Reklam verin!

"hər şey Azərbaycanın hərəkətlərindən asılı olacaq"

Mart 29, 2008 22:51

Bu gün Moskvada MDB ölkələrinin xarici işlər nazirləri sammitində iştirak edən Ermənistanın xarici işlər naziri Vardan Oskanyan Dağlıq Qarabağ münaqişəsiylə bağlı bəzi açıqlamalar verib

Nazir Ermənistanda son zamanlar Yerevanın separatçı Dağlıq Qarabağı tanımaq üzrə mümkün niyyətləri haqda səslənən bəzi fikirlərə, habelə Minsk qrupundakı həmsədrlər məsələsinə ölkəsinin mövqeyini açıqlayıb.

Erməni naziriylə söhbətləşən jurnalistlər arasında Moskva müxbirimiz Eldar İsmayılzadə də olub.

Vardan Oskanyan bu gün bildirib ki, separatçı Dağlıq Qarabağın tanınması Ermənistanın siyasi gündəliyində durmur, ancaq burada hər şey Azərbaycanın hərəkətlərindən asılı olacaq:

"Bu məsələ gündəlikdə deyil, Azərbaycanın yaxın həftələr və aylar ərzində həyata keçirəcəyi siyasətdən asılı olaraq biz Qarabağ əhalisinin öz müqəddəratının təyin etməsi hüqunun və buranın təhlükəsizliyinin təmin edilməsi və möhkəmləndirilməsi istiqamətində hansı konkret addımlar atacağımızı təyin edəcəyik" - deyib cənab Oskanyan.

"Əgər Azərbaycan Minsk qrupunun artıq mövcud sənədi əsasında danışıqları davam etdirəcəksə Ermənistanın öz siyasətini dəyişməyə heç bir ehtiyac olmayacaq" - deyə o, bildirib.

Ermənistan rəsmisi daha sonra deyib:

"Yox, əgər Azərbaycan bu sənəddən imtina etsə Ermənistanın Qarabağla bağlı öz siyasətinə yenidən baxmaqdan başqa yolu qalmayacaq".

Ermənistanın xarici işlər naziri habelə Minsk qrupundakı həmsədrlər məsələsinə də toxunub, onun zənnincə, həmsədrlərin dəyişdirilməsi məqsədəuyğun deyil:

"Zənnimcə, həmsədrlərin işi qənaətbəxşdir. Həmsədrlərin dəyişdirilməsi Azərbaycanın işi deyil, burada digər mexanizmlər var.

Həmsədr ölkələrin özləri öz nümayəndələrini dəyişmək istəyib istəməməsi haqda qərar çıxarmalıdırlar.

Hazırkı həmsədrlərlə biz xeyli müddətdir ki, işləyirik və onlar tərəflər qarşısına qoyulan sənədin müəllifidirlər.

Onlar yaxşı iş görüblər və həmsədrlər tərkibində dəyişiklər təəssüf doğura bilər".

Vardan Oskanyan Buxarestdə NATO sammitində Azərbaycanla Ermənistanın prezidentlərinin mümkün görüşüylə bağlı bildirib ki, hələ burada konkret razılaşma yoxdur, lakin Yerevan belə görüşə hazırdı.

Vətənpərvər | Siyasət | Şərhlər(0) | Baxış sayı: 80 |

Açar sözlər:

AZƏRBAYCANLA TÜRKİYƏ BİRGƏ HƏRBİ TƏLİMLƏR KEÇİRƏCƏK

Mart 28, 2008 12:23

İki ölkə müdafiə nazirlikləri arasında bu haqda müzakirələr gedir 

Bu ilin yayında Azərbaycanla Türkiyə bir sıra birgə hərbi manevrlər keçirə bilər. Bu barədə məlumat Rusiyanın “Kavkazskiy uzel” agentliyinin saytında yer alıb. Azərbaycan Müdafiə Nazirliyindəki mənbə bildirib ki, hələlik iki ölkə arasında bu barədə ilkin müzakirələr gedir. Mənbənin sözlərinə görə, yaxın günlərdə Bakıya yüksək rütbəli Türkiyə hərbçilərindən ibarət heyət səfər edəcək və həmin məsələlər Azərbaycan tərəfi ilə müzakirə olunacaq. Mənbə birgə təlimlərin konkret vaxtını və yerini açıqlamayıb.
Türkiyə uzun müddətdir Azərbaycanla hərbi əməkdaşlıq edir, bu əməkdaşlıq həm NATO çərçivəsində, həm də ikitərəfli qaydada aparılır. Azərbaycan Silahlı Qüvvələrinin bəzi hissələri Türkiyə hərbi təlimatçılarının rəhbərliyi altında hazırlanıb, iki ölkə arasında hərbi əməkdaşlığa dair çoxsaylı sənədlər var. Bu əməkdaşlıq birgə hərbi manevrlər üçün zəruri baza yaradır.  Bəzi hərbi ekspertlər isə qeyd edirlər ki,  Azərbaycanla Türkiyə arasında birgə hərbi manevrlərə dair müzakirələr Rusiya və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində keçirməyə hazırlaşdığı birgə təlimlərə cavab ola bilər. Bu təlimlər zamanı bütün qoşun növlərindən, o cümlədən aviasiyadan istifadə olunacaq. Manevrlərin bir hissəsi Ermənistanın Türkiyə ilə həmsərhəd bölgələrində keçirilməlidir.

Vətənpərvər | Siyasət | Şərhlər(0) | Baxış sayı: 79 |

Açar sözlər:

QAT imzatoplama kompaniyasına başlayır

Mart 27, 2008 18:59

Qarabağ Azadlıq Təşkilatının İdarə heyətinin genişlənmiş toplantısı keçirilmişdir. Toplantı iştirakçıları BMT Baş Assambleyasında “Azərbaycanının işğal olunmuş ərazilərindəki vəziyyət haqqında” qətnamə ilə bağlı səs verməninin nəticələrindən sonra yaranmış vəziyyəti müzakirə etmış və bir sıra qərarlar qəbul etmişlər.           

1. Toplantı iştirakçılarnın qərarına Minsk qrupunun buraxılması tələbi ilə kütləvi imzatoplama kompaniyasına başlanılır. İmzatoplama kompaniyasına ölkənin digər ictimai və siyasi qrumlarının cəlb olunması nəzərdə tutulur. Bu qərar Minsk qrupunun əksər üzvlərinin, o cümlədən həmsədr ölkələrin təqdim olunan qətnamə layihəsinin əleyhinə səs vermələri, ya da bitərəf qalmaları ilə əsaslandırılır.           

2. Toplantıda həmçinin səsvermə zamanı bitərəf qalmış ölkələrin Azərbaycandakı səfirliklərində mütamadi görüşlərin keçirilməsi, izahat işinin aparılması məqsədilə bir neçə qrup yaradılmışdır. Əsasən ziyalıların daxil olduğu bu qruplar yaxın vaxtlarda səfirlərlə görüşlərə başlayacaqlar.            

3. Digər qərar səsvermədə bitərəf qalmış ölkələrin mətbuatı, ictimaiyyəti, tanınmış şəxsiyyətləri ilə əlaqələrin genişləndirilməsi ilə bağlı olmuşdur. Həmin ölkələrə internet vasitəsi ilə obyektiv informasiyanın göndərilməsi nəzərdə tutulur.            

4. Toplantı iştirakçıları təşkilatı məsələyə də baxaraq , Qarabağ Azadlıq Təşkilatının növbəti 3-cü qurultayının bu il mayın 30-da keçirilməsi haqda qərar qəbul etmişlər.           

5. Toplantıda həmçinin bəyanat qəbul olunmuşdur.           

BMT Baş Assambleyasının 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında” qətnamənin qəbul olunmasını müsbət hadisə kimi qiymətləndirir, Azərbaycanın haqq işinə dəstək vermiş ölkələrin mövqeyini təqdir edirik. Bununla yanaşı qətnamənin əleyhinə səs vermiş ölkələrin qərəzli mövqeyini ittiham edir, bitərəf qalmasına görə Azərbaycanın Xarici İşlər nazirliyi, xaricdə yaşayan azərbaycanlılara iş üzrə Dövlət Komitəsi, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında və digər beynəlxalq qurumlarda fəaliyyət göstərən deputat qrupları, Milli Məclisin ayrı-ayrı ölkələrlə dostluq qrupları, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri birbaşa məsuliyyət daşıyırlar. Bu qurumların hər biri, xüsusi ilə də səfirliklərlə baglı məsələ Milli Məclisdə müzakirəyə çıxarılmalı, araşdırmalar aparılmalı, günahkarlar cəzalandırılmalıdır.                        

Qarabağ Azadlıq Təşkilatı Mətbuat Xidməti

 

Vətənpərvər | Siyasət | Şərhlər(0) | Baxış sayı: 86 |

Açar sözlər:

HAKİMİYYƏTDƏN ŞOK ADDIM !!!

Mart 26, 2008 13:58

Azərbaycan həmsədrlərdən imtina etdi
İqtidar Qarabağ məsələsilə bağlı müxalifətlə danışıqlara başlaya bilər

Azərbaycan Minsk Qrupunun tərkibinin dəyişdirilməsi üçün ATƏT Katibliyinə rəsmi müraciət edib. Bu məlumatı Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza “Armenian Reporter” qəzetinə dünənki müsahibəsində deyib. “Panarmenian” saytının xəbərinə görə, Nyu Yorkda nəşr edilən erməni qəzetinə müsahibəsində amerikalı diplomat bildirib ki, rəsmi Bakının bu cəhdi onun üçün yenilik olub: “Mən Azərbaycanın Minsk Qrupunun tərkibinin dəyişdirilməsi barədə ATƏT Katibliyinə təqdim etdiyi sorğu haqda məlumat almışam, lakin bilmirəm ki, bundan sonra nə olacaq”.
Brayza bildirib ki, Ermənistan xarici işlər naziri Vardan Oskanyanın dediyi kimi, rəsmi Bakının Minsk Qrupunu, ümumiyyətlə buraxmaq haqda təşəbbüs qaldırmasından xəbərdar deyil. Onun sözlərinə görə, Bakının hələ ki, Minsk Qrupundan ümumiyyətlə imtina etməyə hazırlaşdığını göstərən əlamətlər yoxdur.

Davamı...

Vətənpərvər | Siyasət | Şərhlər(0) | Baxış sayı: 69 |

Açar sözlər:

Cəbrayıl rayonu

Mart 26, 2008 13:22

İşğal olunduğu tarix                1993 cü il 18 avqust

Erazisi                                      2050 km2

Ehalisi                                      57125 nefer

Sehid olub                                353 nefer

Elil olub                                    368 nefer

İşğal olunub ve dağılıb             96 kend ve qesebe

Milli qehramanların sayı           10 nefer

Vətənpərvər | Vətənpərvərlik | Şərhlər(0) | Baxış sayı: 71 |

Açar sözlər:

Ağdamdakı mövqelərimiz atəşə tutulub

Mart 26, 2008 13:15

Düşmən cavab atəşi ilə susdurulub,itki yoxdur!!!

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 26-da atəşkəs rejimini pozub. Erməni ordusu saat 01.40-dan 02.10-dək Ağdam rayonunun Tağıbəyli və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşilə susdurulub, itki yoxdur. /ANS PRESS/

Vətənpərvər | Cəbhə | Şərhlər(0) | Baxış sayı: 72 |

Açar sözlər:

"Dağlıq Qarabağ münaqişəsinin ədalətli danışıqlar yolu ilə həllini dəstəkləyirik"

Mart 24, 2008 19:00

ABŞ dövlət katibinin müavini Daniel Fridin «Hesabat Mirşahinlə» verilişinə müsahibəsi

BMT-də qəbul edilmiş qətnamə, daha doğrusu Amerika da daxil olmaqla ATƏT-in Minsk Qrupu həmsədrlərinin əleyhinə çıxdıqları sənəd və ölkəmiz, habelə bütünlükdə bölgə üçün mühüm olan digər məsələlərlə bağlı suallara Amerika Birləşmiş Ştatlarının dövlət katibinin müavini Daniel Frid cavab verib.

Davamı...

Vətənpərvər | Siyasət | Şərhlər(0) | Baxış sayı: 77 |

Açar sözlər:


« Əvvəlki səhifə   Yazılar cəmi: 67    Sonrakı səhifə »