Aprel 29, 2008 22:39
Araz Əzimovun sözlərinə görə, Ermənistan qəsdən vəziyyəti gərginləşdirmək istəyir
«Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınması, qanuna zidd növbəti addım olardı». Xarici işlər nazirinin müavini Araz Əzimov Dağlıq Qarabağın tanınmasına dair qanun layihəsinin Ermənistan parlamentində müzakirəyə çıxarılması barədə təklifə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, Ermənistan qəsdən vəziyyəti gərginləşdirmək istəyir, onun təhrikedici addımları sırasında bu daha bir addım olacaq. Münaqişənin nizama salınması istiqamətində danışıqlar prosesinin intensivləşməsinə münasibət bildirən Əzimov hesab edir ki, Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı sadəcə görüşlər keçirilir, danışıqlar baş vermir.
Açar sözlər:
Aprel 29, 2008 22:28
Xocavəndin Qarakənd kəndində inşa olunmuş villanın tikintisində azərbaycanlı məzarlarından götürülmüş mərmərlərdən istifadə olunub Ermənilər işğal etdikləri torpaqlarda Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının əsas ideoloqlarından biri, yazıçı Zori Balayan üçün mərmərdən villa inşa ediblər.
APA-nın məlumatına görə, Xocavənd rayonunun Qarakənd kəndində inşa olunmuş villanın tikintisində işğal altındakı ərazilərdə olan, azərbaycanlıların dəfn edildiyi qəbiristanlıqlarda məzarların üstündəki mərmərlərdən istifadə olunub. Villa bütünlüklə mərmərdən tikilib. Ermənilər məzarların üstündən sökdükləri mərmərlərdən digər tikintilərdə də istifadə edirlər.
Təmas xəttində yanğınlarla bağlı keçirilən monitorinqlərdə iştirak etmiş Ağdam rayon Ekologiya və Təbii Sərvətlər şöbəsinin sektor müdiri Zabil Bağırov APA-ya bildirib ki, işğal altındakı ərazilərdə yaşayış evləri, sosial obyektlər, qəbiristanlıqlar, mədəni-tarixi abidələr ermənilər tərəfindən, həqiqətən də dağıdılır.
Onun sözlərinə görə, tikililərdən sökülən materiallar işğal olunmuş ərazilərdən İrana aparılır: “Özümüz Xankəndində 30-dək iritutumlu yük maşını gördük. Maşınların sahibləri Azərbaycan dilində danışan iranlılar idi. Onların sözlərinə görə, binaları özləri seçir, pulunu ödəyir, sökərək materiallarını aparırlar”.
Açar sözlər:
Aprel 26, 2008 23:49

Hörmətli İstifadəçilər,xahiş edirik əlavə etdiyimiz sorğuda aktivlik nümayiş etdirəsiniz.Azərbaycanın Qarabağla bağlı mövqeyini rahat müəyyənləşdirə bilmirik.
Açar sözlər:
Aprel 26, 2008 23:27
Təşkilat üzvləri azərbaycanlılara qarşı törədilmiş bu vəhşiliyi erməni terrorunun bariz nümunəsi kimi dəyərləndirib
«Gənc Liderlər» Qubada böyük diqqət və qayğıyla qarşılandı
Aprelin 25-də «Gənc Liderlər» Uşaq Təşkilatının 10-dan artıq üzvü Quba rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qubadakı kütləvi məzarlığı ziyarət edib. Təşkilat üzvləri kütləvi məzarlıqla yaxından tanış olaraq, ermənilərin törətdiyi vəhşiliklər barədə konkret faktlarla tanış olublar. Ziyarət zamanı çıxış edən «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı gördüklərindən dərin kədər və qisas hissi keçirdiklərini bildirərək, azərbaycanlılara qarşı törədilmiş bu vəhşiliyi erməni terrorunun bariz nümunəsi kimi qiymətləndirib. Kütləvi məzarlığın ermənilərin türklərə qarşı soyqrım iddialarına layiqli cavab olduğunu deyən təşkilatın sədri məzarlığın açıq muzey elan edilməsinin vacibliyini vurğuladı.
Təşkilat üzvlərinə kütləvi məzarlıqda gedən işlər barədə məlumat verən Quba ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev artıq kəllə sümüklərinin sayının 169-a çatıdığını bildirdi. O, ermənilərin azərbaycanlıları qətlə yetirərkən xüsusi qəddarlıq göstərdiyini vurğuladı.
Daha sonra «Gənc Liderlər» Uşaq Təşkilatının üzvləri Qubadakı Soyqırım
Abidəsini ziyarət edərək, şəhidləri andı. Quba rayon İcra Hakimiyyətinin başçısının I müavini Yusif Abdinov «Gənc Liderlər» lə görüşərək, təşkilatın bu təşəbbüsü alqışladığını bildirdi. I müavin də öz növbəsində gənclərə tövsiyyələrini verdi.
Nəzərinizə çatdırım ki,Saytımızın baş redaktoru və BMP-nin Qarabağ komissiyasının sədri Qazax Nağı da Quba rayonuna səfər edən BMP deputatlarının sıralarında idi.
Xatırladaq ki, «Gənc Liderlər» Quba rayonunda rayon rəhbərliyi və media qurumları tərəfindən böyük diqqət və qayğıyla qarşılandı. Bildirək ki, «Gənc Liderlər»in səfərini işıqlandırmaq üçün kütləvi məzarlığa «ANS», «Xəzər», «Xəyal», «Region» TV-ləri (region TV-ləri) gəlmişdi.Eləcə də "Qarabağ Gəncləri" informasiya agentliyi.Təşkilat Quba rayon İcra hakimiyyətinə göstərdiyi diqqətə görə təşəkkür edir.
Açar sözlər:
Aprel 26, 2008 23:10

R.Köçəryanın daha bir vəhşiliyik nümunəsi
Yenə də hədəf eynidir - Azərbaycanın gələcəyi
Gördüyünüz bu şəkil Qubadakı tapıntıların içərisindəki qız uşağının kəllə sümüyünün şəklidir.Ekspedisiya aparanların verdiyi məlumata görə bu qız uşağı 14 yaşında olub,burnunu və qulaqlarını kəsiblər,başında gicgahına isə mismar vurublar.Əgər fikir versəniz görərsiniz ki,sağ tərəf də mismar var.
Bu hadisə 1918-ci il may ayına təsadüf edir.Bu doğurdan da FACİƏDİR.
xəbərin ardında bir neçə şəkilə də baxa bilərsiniz...
Davamı...
Açar sözlər:
Aprel 24, 2008 15:16
Tədbirin məqsədi ermənilərin, bölgənin və bütövlükdə Qafqazın tarixində apardığı aqressiv siyasətini, o cümlədən saxta iddialarını ictimaiyyətə çatdırmaqdan ibarətdir
Aprelin 23-də Tiflisdə «Erməni separatizmi və terrorizmi» adlı elmi konfrans öz işinə başlayıb. Suxumi dövlət universitetinin professoru Quram Marxuliya bildirib ki, gürcüstanlı ziyalıların, tələbə və tarixçi alimlərin iştirakı ilə təşkil olunmuş tədbirin məqsədi, özünü beynəlxalq aləmdə soyqırıma məruz qalmış xalq kimi qələmə verən ermənilərin, bölgənin və bütövlükdə Qafqazın tarixində apardığı aqressiv siyasətini, o cümlədən saxta iddialarını ictimaiyyətə çatdırmaqdan ibarətdir: «Biz qərara aldıq ki, Gürcüstan ictimaiyyətinə erməni terror maşınının Qafqaz regionunda və həmçinin bütün dünyada nələr etdiyini çatdıraq. Biz osmanlı imperiyası dövründə ermənilərin guya soyqırıma məruz qalması məsələsinin əsil mahiyyətini Gürcüstan ictimaiyyətinə çatdırmaq istəyirik. Bunun necə olduğunu ictimaiyyət bilməlidir. Əslində türklər soyqırıma məruz qalıb, ermənilər yox. Bu münasibəti birdəfəlik dəyişmək lazımdır. Dünya ictimaiyyəti həqiqəti bilməlidir. Konfransın keçirilməsinin məqsədi də bundan ibarətdir».
Davamı...
Açar sözlər:
Aprel 24, 2008 15:14
Türkiyə ordusunun rəsmi təmsilçiləri də PKK mövqelərini bombardman etdiklərini təsdiqləyiblər
Türkiyə hərbi hava qüvvələrinin təyyarələri bu gün İraqın şimalında PKK terror təşkilatına məxsus mövqelərini bombardman ediblər. Bombardman yerli vaxtla saat 16.30-da başlayıb və bir saat davam edib. PKK təmsilçilərinin Qərb agentliklərinə bildirdiklərinə görə, zərbələr əsasən Türkiyə sərhədi yaxınlığında yerləşən Xarkuk rayonundakı köhnə bazalara vurulub.
Türkiyə ordusunun rəsmi təmsilçiləri də PKK mövqelərini bombardman etdiklərini təsdiqləyiblər. Qeyd edək ki, Türkiyə İraqın şimalındak PKK bazalarını mütəmadi olaraq bombardman edir. 2008-ci ilin fevralında isə Türkiyə ordusu İraqın şimalında iri miqyaslı hərbi əməliyyatlar keçirir.
Açar sözlər:
Aprel 24, 2008 15:03
Seyran Ohanyan: «Biz hərbi əməliyyatların bərpasına hazır olmalıyıq»
Ermənistan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bərpasına hazır olmalıdır. Bu bəyanatla Ermənistanın müdafiə naziri Seyran Ohanyan çıxış edib. O deyib ki, Ermənistan hazırkı «nə hərb, nə sülh» şəraitində ordudakı dəyişiklər vasitəsilə qüvvələr nisbətini qorumağa çalışır.
Ermənistanda baş vermiş hadisələrin münaqişənin nizamlanması prosesinə təsiri barədə suala cavabında Seyran Ohanyan bildirib ki, danışıqlar planlaşdırılmış qaydada davam etdirilsə də, ölkədaxili vəziyyət Ermənistanın imicinə təsirsiz ötüşməyib.
Açar sözlər:
Aprel 24, 2008 14:59
Bu ölkədəki səfirliyimiz isə sözügedən fakt barədə danışmaq istəmir
Almaniyanın “Falk” xəritə şirkətinin internet səhifəsində Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilib. Məlumatı “Media forum” saytına Almaniyada yaşayan Elşən Rəhimov adlı soydaşımız verib. Xəritədə Azərbaycanın ərazi bütövlüyü təhrif edilib, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti dövlət sərhədini bildirən ayrıca xəttlə dövrələnib və üzərinə “ARMENİCA”nı qısa şəkildə ifadə edən “AR” hərfləri yazılıb.E.Rəhimov bununla əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyinə, həmçinin xəritəni gördüyü gün, yəni bu il yanvarın 3-də “Falk” şirkətinə elektron poçt vasitəsilə öz etirazınıÿ çatdırdığını deyib. O bildirib ki, şirkətə müraciətindən sonra ona bu məsələyə baxılacağı barədə cavab verilib. Amma aradan xeyli müddət keçsə də saxtaÿxəritədə indiyədək heç bir dəyişiklik olunmayıb.
“Media forum” məsələ ilə bağlı Almaniyanın Azərbaycandakı səfirliyinə müraciət edib. Səfirliyin mətbuat xidmətindən yazılı surətdə belə cavab verilib ki, müraciətə baxılıb: “Belə hallar təəssüf ki, alman internet səhifələrində baş verir. Sizin istinad etdiyiniz internet səhifəsi rəsmi səhifə olmadığından biz səfirlik kimi bununla bağlı heç bir tədbir görə bilmərik”.
Almaniya səfirliyi “Media forum”a bu faktla bağlı Azərbaycanın Berlindəki səfirliyinə müraciət etməyi məsləhət görüb. “Media forum” Berlindəki səfirliyə müraciət etsə də ÿməsələyə hər hansı münasibət öyrənə bilməyib.
Açar sözlər:
Aprel 23, 2008 19:05
Gənc Liderlər Uşaq Təşkilatı (GLUT) və Bakı Mətəbləri Parlamenti(BMP) Qubada tapılan kütləvi məzarlıqla bağlı martın 25-də Qubaya səfər edəcək
Gənc Liderlər Uşaq Təşkilatı və Bakı Məktəbləri Parlamenti Qarabağ məsələsini həmişə qabardıb,Millət vəkilləri və öndə gedən təşkilatların üzv və sədrlərinin iştirakı ilə I və II Qarabağ formunu keçirib,son zamanlarda isə R.Köçəryanın dünya uşaqlarının düşməni qəbul edilməsi üçün böyük səylər göstərir...
BMP-nin Qarabağ komissiyasının sədri Qazax Nağının verdiyi məlumata görə Gənc Liderlər Uşaq Təşkilatının təşəbbüsü ilə Bakı Məktəbləri Parlamentinin deputatları Qubaya səfər etməyi qərara alıb.Səfər sırasında GLUT qəbul etdiyi qətnaməni də oxuyacaq.Xatırladım ki,səfər Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə martın 25-də baş tutacaq.Bir çox KİV-in də dəstəyi gözlənilir.
Açar sözlər:
Yazılar cəmi: 31
Sonrakı səhifə »