Reklam verin!

Üz Qaraları

Mart 31, 2008 14:37

Röyanın da adı üz qaralarının siyahısına düşdü.

Martın 30-dan 31-nə keçən gecə yəni DÜNYA AZƏRBAYCANLILARININ SOYQIRIMI günündə Röya konsert verərək diskoteka keçirdi.

Allah Röya kimilərə lənət eləsin!!!

Vətənpərvər | Vətənpərvərlik | Şərhlər(2) | Baxış sayı: 74 |

Açar sözlər:

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi 31 mart soyqırımından 90 il keçir

Mart 31, 2008 14:09

1918-ci il martın 31-də ermənilər ayrı-ayrı bölgələrdə 50 mindən çox azərbaycanlının həyatına son qoyublar

Bu gün ermənilərin ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törətdiyi soyqırımdan 90 il keçir. 1918-ci ilin məhz bu günündə ermənilər Şimali Azərbaycanın, yəni indiki Azərbaycan Respublikasının ayrı-ayrı bölgələrində yaşayan 50 mindən çox azərbaycanlının həyatına vəhşicəsinə son qoyublar.

On minlərlə insana maddi ziyan dəyib. Təəssüf ki, indiyə kimi həmin faciə beynəlxalq səviyyədə tanınmayıb. Buna görə heç bir kompensasiya ödənilməyib. Yalnız 10 il bundan əvvəl martın 18-nin azərbaycanlıların soyqırım günü kimi qeyd edilməsinə qərar verilib. Bu münasibətlə bu gün Azərbaycanda və xaricdə bir sıra tədbirlər keçiriləcək, soyqırım qurbanları anılacaq.

Cənubi və Qərbi Azərbaycandakı qırğınlar da nəzərə alındıqda, faciə daha böyük olub. Bütövlükdə 1918-ci ildə Urmiya, Xoy, Maku, Salmas, Bakı, İrəvan, Şamaxı, Quba, Şuşa, Gəncə, Lənkəran, Kürdəmir və digər şəhərlərdə, kəndlərdə azğınlaşmış erməni quldur dəstələri dinc əhaliyə divan tutmuş, 100 minlərlə insanı qətlə yetirmişlər. Ermənilər soydaşlarımızı xüsusi qəddarlıqla öldürür, yalnız öldürməklə kifayətlənmir, başlarını, qulaqlarını, burunlarını kəsir, gözlərini çıxarır, başlarının dərisini soyur, qadınların döşlərini kəsir, qarınlarını cırır, uşaqları nizələrlə yerə mıxlayırdılar. /ANS PRESS/

Vətənpərvər | Vətənpərvərlik | Şərhlər(0) | Baxış sayı: 56 |

Açar sözlər:

31 mart Dünya Azərbaycanlılarının soyqırım günüdür!

Mart 31, 2008 14:03

ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA QARŞI HƏYATA KEÇİRDİKLƏRİ SOYQIRIM
1998-ci ildən e`tibarən Azərbaycan Respublikası martın 31-ni dövlət səviyyəsində azərbaycanlıların genosidi günü kimi qeyd edir. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın yaddaşında həkk olunmasını özündə əks etdirir. Azərbaycanlırın kütləvi şəkildə qırılması, repressiyalara mə'ruz qalması XX yüzilliyin dünya tarixinin faciəvi səhifələrindən biri hesab etmək olar. Bu faciələrin günahkarı "Böyük Ermənistan" yaradılması kimi sərsəm bir ideyanı həyata keçirmək üçün heç bir iyrənc vasitədən çəkinməyən erməni şovinizmidir.

Tarixi arayış

İsveçlə Rusiya arasında 1721-ci ildə sülh müqaviləsinin imzalanmasından sonra Rusiya çarı I Pyotr öz imperiya ehtiraslarını Qafqaza, Xəzəryanı ərazilərə yönəltdi. Bu cəhdlərin sonu 1723-cü ildə Bakının işğalı ilə nəticələndi. Əsasən müsəlmanlardan ibarət olan yerli camaatın narazılığını və müqavimətini görən I Pyotr öz planlarını həyata keçirmək üçün, necə olur-olsun, Gilanda, Mazandaranda, Bakı və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini vacib sayırdı. Əsası I Pyotr tərəfindən qoyulan bu siyasəti sonralar Rusiyanın digər çarları həyata keçirdi. 1768-ci ildə Ekaterina II ermənilərin himayə edilməsi barədə əmr imzalayır. 1802-ci ildə çar Aleksandr I H.D.Sisianova yolladığı məktubunda yazırdı: "Hə olur-olsun ermənilər Azərbaycanın ... bu və ya digər xanlıqlarında istifadə olunmalıdır". IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər dövlətlərini yaratmaq məqsədinə çatmaq üçün Rusiyanın imperiya siyasətiniin həyata keçirilməsində alət rolunu oynadılar.

Siyasi-hüquqi qiymətləndirmə

Azərbaycan Demokratik Respublikası yarandıqdan dərhal sonra 1918-ci ilin mart hadisələrinə, azərbaycanlıların ermənilər trəfindən məhv edilməsi məsəlsinə diqqət yetirdi. 1918-ci il iyul ayının 15-də Hazirlər Soveti mart faciəsinin, İrəvan quberniyasında baş vermiş ağır cinayətlərin tədqiqi və öyrənilməsi üzrə komissiya yaradılması haqqında qərar qəbul etdi. Mart faciəsi və və igər erməni cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyəti mə'lumatlandırmaq məqsədilə ADR Xarici İşlər Hazirliyində xüsusi struktur yaradıldı. ADR 1919-1920-ci illərin 31 mart gününü ümumxalq hüzn günü kimi qeyd etdi. Lakin ADR torpaqlarımızın işğal edilməsi və azərbaycanlıların soyqırımına mə'ruz qalması məsələsinə hüquqi-siyasi qiymət verilməsi işini başa çatdırmadan süquta uğradı.

***

Bu məsələyə bir də Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra qayıtmaq mümkün oldu. 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümündə Azərbaycan prezidenti Heydər Əliyev imzaladığı sərəncam erməni millətçilərinin hərəkətlərinə verilən ilk siyasi qiymət oldu. 1998-ci il 26 mart tarixli bu sərəncam Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının formalaşdırılması üçün bir növ proqram sənədidir. 31 mart yenə Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir və dünya ictimaiyyətinin diqqətini xalqımızın başına gətirilən qanlı faciələrə cəlb edir.

Vətənpərvər | Vətənpərvərlik | Şərhlər(0) | Baxış sayı: 73 |

Açar sözlər:

“Azərbaycanı danışıqların kəsilməsi barədə bəyanatlarla qorxuda bilməzlər”

Mart 30, 2008 20:50

Eldar Sabiroğlu: "Azərbaycanın əraziləri işğal altındadır, onu azad etmək təcavüzə məruz qalan tərəf kimi bizim hüququmuzdur"

    “Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların kəsilməsi barədə bəyanatlar verməklə qorxuda bilməzlər”.

    Bu barədə Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın Azərbaycanla Ermənistan arasında danışıqların kəsilməsi ehtimalının artması barədə açıqlamasına münasibət bildirən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. E. Sabiroğlu APA-nın “Danışıqların kəsilməsi müharibə ehtimalını artıra bilərmi” sualına cavabında deyib ki, danışıqların kəsilməsi barədə Ermənistanın şantaj xarakterli bəyanatları vəziyyəti daha da çətinləşdirir: “Müharibə arzu olunan hadisə deyil. Bu yeni qırğınlar, yeni qanlar deməkdir. İşğalçı Ermənistan bunu anlamalıdır. Məhz onların günahı ucbatından bu günə qədər Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş qalır və regionu narahat edir. Ona görə də müharibə təhlükəsi münaqişə ilə bağlı hər hansı vəziyyətin yaranmasına baxmayaraq hər an real ola bilər”.

    Nazirlik sözçüsü deyib ki, Azərbaycanın əraziləri işğal altındadır, onu azad etmək təcavüzə məruz qalan tərəf kimi bizim hüququmuzdur: “Bunu bizə heç kim qadağan edə bilməz. Müharibəni yaxınlaşdıran amillər göz qabağındadır. Danışıqların kəsilməsi barədə Ermənistanın şantaj xarakterli bəyanatları vəziyyəti daha da çətinləşdirir. Buna görə də Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi nəzərdən qaçırılmamalıdır. Çox təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair” BMT Baş Assambleyasının qəbul etdiyi ədalətli qətnaməni şübhə altına almaqla münaqişənin həllini bir qədər də mürəkkəbləşdirdilər. Onlar tərəf olduqlarını açıqca meydana qoymaqla təcavüzkarı necə deyərlər, müdafiə etdilər. BMT Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, münaqişənin həlli yollarının Minsk Qrupunun həmsədr ölkələri vasitəsi ilə çözülməsi barədə qətnamə qəbul edib. Burada pis nə var ki? Əslində bu hər iki tərəfin, eyni zamanda bütün bəşəriyyətin maraqlarına cavab verir. Məhz bu yol müharibənin yenidən başlanmasının qarşısını almaq üçün ən təsirli və ən ədalətli yoldur. BMT-nin sülhsevər qətnaməsinin mahiyyəti də bundan ibarətdir. Əvəzində isə Minsk Qrupu həmsədri olan ölkələr adıçəkilən qətnaməni kənara qoydular və daha təhlükəli yolu seçdilər. Onlar dünyanın bir hissəsində müharibə ocağını söndürmək əvəzinə müharibə ocağının üzərinə su yox, benzin tökdülər. Necə ola bilər - sərf edən zaman BMT-nin sanksiyaları və qətnamələri kara gəlir, təsirli olur, amma Azərbaycanla bağlı məlum qətnamə əhəmiyyətsiz sayılır? Onların ədalət dedikləri budurmu? İkili standartın nə olduğu həmsədr ölkələrin simasında göründü. Bizi danışıqların kəsilməsi barədə bəyanatlarla qorxuda bilməzlər”.

    E. Sabiroğlu qeyd edib ki, Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaq və nəyin gücünə olsa da, öz ərazi bütövlüyünü bərpa edəcək: “Azərbaycanın qüdrətli dövləti, yekdil xalqı, güclü ordusu bu taleyüklü arzumuzu reallaşdırmağa tam imkan verir. Bu yol uzaqda deyil”.

Vətənpərvər | Siyasət | Şərhlər(0) | Baxış sayı: 56 |

Açar sözlər:

Müdafiə Nazirliyi ATƏT-in Minsk Qrupunu ittiham edir

Mart 30, 2008 20:47

«ATƏT-in Minsk Qrupunun həmsədrlərinin BMT Baş Assambleyasının qətnaməsi ilə bağlı birtərəfli mövqeyi müharibənin yenidən qızışdırılmasına yönəlib»

Azərbaycanın Müdafiə Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupu həmsədrlərini müharibəni qızışdırmaqda günahlandırır. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bu gün keçirdiyi mətbuat kofnransında bildirlib ki, 15 il ərzində münaqişənin dinc həll olyunu tapa bilməyən həmsədr ölkələr BMT Baş Assambleyasının «Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında» qətnaməsini şübhə altına alıb. Onun sözlərinə görə, qətnamə özündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini əks etdirir: «ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri belə addım atmamalıydılar. Onlar yenidən qan tökülməsinə imkan verməmək əvəzinə, qətnamə ilə bağlı birtərəfli mövqe tutdular və onların bu addımı müharibənin yenidən qızışdırılmasına yönəlib»./ANSPRESS/

Vətənpərvər | Siyasət | Şərhlər(0) | Baxış sayı: 52 |

Açar sözlər:

"Qarabağ sənədini açıqlayım, gizlətmək nəyə lazım..."

Mart 29, 2008 23:16

 
Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bu gün Moskvada deyib ki, Azərbaycan danışıqları Minsk qrupunun sənədi əsasında davam etdirməsə Ermənistan Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsini nəzərdən keçirə bilər. Yox, əgər danışıqlar Minsk qrupunun sənədi əsasında davam edərsə Ermənistan danışıqlarda indiki mövqeyinə dəyişikliklər etməyəcək.

Bəs görəsən, Ermənistanın xarici işlər naziri "Minsk qrupunun sənədi" deyəndə nəyi nəzərdə tutur?

BBC-nin Azərbaycan xidməti bu sualla Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadəyə müraciət edib.

“Mən bu sənəd nə olduğunu sizə deyim də, gizlətmək nəyə gərək, - deyə cənab Quluzadə bildirib, - 1999-cu ildə İstanbul sammiti ərəfəsində Azərbaycanda Dağlıq Qarabağ məsələsində güzəştə çağıran kampaniya gedirdi".

V. Quluzadə bundan əvvəlki danışıqların mahiyyətini açıqlayaraq sənədin məzmununu belə təsvir edib:

"Minsk Qrupu həmsdərdləri güzəştli sülh təklifi hazırladılar, həmin təkliflər çərçivə sazişi adlandırılırdı. Həmin sülh sazişinə əsasən, Dağlıq Qarabağın və Laçının Ermənistana verilməsi təklif olunurdu. Bunun müqabilində isə Azərbaycanın işğal olunmuş 7 rayonu azad ediləcəkdi".

"Sənəddə eləcə də, Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququ da təsbit olunmuşdu", - Vəfa Quluzadə qeyd edib.

Onun sözlərinə görə, bu təklif masa üzərində olarkən Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyev və Ermənistan Prezidenti Robert Köçəryan arasında razılıq əldə ediləndən sonra Ermənistan parlamentində spiker, baş nazir və digər nazirlər və deputatlar güllələndi.

"Bu görünməmiş hadisə idi, ancaq bu hadisə ört-basdır edildi. Ancaq professional dairələr bilirdi ki, məqsəd - İstanbul sammitinin nəticələrini sıradan çıxarmaq idi", -deyə cənab Quluzadə davam edib.

"Və o zamandan bəri Minsk Qrupu heç bir başqa, yeni sənəd ortaya çıxarmayıb", - Vəfa Quluzadə qeyd edib.

Vətənpərvər | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 50 |

Açar sözlər:

MAYIN 12-də MİTİNQ OLACAQ

Mart 29, 2008 23:05

Demokratik seçki mərkəzi atəşkəs əleyhinə aksiya keçirəcək 

“Demokratik Seçki Mərkəzi (DSM) Azərbaycan xalqını öz etiraz səsini qaldırmağa və atəşkəsin elan olunduğu gün - mayın 12-də etiraz mitinqinə dəvət edir”. Bu cümlə DSM-in dünən yaydığı bəyanatdandır. Müəlliflər Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranmış son durumu müzakirə edərək, atəşkəsin elan edildiyi vaxtdan 14 il keçməsinə baxmayaraq, bu müddət ərzində Ermənistanın işğalçılıq mövqeyindən çəkilmədiyini, problemin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun ikiüzlülük etdiyini, rəsmi Bakının topraqların işğaldan azad edilməsi üçün fəaliyyətinin qeyri-qənaətbəxş olduğunu bəyan ediblər.
Müəlliflər mövcud durumun dəyişdirilməsi üçün həmsədrlərin vasitəçilik missiyasından imtina etməyə, peşəkar ordu quruculuğu üçün radikal islahatlar keçirməyə, rəsmi Bakını münaqişənin sülh yolu ilə həllinə dair üzərinə götürdüyü öhdəliklərdən imtina etməyə çağırır. Müəlliflər Azərbaycanın gələcəyini Türkiyə ilə eyni hərbi-siyasi blokda gördüyü üçün hökuməti bü yöndə ciddi addımlar atmağa səsləyir.
Xatırladaq ki, DSM ötən ilin payızında yaradılıb və bu quruma Klassik Azərbaycan Xalq Cəbhəsi, Milli Demokrat, Azadlıq və daha bir neçə partiya daxildir.

Vətənpərvər | Siyasət | Şərhlər(0) | Baxış sayı: 55 |

Açar sözlər:

"hər şey Azərbaycanın hərəkətlərindən asılı olacaq"

Mart 29, 2008 22:51

Bu gün Moskvada MDB ölkələrinin xarici işlər nazirləri sammitində iştirak edən Ermənistanın xarici işlər naziri Vardan Oskanyan Dağlıq Qarabağ münaqişəsiylə bağlı bəzi açıqlamalar verib

Nazir Ermənistanda son zamanlar Yerevanın separatçı Dağlıq Qarabağı tanımaq üzrə mümkün niyyətləri haqda səslənən bəzi fikirlərə, habelə Minsk qrupundakı həmsədrlər məsələsinə ölkəsinin mövqeyini açıqlayıb.

Erməni naziriylə söhbətləşən jurnalistlər arasında Moskva müxbirimiz Eldar İsmayılzadə də olub.

Vardan Oskanyan bu gün bildirib ki, separatçı Dağlıq Qarabağın tanınması Ermənistanın siyasi gündəliyində durmur, ancaq burada hər şey Azərbaycanın hərəkətlərindən asılı olacaq:

"Bu məsələ gündəlikdə deyil, Azərbaycanın yaxın həftələr və aylar ərzində həyata keçirəcəyi siyasətdən asılı olaraq biz Qarabağ əhalisinin öz müqəddəratının təyin etməsi hüqunun və buranın təhlükəsizliyinin təmin edilməsi və möhkəmləndirilməsi istiqamətində hansı konkret addımlar atacağımızı təyin edəcəyik" - deyib cənab Oskanyan.

"Əgər Azərbaycan Minsk qrupunun artıq mövcud sənədi əsasında danışıqları davam etdirəcəksə Ermənistanın öz siyasətini dəyişməyə heç bir ehtiyac olmayacaq" - deyə o, bildirib.

Ermənistan rəsmisi daha sonra deyib:

"Yox, əgər Azərbaycan bu sənəddən imtina etsə Ermənistanın Qarabağla bağlı öz siyasətinə yenidən baxmaqdan başqa yolu qalmayacaq".

Ermənistanın xarici işlər naziri habelə Minsk qrupundakı həmsədrlər məsələsinə də toxunub, onun zənnincə, həmsədrlərin dəyişdirilməsi məqsədəuyğun deyil:

"Zənnimcə, həmsədrlərin işi qənaətbəxşdir. Həmsədrlərin dəyişdirilməsi Azərbaycanın işi deyil, burada digər mexanizmlər var.

Həmsədr ölkələrin özləri öz nümayəndələrini dəyişmək istəyib istəməməsi haqda qərar çıxarmalıdırlar.

Hazırkı həmsədrlərlə biz xeyli müddətdir ki, işləyirik və onlar tərəflər qarşısına qoyulan sənədin müəllifidirlər.

Onlar yaxşı iş görüblər və həmsədrlər tərkibində dəyişiklər təəssüf doğura bilər".

Vardan Oskanyan Buxarestdə NATO sammitində Azərbaycanla Ermənistanın prezidentlərinin mümkün görüşüylə bağlı bildirib ki, hələ burada konkret razılaşma yoxdur, lakin Yerevan belə görüşə hazırdı.

Vətənpərvər | Siyasət | Şərhlər(0) | Baxış sayı: 49 |

Açar sözlər:

AZƏRBAYCANLA TÜRKİYƏ BİRGƏ HƏRBİ TƏLİMLƏR KEÇİRƏCƏK

Mart 28, 2008 12:23

İki ölkə müdafiə nazirlikləri arasında bu haqda müzakirələr gedir 

Bu ilin yayında Azərbaycanla Türkiyə bir sıra birgə hərbi manevrlər keçirə bilər. Bu barədə məlumat Rusiyanın “Kavkazskiy uzel” agentliyinin saytında yer alıb. Azərbaycan Müdafiə Nazirliyindəki mənbə bildirib ki, hələlik iki ölkə arasında bu barədə ilkin müzakirələr gedir. Mənbənin sözlərinə görə, yaxın günlərdə Bakıya yüksək rütbəli Türkiyə hərbçilərindən ibarət heyət səfər edəcək və həmin məsələlər Azərbaycan tərəfi ilə müzakirə olunacaq. Mənbə birgə təlimlərin konkret vaxtını və yerini açıqlamayıb.
Türkiyə uzun müddətdir Azərbaycanla hərbi əməkdaşlıq edir, bu əməkdaşlıq həm NATO çərçivəsində, həm də ikitərəfli qaydada aparılır. Azərbaycan Silahlı Qüvvələrinin bəzi hissələri Türkiyə hərbi təlimatçılarının rəhbərliyi altında hazırlanıb, iki ölkə arasında hərbi əməkdaşlığa dair çoxsaylı sənədlər var. Bu əməkdaşlıq birgə hərbi manevrlər üçün zəruri baza yaradır.  Bəzi hərbi ekspertlər isə qeyd edirlər ki,  Azərbaycanla Türkiyə arasında birgə hərbi manevrlərə dair müzakirələr Rusiya və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində keçirməyə hazırlaşdığı birgə təlimlərə cavab ola bilər. Bu təlimlər zamanı bütün qoşun növlərindən, o cümlədən aviasiyadan istifadə olunacaq. Manevrlərin bir hissəsi Ermənistanın Türkiyə ilə həmsərhəd bölgələrində keçirilməlidir.

Vətənpərvər | Siyasət | Şərhlər(0) | Baxış sayı: 51 |

Açar sözlər:

QAT imzatoplama kompaniyasına başlayır

Mart 27, 2008 18:59

Qarabağ Azadlıq Təşkilatının İdarə heyətinin genişlənmiş toplantısı keçirilmişdir. Toplantı iştirakçıları BMT Baş Assambleyasında “Azərbaycanının işğal olunmuş ərazilərindəki vəziyyət haqqında” qətnamə ilə bağlı səs verməninin nəticələrindən sonra yaranmış vəziyyəti müzakirə etmış və bir sıra qərarlar qəbul etmişlər.           

1. Toplantı iştirakçılarnın qərarına Minsk qrupunun buraxılması tələbi ilə kütləvi imzatoplama kompaniyasına başlanılır. İmzatoplama kompaniyasına ölkənin digər ictimai və siyasi qrumlarının cəlb olunması nəzərdə tutulur. Bu qərar Minsk qrupunun əksər üzvlərinin, o cümlədən həmsədr ölkələrin təqdim olunan qətnamə layihəsinin əleyhinə səs vermələri, ya da bitərəf qalmaları ilə əsaslandırılır.           

2. Toplantıda həmçinin səsvermə zamanı bitərəf qalmış ölkələrin Azərbaycandakı səfirliklərində mütamadi görüşlərin keçirilməsi, izahat işinin aparılması məqsədilə bir neçə qrup yaradılmışdır. Əsasən ziyalıların daxil olduğu bu qruplar yaxın vaxtlarda səfirlərlə görüşlərə başlayacaqlar.            

3. Digər qərar səsvermədə bitərəf qalmış ölkələrin mətbuatı, ictimaiyyəti, tanınmış şəxsiyyətləri ilə əlaqələrin genişləndirilməsi ilə bağlı olmuşdur. Həmin ölkələrə internet vasitəsi ilə obyektiv informasiyanın göndərilməsi nəzərdə tutulur.            

4. Toplantı iştirakçıları təşkilatı məsələyə də baxaraq , Qarabağ Azadlıq Təşkilatının növbəti 3-cü qurultayının bu il mayın 30-da keçirilməsi haqda qərar qəbul etmişlər.           

5. Toplantıda həmçinin bəyanat qəbul olunmuşdur.           

BMT Baş Assambleyasının 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında” qətnamənin qəbul olunmasını müsbət hadisə kimi qiymətləndirir, Azərbaycanın haqq işinə dəstək vermiş ölkələrin mövqeyini təqdir edirik. Bununla yanaşı qətnamənin əleyhinə səs vermiş ölkələrin qərəzli mövqeyini ittiham edir, bitərəf qalmasına görə Azərbaycanın Xarici İşlər nazirliyi, xaricdə yaşayan azərbaycanlılara iş üzrə Dövlət Komitəsi, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında və digər beynəlxalq qurumlarda fəaliyyət göstərən deputat qrupları, Milli Məclisin ayrı-ayrı ölkələrlə dostluq qrupları, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri birbaşa məsuliyyət daşıyırlar. Bu qurumların hər biri, xüsusi ilə də səfirliklərlə baglı məsələ Milli Məclisdə müzakirəyə çıxarılmalı, araşdırmalar aparılmalı, günahkarlar cəzalandırılmalıdır.                        

Qarabağ Azadlıq Təşkilatı Mətbuat Xidməti

 

Vətənpərvər | Siyasət | Şərhlər(0) | Baxış sayı: 53 |

Açar sözlər:


  Yazılar cəmi: 67    Sonrakı səhifə »