləşdirilərək Ermənistana verilməsinə xidmət edir. Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar Azərbaycanın təslimçi sülhə məcbur edilməsinə yönəlmişdir. Təsadüfi deyil ki, Ermənistan ciddi-cəhdlə danışıqların məhz bu formatda, “Madrid prinsipləri” əsasında davam etdirilməsinə çalışır. Azərbaycan hakimiyyəti qətiyyətsiz, prinsipsiz və qeyri-ardıcıl mövqe tutur. Hakimiyyət bu ilin martında, BMT Baş Assambleyasında son qətnamə qəbul olunandan sonra, faktiki olaraq, “Madrid prinsipləri”ndən imtina etdi, lakin sonradan beynəlxalq güclərin təzyiqləri altında öz mövqeyindən geri çəkildi. Bu cür qətiyyətsiz və prinsipsiz mövqe ilə Qarabağı işğaldan azad etmək mümkün deyildir. Hakimiyyət bu mövqeyi ilə beynəlxalq güclərin Azərbaycana qəbul etdirmək istədikləri təslimçi xəttin qarşısında geri çəkildiyini nümayiş etdirir. Bəzi qeyri-hökumət təşkilatları da ermənipərəst fondların sifarişini yerinə yetirərək, “xalq diplomatiyası” deyilən eybəcər vasitələrdən istifadə edir, müxtəlif səfərlər, görüşlər, müzakirələr təşkil edir və nəticə etibarı ilə Azərbaycanda təslimçilik əhval-ruhiyyəsini yaratmağa və gücləndirməyə çalışırlar. Yaranmış ağır vəziyyətdə hər şey Azərbaycanın sağlam ictimai, siyasi qüvvələrinin, nüfuzlu şəxsiyyətlərinin-bütövlükdə cəmiyyətin fəal mövqeyindən asılıdır.
Bütün bunları nəzərə alaraq, hesab edirik:
1. Azərbaycanın təslimçi sülhə məcbur edilməsinin qarşısının alınması, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində radikal, qətiyyətli və ardıcıl addımların atılması üçün sağlam və milli ictimai, siyasi qüvvələrin, ayrı-ayrı nüfuzlu şəxsiyyətlərin, bütövlükdə cəmiyyətin birgə fəaliyyəti əlaqələndirilməli, ciddi ictimai müqavimət təşkil eilməlidir.
2. Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə “Madrid prinsipləri” əsasında aparılan və Azərbaycanın maraqlarına zidd olan danışıqlar dərhal dayandırılmalıdır.
3. Hakimiyyət “sülh yolu” deyilən variantın müddətini müəyyənləşdirməli, həmin vaxt nəticəsiz bitdikdən sonra güc tətbiqi ilə torpaqlarımızın işğaldan azad edilməsinə başlamalıdır.
4. S.Sarkisyan, S.Ohanyan kimi hərbi canilərin rəhbərlik etdikləri Ermənistan rejimi ilə hər hansı birbaşa danışıqlardan, təmaslardan imtina edilməlidir.
5.Torpaqlarımız işğaldan azad olunana qədər “xalq diplomatiyası”nın bütün formalarından imtina edilməlidir.
6.Beynəlxalq təşkilatların nümayəndələrinin, vasitəçilərin Dağlıq Qarabağa Ermənistan ərazisindən səfərlərinə yol verilməməlidir.
Açar sözlər:
İyun 18, 2008 14:38
Sənəddə erməni könüllülərinin irqçilik ideologiyası ilə müsəlmanları vəhşicəsinə məhv etdiyi bildirilir....
Ermənilərin Osmanlı dövlətini tərk edərkən törətdikləri qətliama dair yeni sənəd tapılıb. Yeni sənəd Moskvanın hərbi dövlət arxivində saxlanılırmış. General-mayor Bolxovitinovun 11 dekabr 1915-ci ildə yazdığı raportdan ibarət sənəddə, erməni könüllülərinin irqçilik idealogiyası ilə müsəlman xalqı vəhşicəsinə məhvetdiyi bildirilir. Məlumatı Türkiyənin internethaber.com portalı yayıb.
Məlumata görə, Daşnak partiyası rus çarına “Qafqaz cəbhəsində könüllü erməni dəstələrinin faliyyəti” başlıqlı məktub göndərib. Bu məktubdan iki ay sonra çara göndərilən hesabatda isə, məktubun siyasi məqsədli olduğu və bölgədə baş vermiş hadisələrin məsuliyyətinin birbaşa ermənilərə aid olduğu bildirilir. Rejissor Haluk Ölçekçinin hazırladığı “Cəhənnəm adası Nargin” adlı sənədli filmdə, baş vermiş Bakı qətliamının məsuliyyətinin həmçinin bəzi Avropa dövlətlərinə aid olduğu bildirilir.
Bundan başqa general-mayorun hesabatında, “Bölgədə barıt çəlləyi 1915-ci ildən də əvvəl, 1890-cı ildə yandırılmışdı. Xüsusilə İngiltərə, Osmanlı ilə çar Rusiyası arasında hər hansı bir ittifaq qurularaq Orta Şərqdə yeni bir güc mərkəzinin meydana gəlməməsi üçün ölkənin Şərqindəki erməniləri ağır təhriklərlə hərəkətə gətirib. Bundan əvvəl türklər, kürdlər və ermənilər sülh şəraitində yaşayırdılar. Hətta bu yerdə yaşayan ermənilər türklərdən və kürdlərdən daha yaxşı şərtlərə sahib olublar” – yazıb.
Açar sözlər:
İyun 16, 2008 13:45
“Dağlıq Qarabağın erməni icmasının münaqişənin həlli prosesində iştirakı o zaman mümkün ola bilər ki, Ermənistanla Azərbaycan arasında müəyyən sənəd imzalansın.
Bundan sonra Dağlıq Qarabağdakı erməni icmasının vəziyyəti, qaçqınların qayıtması və bərpa işləri ilə bağlı danışıqlara başlamaq olar”. APA-nın məlumatına görə, bunu Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, Azərbaycan ərazilərini Ermənistan Silahlı Qüvvələri işğal edib və Dağlıq Qarabağ ermənilərinin elə bir qüvvəsi yoxdur: “Ermənistan işğal etdiyi torpaqlardan çəkilib, Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Bundan sonra Azərbaycan öz ərazisindəki erməni icması ilə müəyyən danışığa gedə bilər”.
Açar sözlər:
İyun 14, 2008 12:09
Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Ağdam rayonunun işğal altında olan ərazilərində üç istiqamətdən yanğınlar törətməyə başlayıblar. Düşmən rayonun işğal altında olan Qaraqaşlı, Sarıcalı, Baş Qərvənd-Şıxlar kəndlərinin ərazilərini yandırıb.
APA-nın Qarabağ bürosunun əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, yanğın Qaraqaşlı kəndi istiqamətindən təmas xəttinin Azərbaycanın nəzarətində olan hissəsinə keçib. Yanğın Ağdamın Çəmənli kəndinin qəbristanlığının yaxınlığına qədər bütün ərazini bürüyüb.
Əməkdaşımız bildirib ki, yanğının təmas xəttini keçdiyi ərazilərdə ətraf kəndlərin sakinlərinə məxsus hektarlarla taxıl zəmiləri var.
Açar sözlər:
İyun 13, 2008 17:16
Q.de Mopassan. Mont-Oriol:
- Zülm edilmiş yəhudilər üçün intiqam anı çatdı, indi onlar qızılın qüdrəti ilə digərlərinə zülm edəcəklər.
- Xiristiana: Nə?! Yəhudiyəmi ərə gedəcəyəm!
Stendal. Parma sakini:
- Yalnız vətənə həqiqi məhəbbət və şərəfli qəhrəmanlıqlar hesabına xoşbəxtliyə qovuşmaq olar.
- İdeyalar, məhz ideyalar İtaliyanı məhv etdi.
- Yaşasın inadkarlıq!
- Ağıl adamı yatmağa, hakimiyyət isə sərbəst çıxıb gəzməyə qoymur.
U.Eko. Fuko kəfkri:
- O başa düşdü ki, qəhrəmanlıq onun üçün deyil və ağıllı müşahidəçi rolunu seçdi.
- Tarixi qaliblər yazır.
K. Prutkov. Litoqrafiya:
- Kökünə bax.
- Hər ürəyin dibində çöküntü var.
- Xoşbəxt olmaq istəyirsənsə, ol.
- Diogenin boş çəlləyinin də tarixdə öz çəkisi var.
- Yaxınını sev, amma aldatmağa qoyma.
Sokrat:
- Mən yeyirəm ki, yaşayım, başqaları yaşayırlar ki, yesinlər.
Açar sözlər:
İyun 13, 2008 16:58
Qırğızıstan iki beynəlxalq terrorçu qurumu rəsmən terrorçu təşkilat kimi tanıyıb. APA-nın məlumatına görə, paytaxt Bişkek şəhərinin 1 May Rayon Məhkəməsi Baş Prokurorluğun vəsatəti əsasında “Kürd Fəhlə Partiyası” (PKK) və KONGRA-GEL kimi də tanınan “Kürdüstan Xalq Konqresi”ni, həmçinin “Camaat-əl-İslam”, “İslam Cihad Qrupu”, “İslam Cihad İttifaqı”, “İslam Cihadı-Mücahidlər Camaatı”, “Orta Asiyanın Mücahidlər Camaatı” kimi adlarla da tanınan “Cihad Qrupu”nu terrorçu təşkilat elan edib.
Baş Prokurorluğun bəyanatında bildirilir ki, Türkiyə, Azərbaycan, ABŞ, Avropa Birliyi və Kanada “Kürdüstan Xalq Konqresi”ni terrorçu qurumlar siyahısına daxil ediblər: “Bu təşkilat respublikanın kürd diasporası arasında qeyri-leqal təşviqat və ”verbovka" iş aparmaq cəhdinə görə, eləcə də öz yaraqlıları vasitəsilə Türkiyənin Qırğızıstandakı diplomatik və rəsmi nümayəndəliklərinə qarşı terror aktları törətmək potensialı ilə Qırğızıstan üçün də terror təhlükəsi yaradır". Baş Prokurorluq bəyan edib ki, dövlət hər iki təşkilatın cinayətkar fəaliyyətinə konkret qiymət verərək onların Qırğızıstan ərazisində bütün fəaliyyətlərini qadağan edib.
Açar sözlər:
İyun 13, 2008 16:53

“AGİT” ləqəbli terrorçu təhlükəsizlik qüvvələrinə təslim olduqdan sonra təşkilatın məkrli planlarını açıqlayıb
Türkiyədə Azərbaycandan keçərək bu ölkədə terror planlarında iştirakçı olan PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim olub. Yerli medianın xəbərlərinə görə, bir müddət Bingöl bölgəsində terror təşkilatının yaraqlıları arasında fəaliyyət göstərən “Agit” ləqəbli terrorçu qaçaraq bir müddət Antalyada təhlükəsizlik qüvvələri ilə əlaqəyə çıxıb. Hazırda İstanbul həbsxanasında saxlanılan terrorçu PKK-nın planları ilə bağlı istintaqa bir çox mühüm məlumatlar verib. Məlum olub ki, “Agit” bir neçə il əvvəl terror təşkilatına yardım etmək ittihamıyla həbs edilib, lakin PKK tərəfdarlarının dəstəyi sayəsində azadlığa çıxa bilib və Türkiyədən qaçıb.
Bolqarıstandan qatarla Yunanıstana keçərkən onu polislər saxlayıb və bu ölkədə müvəqqəti yaşayış icazəsi alıb. Daha sonra bir müddət Afinadakı kürd dərnəyində qalıb və oradan PKK-nın təlimatı əsasında təyyarə ilə Gürcüstana göndərilib. “Buradan Ermənistana keçdim, İrəvanda bir müddət qalıb bu dəfə Azərbaycana keçdim. Oradan isə İrana getdim. PKK-nın düşərgəsində hərbi və siyasi təlim aldıqda, sonra 20 nəfərlik qrupla İraqın şimalına, oradan isə Hakkari bölgəsindən Türkiyəyə daxil oldum”- deyə terrorçu bildirib. PKK-çı Türkiyədə iştirakçısı olduğu terror aksiyaları haqda da ifadələr verib. O deyib ki, PKK uzaqdan idarə edilən oyuncaq avtomobillərlə Türkiyənin iri şəhərlərində terror aksiyaları planlaşdırır.
Türkiyə mətbuatında yer alan digər xəbərə görə, vaxtilə Azərbaycandan qovulan PKK-çı Türkiyə silahlı qüvvələrinin İraqın şimalında apardığı hərbi əməliyyatlara qarşı Avropa İnsan Haqları Məhkəməsində iddia qaldırıb. Söhbət Avropada fəaliyyət göstərən PKKyönlü təşkilat olan Kürd İnsan Haqları Layihəsindən və onun rəhbəri Kərim Yıldızdan gedir. Bildirilir ki, iddianı qaldıranlardan biri də Abdullah Öcalanın vəkillərindən Mark Müllerdir. Londonda fəaliyyət göstərən bu təşkilat iddianı İraqın şimalındakı kürd kəndliləri adından qaldırıb. İddiada deyilir ki, əməliyyatlar nəticəsində bəzi mülki şəxslər evlərini tərk etməli olub, onların insan haqları pozulub. Türkiyə mətbuatı Kərim Yıldızın PKK-nın Avropadakı siyasi fəaliyyətinə rəhbərik edənlərdən biri olduğunu qeyd edir. Xatırladaq ki, onun Azərbaycandakı bəzi insan haqları müdafiəçiləri ilə əlaqələri olub.
Açar sözlər:
İyun 13, 2008 16:35
Yeni qurum 2008-ci il oktyabrın 1-də hökumət strukturuna daxil olacaq
Ermənistanda diaspora məsələləri üzrə nazirlik yaradılacaq. Bu barədə Ermənistanın “Armtoday” informasiya agentliyi məlumat yayıb. Məqsəd - Ermənistanın hökumət stukturunun qanunla müəyyənləşdirilməsi və diaspora ilə işin vahid mərkəzdən aparilmasıdır. Diaspora məsələləri üzrə nazirlik 2008-ci il oktyabrın 1-də hökumət strukturuna daxil olacaq. Onun yaradılması haqqında sənəd isə bu yaxınlarda ölkənin Milli Yığıncağında təsdiqlənəcək.
Açar sözlər:
İyun 10, 2008 16:41
Müdafiə naziri regionda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış gərgin vəziyyəti Kevin Kosqrifin diqqətinə çatdırıb
Bu gün müdafiə naziri Səfər Əbiyev ABŞ Hərbi Dəniz Qüvvələri mərkəzi komandanlığının 5-ci donanmasının və birgə dəniz qüvvələrinin komandanı vitse-admiral Kevin Kosqrifi qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Səfər Əbiyev Azərbaycan və Amerika Birləşmiş Ştatlar arasında hərbi əməkdaşlıq məsələlərinin mövcud inkişaf səviyyəsinin və regionda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış gərgin vəziyyəti qonağın diqqətinə çatdırıb. Görüşdə ABŞ və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin əməkdaşlıq perspektivlərinə dair məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Açar sözlər:
İyun 10, 2008 16:33
Elmar Məmmədyarov: «Prezidentlərin görüşündən sonra yeni məqamlar ortaya çıxıb»
«Rəsmi Bakı Madrid təklifləri üzərində işləyir». Bu barədə məlumat verən xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 6-da Sankt-Peterburqda keçirilən görüşündən sonra yeni məqamlar ortaya çıxıb. Onun sözlərinə görə, sənəddə razılaşdırılmamış bəzi məsələlər var ki, onlar da prinsipial xarakter daşıyır. «Madrid sənədi hələ ki, masanın üstündəir. Amma bəzi yeni məqamlar var. Biz həmsədrlərin həm Ermənistan, həm də Azərbaycan tərəfilə müzakirələr aparacağını gözləyirik».
Açar sözlər:
İyun 9, 2008 21:05
Ermənistan Azərbaycanın pilotsuz kəşfiyyatçı təyyarələr almasına cavab tədbirləri görür. Bu barədə Ermənistanın müdafiə naziri Seyran Oqanyan Yerevanda mətbuat konfransında söyləyib.
Nazir qeyd edib ki, pilotsuz təyyarələrin alınması Azərbaycan HQ-nin planlarında nəzərdə tutulub. "Onlar DQR ərazisi və Ermənistanla sərhəd ərazilər üzərində kəşfiyyat işləri aparmağı nəzərdə tuturlar", - deyən nazir əlavə edib ki, Ermənistan tərəfi müvafiq cavab tədbirləri həyata keçirir.
Açar sözlər:
İyun 9, 2008 20:28
Araz Əzimov: «Nəyisə almaq üçün çeviklik göstərib, kompromisə getmək lazımdır və Bakı buna hazırdır»
«Azərbaycan və Ermənistan prezidentlərinin ilk görüşü yalnız siyasi baxımdan faydalı olub». Bunu xarici işlər nazirinin müavini Araz Əzimov «Azadlıq» raiosuna açıqlamasında bəyan edib. Bununla belə, nazir müavini görüşün zəruri olduğunua da deyib. «Bakı İrəvanın mövqeyini öyrənərək, qaranlıq qalan məsələləri araşdıra bilib. Amma nəticə çıxarmaq tezdir. Qarşı tərəf düşünməsin ki, vaxt keçirməklə və belə görüşlərlə onlar hazırkı vəziyyəti uzadıb siyasi maraqlarını təmin edəcəklər. Biz onlara rahatlıq verməyəcəyik»!
Araz Əzimov Azərbaycanın hər yerdə Ermənistanın işğalçılığı barədə məlumatlar yayacağını vurğulayıb. Onun sözlərinə görə, Bakı İrəvanla alış-veriş etməyəcək. Belə ki, Ermənistan özü əraziləri boşaltmaqla, özlərinin dediyi kimi, əsl niyyətini, yəni Dağlıq Qarabağdakı ermənilərin insan haqlarını müdafiə etdiyini göstərə bilər. «Əks halda, sübut olunacaq ki, Ermənistan qəsbkarlıqla məşğuldur».
Sülh imkanlarına toxunan nazir müavini açıqlamasında bildirib ki, heç bir tərəf istəyini yüz faiz təmin edə bilməz. «Nəsə almaq üçün çeviklik göstərib, kompromisə getmək lazımdır. Bakı buna hazırdır. Ancaq hələlik danışıqların hansı formada davam edəcəyi məlum deyil. Bir-iki vacib məsələ qalıb».
Araz Əzimov Ermənistan əraziləri qaytarmaqla Azərbaycanın iqtisadi imkanlarından bəhrələnə biləcəyinidə qeyd edib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın ilk görüşü iyunun 6-da Rusiyanın Sankt Peterburq şəhərində MDB-nin qeri-formal sammiti çərcivəsində baş tutub. Görüşdən sonra ATƏT-in Misk Qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib ki, bu, uğurlu tanışlıq görüşü olub və həmsədirlərin Madriddə verdiyi təkliflər əsasında işi davam etdirmək qərara alınıb.
Açar sözlər:
İyun 8, 2008 12:32
Məhəmməd Peyğəmbər (s): Evində hücuma məruz qalıb vuruşmayan kişiyə Allah nifrət edir.
İmam Əli (ə): Onlar sizinlə vuruşmamışdan, siz onlarla vuruşun. Çünki and olsun Allaha, hansı qövm öz torpaqları daxilində hücuma məruz qalıbsa, xar və məğlub olub. Siz isə vuruşmağı bir-birinizə həvalə etdiniz və bir-birinizə kömək etməkdən əl götürdünüz, nəhayət dalbadal hücumlara məruz qaldınız və vətəniniz əlinizdən çıxdı.
“Səfinətul-Bihar”: Nəql edilib ki, vətəni sevmək imandandır.
Güntəkin Nəcəfli. XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaradılması cəhdləri. B., 2007 :
- 1700-cü ilin yazında İrəvanda olmuş alman səyyahı G.Şillinger yazırdı ki, İrəvan şəhərinin daxilində yalnız türklər, şəhərin ətrafındakı qəsəbələrdə isə erməni tacir və sənətkarları yaşayır (s.31).
- Türk səyyahı Övliya Çələbi 1647-ci ildə İrəvan şəhərində 2060 evin (təxminən 15 min nəfər əhali) olduğunu göstərir (s.30).
- Erməni keşişi İsrail Ori 1701-ci ildə yazdığı “Yaddaş qeydləri”ndə göstərir ki, İrəvan şəhərində 300 nəfərdən artıq erməni yaşayır (s.31).
- Fransız səyyahı J.Şarden XVIII əsrin əvvəlində İrəvanın tamamilə türk qızılbaş tayfası tərəfindən idarə olunduğunu göstərir (s.31).
- Rus tədqiqatçısı İ.Şopen 1826-cı ildə yazırdı ki, İrəvan xanlığında yaşayan əhalinin 20%-ə qədəri erməni, 80%-dən çoxu müsəlmanlardan ibarətdir (s.32).
- Üçkilsədəki (Eçmiədzindəki) erməni icmasının başçısı Flippos Şah Abbasa müraciətində yazırdı : “Hazırda bizim vilayətdə yaşayanların əksəriyyəti buraya müxtəlif vilayatlərdən sizin, əlahəzrət hökmdarın tükənməz sevgisi və qayğısı nəticəsində köçürülmüşdür” (s.32).
- Erməni keşişi T.Kiğamiyans yazırdı ki, ermənilər XVI-XVII əsrlərdə Kilikiyadan köç edərək İrana gəlmişlər (s.33).
- Matedaranda (ermənilərin baş arxivi) saxlanılan alqı-satqı sənədlərinə görə, Ağqoyunlu Yaqub padşahın nümayəndəsi Əmir Rüstəm 1431-ci ildə Üçkilsə (Eçmiədzin) də daxil olmaqla 7 kəndi erməni keşişi Qriqora 530 min Təbriz dinarına satmışdır (s.34).
- 1605-ci ildə Şah Abbasın fərmanı ilə İsfəhan yaxınlığında Yeni Culfa qəsəbəsi salındı ki, parakəndə yaşayan ermənilər buraya yığışsınlar (s.34).
- 1787-ci ildə rus məmuru S.Burnaşov rus hökumətinin Qafqazdakı nümayəndəsi P.S.Potyomkinə yazırdı: “İyulun 1-də Tifıisə gələnlər xəbər verirlər ki, İbrahim xanın gözətçiləri Qanzasar patriarxını (Ovanesi) və bütün məlikləri həbs etmişlər. Məliklər sizinlə əlaqələrini etiraf edərək, göndərdiyiniz bütün məktubları xana təslim etmişlər. Patriarx isə qorxudan vəfat etmişdir” (s.181).
- 1795-ci ildə Ağa Məhəmməd xan Qacar Tiflis üzərinə yeriyərkən Qarabağ məlikləri Abov və Məclum gürcü hakimi II İraklinin yanında idilər. Onlar dərhal II İrakliyə xəyanət edərək Ağa Məhəmməd xanın yanına qaçdılar və Tiflisin yolunu göstərərək bələdçilik etdilər (s.190).
“Zerkolo” qəzeti, 08 avqust 2007: Gəncəli müəllif İsmayıl Abbas uşaqlıq yoldaşı Armen Balasanyanın gündəliyinin onun əlinə keçməsindən danışır və həmin gündəlikdən bəzi parçaları verir. Armen öz gündəliyində yazır:
- Gündəlik yazmağı Yerevanda yaşayan dayım Samvel məsləhət görmüşdü. Bir dəfə onlarda olarkən gündəlik yazdığını gördüm, və ilk səhifəsində belə bir yazı diqqətimi çəkdi: “Mənim həyatım böyük Ermənistan ideyasına həsr olunmuşdur. Hətta mən öləndən sonra da ruhum sakit olmayacaqdır, o vaxta qədər Eçmiədzin üzərində fırlanacaq ki, gələcək nəsillər mənim üstümdə sonuncu türkü qurban kəssinlər. Yalnız onda ruhum göylərə ucalacaqdır”. Mən bunu oxuyandan sonra dayım dedi ki, əzizim, bunu yəqin ki, sən edəcəksən.
- Atam, anam Suriyadan gəliblər. Mən atamdan soruşanda ki, nə üçün oranı tərk edib, buraya gəliblər o, hər dəfə cavab verirdi ki, bir şeyi həmişə yadında saxla–Suriya, Azərbaycan, Gürcüstan, Kirovobad, Soçi, Rostov–bütün bunların hamısı Böyük Ermənistanın qədim torpaqlarıdır, bir az döz...
- Bu gün Kamoya istirahətə gedirik, erməni uşaqlardı, bir də rus qızı Nataşa, azərbaycanlı İlqar da getmək istəyir. Uşaqlar dedilər ki, əgər bu türk eşşəyi getsə, biz getmirik. İlqarı bir təhər başımızdan elədik, uzaqlaşdırdıq.
- Eçmiədzin bütün ermənilər üçün müqəddəs yerdir. Bizim Böyük Ermənistan uğurunda mübarizə idealarımız oradan irəli gəlir. Hər bir erməni hər ay bu iş üçün Eçmiədzinə pul göndərməlidir. Biz orada, qurban divarının yanında göyərçini qurban etdik, başını divara vurmaqla, qayda belədir. Bəzi adamlar Eçmiədzinə pul verməkdən imtina edirlər. Atam onların siyahısını Samvel dayıya verdi, o, onların məsələsinə baxacaq.
Seyid Müctəba Müsəvi Lari. İslam və Qərb mədəniyyəti. B., 2004:
- Orta əsrlərdə təftiş məhkəməsinin (inkvizisiya) hökmü ilə 350 min nəfər alim və mütəfəkkir diri-diri yandırılmışdır, 5 milyon nəfər qətlə yetirilmişdir (s.39).
- 1095-1270-ci illər ərzində səlib yürüşləri adı altında 100 minlərlə müsəlman qətlə yetirilmişdir. Qoşun başçısı Robert Papaya yazdığı məktubda bildirirdi: “Yerusəlimdə əlimizə keçən müsəlmanları nə etdiyimizi bilmək istəyirsinizsə, agah olun ki, hər tərəf atlarımızın dizlərinə qədər qan içində idi” (s.41-42).
- Hazırda təkcə katolik kilsəsinin 4 mindən artıq təbliğat qurupu mövcuddur, dünyanın hər yerində iş aparırlar. Vatikan kilsəsi öz gündəlik qəzetini 300 min nüsxə ilə, 50-ə yaxın jurnal və kitabçalarını isə ayda bir neçə milyon nüsxə ilə yayır. Vatikanın 32 mindən çox müxtəlif səviyyəli məktəbləri, çoxlu sayda xəstəxana və klinikaları var (s.44).
- Volter yazırdı ki, “Ey Rəbbim! Kaş bütün Avropa xalqları özləri üçün müsəlmanları nümunə hesab edəydilər” (s.135).
- Lev Tolstoy deyirdi: Məhəmmədin şəriəti ağıl və hikmətə uyğun olduğundan gələcəkdə bütün dünyada hökmranlıq edəcək (s.135).
- Napoleon sürgündə olarkən deyirdi ki, “mən İslam dinini seçəcəyəm” (s.183).
- Böyük dövlətlərin nəzərinə görə, sülh kiçik dövlətlərin sərvətlərini öz aralarında bölüşdürmək üçün şərait deməkdir (s.231).
Mənbə:qatinfo.azeriblog.com
Açar sözlər:
İyun 6, 2008 16:36
Ermənistan Müdafiə Nazirliyi Muxtar Respublikada saxlanılan 4 erməni haqda məxfi məlumatlara malik olduğunu bildirir
Ermənistan Müdafiə Nazirliyi Naxçıvanda bu ilin aprel ayında yaxalanan 4 erməni barədə məxfi kəşfiyyat məlumatlarına malik olduğunu bildirir. “Novosti-Armeniya” agentliyinin xəbərinə görə, Ermənistan ordusunun Baş Qərargahına bağlı kəşfiyyat idarəsinin rəisi müavini polkovnik Arşak Karapetyan bildirib ki, onlarda həmin ermənilərə işgəncələr verildiyi haqda məlumatlar var: “Bizim məlumatlarımıza görə, Ermənistan vətəndaşlarına fiziki və mənəvi işgəncələr verilir. Mən bilirəm ki, orada söhbət hətta təzyiq göstərmək üçün müəyyən kimyəvi maddələrdən istifadə variantlarından da gedir”.
Karapetyan iddia edib ki, Azərbaycan tərəfi işgəncə yoluyla saxlanılan ermənilərdən onların kəşfiyyatçı olduqları və təxribat törətmək üçün Naxçıvana keçdikləri haqda ifadə almaq istəyir: “Biz heç vaxt öz vətəndaşlarımızı atmamışıq. Gec-tez onlar vətənə qayıdacaqlar”. Karapetyanın sözlərinə görə, saxlanılanların həyatı üçün təhlükə mövcud deyil. Ermənistan hərbi kəşfiyyatının rəis müavini deyib ki, hazırda Azərbaycan tərəfi bu məsələ ilə bağlı Ermənistanla əlaqəyə çıxmır. Bu üzdən onların qaytarılması üçün danışıqları davam etdirmək mümkün deyil: “Əgər Azərbaycan tərəfi oyun qaydalarını dəyişmək istəyirsə, biz buna hazırıq. Lakin bu zaman bizim cavabımız kifayət qədər kəskin olacaq. Hələlik biz vəziyyəti dinc vasitələrlə yoluna qoymağa çalışırıq”.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Seyran Şahsuvaryan isə deyib ki, Azərbaycan tərəfində saxlanılan ermənilərin diversiya planlaşdırdığına dair dəlillər yoxdur: “Mən bir daha bildirirəm ki, Noradiz və Havar kəndlərinin dörd sakini aprelin 28-də hərbi hissələrdən birinin ərazisində ”razborka" aparmağa cəhd edərkən təsadüfən Naxçıvana keçib. Belə ki, həmin vaxt 13 nəfər gənc həmin hissədə xidmət edən tanışları ikə bağlı hissə komandirini “razborka”ya çağırmaq istəyib. Komandir havaya xəbərdarlıq atəşi açandan sonra onlar maşınlara oturaraq qaçıblar, dördü isə təsadüfən Naxçıvana keçib".
Şahsuvaryan deyib ki, Naxçıvana keçənlər də daxil olmaqla “razborka” iştirakçıları haqqında xuliqanlıq maddəsi ilə cinayət işi qaldırılıb. Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi saxlanılanların diversiya üçün Naxçıvana keçdikləri haqda dəlillərin olduğunu bildirir. Hazırda onların barəsində təhqiqat aparılır. Nazirlik 4 erməninin geri qaytarılmasından söhbət getmədiyini də açıqlayıb.
Açar sözlər:
İyun 6, 2008 16:23
Muzeyə gələnlər burda Nəsib bəy Yusifbəylinin şəklinin yerində erməni fotoşəkli ilə qarşılaşır
Azərbaycan Demokratik Cumhuriyyətinin beşiyi olan Gəncənin Tarix-diyarşünaslıq muzeyinin Cumhuriyyət liderlərinə aid guşəsində onların xatirəsinə hörmətsizlik edilir. Bunu muzeyin elmi işçisi Elcan Orucov bəyan edir. Onun bildirdiyinə görə, muzeydə Cümhuriyyət rəhbərlərindən bir neçəsinin portreti keyfiyyətsizdir və Nəsib bəy Yusifbəylinin adına olan şəkil isə 26 Bakı Komissarlarından olan Arsen Əmiryana məxsusdır. Nəsib bəyə aid məlumat lövhəsində məhz Əmiryanın fotosu vurulub.
Muzeyin əməkdaşı rəhbərliyini və şəhər rəsmilərini də vəziyyətdən xəbərdar edib, hətta Nəsib bəyin varisi Rəfat Cüvarlıdan onun əsil fotosunu alaraq, muzeyə verib. Lakin tədbir görülmədiyi üçün Cumhuriyyətin 90 illik yubileyi ərəfəsində muzeyə gələn yüzlərlə insan burada yenə Nəsib bəy Yusifbəylinin şəklinin yerində başqa fotoşəkil görməli olub.
Muzeyin direktoru şəkilin Nəsib bəy Yusifbəyliyə aid olmadiğını bilir. Amma portretin erməni Arsen Əmiryana məxsusluğunu qəbul etmir. Fotoşəkil isə həqiqətən də Azərbaycan Sovet Ensiklopediyasında çap edilmiş 26-ların sırasında duran Arsen Əmiryanın şəkli ilə tam eynidir. Nəsib bəy Yusifbəylinin şərhə ehtiyacı olmayan əsl fotosu əldə olunsa da, direktorun sözlərindən bəlli olur ki, hələ bir il də erməni bolşevikinin şəklİ muzeydə qalmalı olacaq, yeni təmir işləri aparılanadək.
“Bütövlükdə muzeyin ekspozisiyası planlaşdırılıb, tamamilə yenidən qurulacaq. Nəsib bəyin şəkli də dəyişəcək” – deyə Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nizami Nəbiyev bildirib.
Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin direktoru indi də Nəsib bəyin şəklinin dəyişdirilməsinin mümkün olması ilə razılaşıb. Amma səbəb göstərmədən bu işin təmirdən sonraya saxlanılmasında israr edir.
Açar sözlər:
İyun 4, 2008 21:47
Hörmətli oxucular!
Artıq saytımıza www.qarabaggencleri.tk ünvanından da daxil ola bilərsiniz.
Açar sözlər:
İyun 4, 2008 21:06
Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycana təxrnibat törətmək üçün göndərilmiş erməni hərbçilər ölkə qanunvericiyi əsasında cəzalandırılacaqSon günlər Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi hərbi təlimlərin iyunun 26-na planlaşdırılan hərbi keçidlə əlaqəsi yoxdur. Bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib. O, təlimlərin döyüş hazırlığı məqsədi daşıdığını bəyan edib. Eldar Sabiroğlunun sözlərinə görə, təlimləri müdafiə naziri Səfər Əbiyev şəxsən izləyir. Təlimlər korpusları, briqadaları, ayrı-ayrı taborları əhatə edir. Müdafiə Nazirliyinin rəsmisi deyib ki, təlimlərdə qoşunların idarə edilməsi, qərargah işinin təşkili, qəragahların koordinasiyası və döyüş əmrinin icra edilməsinə xüsusi diqqət yetirilir.
Eldar Sabiroğlu Azərbaycan ərazisində təxribat törətmək istəyən ermənilər barədə də məlumat verib. O, bildirib ki, həmin şəxslər Azərbaycan qanunvericiliyinə uyğun olaraq cəzalandırılacaqlar. Eldar Sabiroğlunun sözlərinə görə, Azərbaycan hərbçiləri tərəfinndən Naxçıvanda saxlanılan Ermənistan vətəndaşları Vanik Zmboyan, Artem Zoqrabyan, Karen Torosyan və Aqasi Enokyan barədə araşdırmalar davam edir. Saxlanılan şəxslərin Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı dəstəsində xidmət etdiklərini xatırladan Eldar Sabiroğlu deyi ki, araşdırmalar və dindirilmələr zamanı onların Azərbaycanda təxribat törətdikləri təsdiqlənib. O, qeyd edib ki, istintaqın son rəyinindən sonra təxribatçı qurupla bağlı yeni açıqlama veriləcək.
Açar sözlər:
İyun 4, 2008 20:55
Eldar Sabiroğlu: «Iyunun 3-də Qazaxın Məzəmli kəndində keçrilməsi planlaşdırılan monitorinqin baş tutmamasında Azərbaycan tərəfi məsuliyyət daşımır»«Son iki ayda Ermənistan silahlı qüvvələri mütəmadi olaraq atəşkəsi pozur. Nəticədə hər iki tərəf itkilər verir. Əgər belə davam edərsə, o zaman Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli qaçılmaz olacaq». Bunu Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bu gün keçirdiyi keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, atəşkəs rejimi əsasən Ağdam. Xocavənd, Tərtər, Füzuli və Tovuz istiqamətlərində pozulur: «Goranboy, Qazax, Cəbrayıl, Göygöl rayonları ərazisində isə bu aylar ərzində nisbətən az pozuntu qeydə alınıb. Əgər işğal davam edəcəksə, əlbəttə, vəziyyət nəzarətdən çıxa və bölgədə arzuolunmaz şərait yarana bilər. Ermənsitan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkilməlidir. Əks təqdirdə hərbi yol qaçılmazdır».
Eldapr Sabiroğlu iyunun 3-də Qazaxın Məzəmli kəndində keçrilməsi planlaşdırılan monitorinqin baş tutmamasında Azərbaycan tərəfinin məsuliyyət daşımadığını bildirib. Onun sözlərinə görə, bu qərar ATƏT sədrinin şəxsi nümaynədəsi və səhra köməkçilərinə məxsus olub. Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, ATƏT sədrinin şəxsi nümaynədəsi Anjey Kaspirşik və səhra köməkçiləri Qazax rayon İcra Hakimiyyətində keçirilən brifinqdə onlara verilən məlumatlarla kifayətlənərək, təmas xətinə getməyə lüzüm görməyiblər.
Açar sözlər:
İyun 4, 2008 18:00
Ermənistanın müdafiə naziri Seyran Ohanyan etiraf edib ki, ölkəsi orduya ayrılan vəsaitlərdə Azərbaycandan geri qalır
«Hazırda Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bərpası üçün zəmin yoxdur. Lakin Ermənistan buna hər dəqiqə hazır olmalıdır». Bu bəyanatla Ermənistanın müdafiə naziri Seyran Ohanyan çıxış edib. O bildirib ki, Ermənistan hakimiyyəti, münaqişənin istisnasız olaraq sülh yolu ilə həlli üçün səy göstərir: «Biz hazırda nə sülh, nə də müharibə şəraitində yaşayırıq. Çünki Azərbaycanla sülh müqaviləsi im