1462 gün-4 il- Bəziləri üçün qısa, bəziləri üçün isə uzun görünən bu rəqəm Ramilin həbsdə olduğu günlərin sayıdır. Bəli, bu gün Ramilin həbsindən nə az, nə çox düz 4 il keçir. Bu gün ədalətsiz qərarla Ramil ömürlük həbs cəzasına məhkum edilib. Səbəb: bir nəfəri qətlə yetirdiyinə görə... Ən acınacaqlısı odur ki, Ramil haqda hökm çıxarılarkən xüsusi diqqət çəkən heç bir məsələ nəzərə alınmadı.
İki nəfəri qətlə yetirib, 3 nəfəri yaralayan Krikor Levonyan və Rafi Elbekyana 15 il həbs cəzası verildi. K.Levonyan isə cəmi 3 ildən sonra azadlığa buraxıldı.
Terror aksiyası nəticəsində 8 nəfərin həyatına son qoyub, 60 nəfərin yaralanmasına səbəb olan V.Qarabedyan isə ömürlük cəza almasına baxmayaraq 15 il sonra azad olundu.
Məşhur terrorçu, Qərbi Avropada “ASALA-nın inqilabi hərəkatı” adlı qruplaşmanın rəhbəri Monte Melkonyan terror aksiyası törətdiyindən həbs edildi. O zaman məhkəmə ona sadəcə 6 il iş verməklə kifayətləndi.Onun azad olunması tələbi ilə ASALA 15 terror aksiyası törətdi. Melkonyan 5 il sonra azadlığa çıxdı.
Bu siyahını kifayət qədər uzatmaq mümkündür. Maraqlı cəhət ondan ibarətdir ki, bu insanlara məhkəmə sonsuz güzəştlər edərkən onların affekt vəziyyətində olmalarını, tarixdə heç baş verməmiş “Erməni soyqırımı”ndan təsirləndiklərini əsas götürürdülər. Amma nədənsə dünya bu gün böyük Türk millətinin bir əsrdə məruz qaldığı 3 dəhşətli soyqırımı (1915, 1918, 1992) nəzərə almır. Hansı ki onlardan biri- 1992-ci il Xocalı soyqırımı Ramilin necə deyərlər “müasiridir”. Bundan başqa onun vətənini, yaxınlarını itirməsi ona təsir edə bilməzdimi? Türkün ürəyi, düşüncəsi, hissləri yoxmu? 2 və daha artıq insanın ölümündə, onlarla insanın yaralanmasında, zərər çəkməsində günahkar olan, məşhur terrorçu qruplaşmaların üzvü olan insanlar uzaq başı 15 il həbs cəzası ilə cəzalandırılarkən, millətinə qarşı dəhşətli soyqırımın şahidi olmuş, vətənini, yaxınlarını itirmiş və üstəlik bu iyrəncliklərin günahkarı olan ordunun zabiti tərəfindən özünə, bayrağına təhqirlər görən birinə ömürlük həbs cəzası verilməsi və 30 il müddətində bütün amnistiya, əff etmə şanslarından məhrum edilməsi tükürpədici deyilmi???
Amma “İnsan ümid etdiyi müddətcə yaşayır” deyirlər. Yaşayırıq,ümid edirik.Haqq-ədalətin bərqərar olacağına ümid edirik. Amma bu ümidlə və bəzən də ümidsizliklə Ramilsizliyin 4-cu ilini də başa vurduq. Salam, məhbusluğun və Ramilsizliyin 5-ci ili!
Ramilsiz 4 il
Fevral 27, 2008 18:29
Vətənpərvər |
Vətənpərvərlik | Şərhlər(0) | Baxış sayı: 48 |
Açar sözlər:
Saytımız Sorğu keçirdi
Fevral 27, 2008 16:53
Qazax Nağı:«Hesab edirəm ki,nəticələr bir daha Azərbaycan hakimiyətindən müharibə tələb edir»
Sual belə idi:Qarabağ hansı yolla işğaldan azad oluna bilər?
Sorğumuzu Bakı Şəhəri Xətai rayonu,Nəsimi rayonu,Binəqədi rayonu və Səbail rayonunda apardıq.200 dən artıq respondentin iştirak etdiyi sorğunun nəticələrinə görə 52.6 % hərb yolu ilə,47.3 % isə sülh yolu ilə Qarabağ məsələsinin həll olunacağına inanır.
Vətənpərvər |
Vətənpərvərlik | Şərhlər(1) | Baxış sayı: 56 |
Açar sözlər:
Azərbaycan xalqı ayağa qalx ! Qeyrətin düşmən əllərindədir !
Fevral 27, 2008 16:33

Xəritədə gördüyün QARA rəng Azərbaycanın namusuna sürülmüş qara ləkədir!
Bu ləkəni təmizləməyə hər an hazır ol!
Vətənpərvər |
Bölməsiz | Şərhlər(2) | Baxış sayı: 61 |
Açar sözlər:
Tovuz, Füzuli, Ağdamdakı mövqelərimiz atəşə tutulub
Fevral 27, 2008 16:12
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 26-da saat 15.40-dan 15.50-dək Ermənistan respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi sahəsində yerləşən mövqelərini, saat 12.25-dən 20.45-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli və Qorqan kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, fevralın 27-də saat 01.35-dən 05.45-dək fasilələrlə Ağdam rayonunun Şurabad və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bütün hallarda cavab atəşilə düşmən susdurulub. İtki yoxdur./ANS PRESS/
Vətənpərvər |
Cəbhə | Şərhlər(0) | Baxış sayı: 47 |
Açar sözlər:
Qanlı Yaddaş,Unudulmaz Tarix! Xocalı Azərbaycanlıların soyqırımıdır!
Fevral 26, 2008 15:28

Xocalı soyqırımı - 1992ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə Xocalı şəhərini işqal edərkən, etnik azərbaycan türklərinə qarşı baş vermiş soyqırım.
Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Həmin gün ermənilər 366-cı motoatıcı alayın köməkliyi ilə faşistlərin Xatında törətdikləri cinayətdən daha dəhşətli cinayətə imza atdılar. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur:
Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.
Vətənpərvər |
Xocalı | Şərhlər(0) | Baxış sayı: 56 |
Açar sözlər:
«XOCALI FACİƏSİ UŞAQLARIN GÖZÜ İLƏ» ADLI TƏDBİR KEÇİRİLDİ
Fevral 25, 2008 20:14

Tənzilə Rüstəmxanlı: «Xocalı faciəsi ermənilərin millətimizə qarşı etdiyi ən qanlı hadisədir»
«Gənc Liderlər» Uşaq Təşkilatı və Səbail rayonundakı 7 saylı orta məktəbin təşəbbüsü ilə sözügedən təhsil müəssəsində tanınmış ictimai xadimlərin iştirakı ilə «Xocalı faciəsi olduğu kimi adlı» tədbir keçirilib. Bu barədə məlumat qurumun Mətbuat Xidmətindən daxil olub.
Vətənpərvər |
Vətənpərvərlik | Şərhlər(0) | Baxış sayı: 51 |
Açar sözlər:
Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub
Fevral 25, 2008 11:24
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 24-də saat 22.03-dən 23.25-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, cavab atəşilə düşmən susdurulub. İtki yoxdur./ANS PRESS/
Vətənpərvər |
Bölməsiz | Şərhlər(1) | Baxış sayı: 57 |
Açar sözlər:
Xocalı soyqırımını anım aksiyası Türkiyədə
Fevral 23, 2008 20:47
Vətənpərvər |
Xocalı | Şərhlər(0) | Baxış sayı: 58 |
Açar sözlər:
Xocalıyla bağlı aksiya
Fevral 23, 2008 18:07
Vətənpərvər |
Xocalı | Şərhlər(0) | Baxış sayı: 60 |
Açar sözlər:
Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunu atəşə tutub
Fevral 23, 2008 17:53
Cavab atəşi ilə qarşı tərəf susdurulub,
itki yoxdur
Ermənistan silahlı qüvvələri fevralın 22-i günorta saat 16.00-dən bu gün səhər saat 05.00-ə kimi fasilələrlə Goranboy rayonunun adsız yüksəklikləri və Tapqaraqoyunlu kəndi, Tərtər rayonunun Çiləbört, eləcə də Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cavab atəşi ilə qarşı tərəf susdurulub, itki yoxdur. /ANS TV/
Vətənpərvər |
Cəbhə | Şərhlər(0) | Baxış sayı: 51 |
Açar sözlər:
