Aprel 24, 2008 15:03
Seyran Ohanyan: «Biz hərbi əməliyyatların bərpasına hazır olmalıyıq»
Ermənistan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bərpasına hazır olmalıdır. Bu bəyanatla Ermənistanın müdafiə naziri Seyran Ohanyan çıxış edib. O deyib ki, Ermənistan hazırkı «nə hərb, nə sülh» şəraitində ordudakı dəyişiklər vasitəsilə qüvvələr nisbətini qorumağa çalışır.
Ermənistanda baş vermiş hadisələrin münaqişənin nizamlanması prosesinə təsiri barədə suala cavabında Seyran Ohanyan bildirib ki, danışıqlar planlaşdırılmış qaydada davam etdirilsə də, ölkədaxili vəziyyət Ermənistanın imicinə təsirsiz ötüşməyib.
Açar sözlər:
Aprel 24, 2008 14:59
Bu ölkədəki səfirliyimiz isə sözügedən fakt barədə danışmaq istəmir
Almaniyanın “Falk” xəritə şirkətinin internet səhifəsində Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilib. Məlumatı “Media forum” saytına Almaniyada yaşayan Elşən Rəhimov adlı soydaşımız verib. Xəritədə Azərbaycanın ərazi bütövlüyü təhrif edilib, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti dövlət sərhədini bildirən ayrıca xəttlə dövrələnib və üzərinə “ARMENİCA”nı qısa şəkildə ifadə edən “AR” hərfləri yazılıb.E.Rəhimov bununla əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyinə, həmçinin xəritəni gördüyü gün, yəni bu il yanvarın 3-də “Falk” şirkətinə elektron poçt vasitəsilə öz etirazınıÿ çatdırdığını deyib. O bildirib ki, şirkətə müraciətindən sonra ona bu məsələyə baxılacağı barədə cavab verilib. Amma aradan xeyli müddət keçsə də saxtaÿxəritədə indiyədək heç bir dəyişiklik olunmayıb.
“Media forum” məsələ ilə bağlı Almaniyanın Azərbaycandakı səfirliyinə müraciət edib. Səfirliyin mətbuat xidmətindən yazılı surətdə belə cavab verilib ki, müraciətə baxılıb: “Belə hallar təəssüf ki, alman internet səhifələrində baş verir. Sizin istinad etdiyiniz internet səhifəsi rəsmi səhifə olmadığından biz səfirlik kimi bununla bağlı heç bir tədbir görə bilmərik”.
Almaniya səfirliyi “Media forum”a bu faktla bağlı Azərbaycanın Berlindəki səfirliyinə müraciət etməyi məsləhət görüb. “Media forum” Berlindəki səfirliyə müraciət etsə də ÿməsələyə hər hansı münasibət öyrənə bilməyib.
Açar sözlər:
Aprel 23, 2008 19:05
Gənc Liderlər Uşaq Təşkilatı (GLUT) və Bakı Mətəbləri Parlamenti(BMP) Qubada tapılan kütləvi məzarlıqla bağlı martın 25-də Qubaya səfər edəcək
Gənc Liderlər Uşaq Təşkilatı və Bakı Məktəbləri Parlamenti Qarabağ məsələsini həmişə qabardıb,Millət vəkilləri və öndə gedən təşkilatların üzv və sədrlərinin iştirakı ilə I və II Qarabağ formunu keçirib,son zamanlarda isə R.Köçəryanın dünya uşaqlarının düşməni qəbul edilməsi üçün böyük səylər göstərir...
BMP-nin Qarabağ komissiyasının sədri Qazax Nağının verdiyi məlumata görə Gənc Liderlər Uşaq Təşkilatının təşəbbüsü ilə Bakı Məktəbləri Parlamentinin deputatları Qubaya səfər etməyi qərara alıb.Səfər sırasında GLUT qəbul etdiyi qətnaməni də oxuyacaq.Xatırladım ki,səfər Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə martın 25-də baş tutacaq.Bir çox KİV-in də dəstəyi gözlənilir.
Açar sözlər:
Aprel 23, 2008 13:18
Tanklardan, toplardan və pulemyotlardan açılan atəş səsləri cəbhə xəttindəki bütün yaşayış məntəqələrində eşidilməkdədir
Bu səhər saat 08.00 radələrindən etibarən ermənilər Ağdamın işğal altındakı ərazilərində hərbi təlimlərə başlayıb. ANS PRESS-in Qarabağ bürosunun verdiyi məlumata görə, rayonun cəbhə xəttində yerləşən kəndlərin sakinlərinin verdiyi məlumata görə, işğal altındakı ərazilərdən əvvəl ağır texnikanın səsi gəlib. Daha sonra isə Uzundərə adlanan ərazidə və Ağdam şəhəri ətrafında silah səsləri eşidilməyə başlanıb. Tanklardan, toplardan və pulemyotlardan açılan atəş səsləri cəbhə xəttindəki bütün yaşayış məntəqələrində eşidilməkdədir. /ANS PRESS/
Açar sözlər:
Aprel 23, 2008 13:16
Aprelin 22-də günortadan başlayan atışma aprelin 23-ü səhər saatlarına kimi davam edib
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 22-də başlayaraq aprelin 23-ü səhər saatlarına kimi atəşkəs rejimini pozub. Erməni ordusu saat 14.15-dən aprelin 23-ü saat 01.25-dək fasilələrlə Ermənistanın Berd, İcevan və Noyemberyan rayonlarında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Qazax rayonları ərazisindəki mövqelərini, saat 14.35-dən 14.45-dək və aprelin 23-də saat 07.10-dan 07.20-dək Ağdamın Mərzili və Yusifcanlı kəndləri, saat 14.45-dən 22.50-dək fasilələrlə Xocavənd ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində, saat 21.50-dən aprelin 23-ü saat 00.45-dək Füzulinin adsız yüksəkliklərdə, Əbdülrəhmanlı və Horadiz kəndləri yaxınlığında, saat 21.45-dən 22.20-dək Goranboyun Tapqaraqoyunlu, saat 23.50-dən 00.35-dək Tərtərin adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur. /ANS PRESS/
Açar sözlər:
Aprel 23, 2008 13:14
Qırmızı Xaç Komitəsində isə bu barədə məlumatsızdırlar
Aprelin 23-də azərbaycanlı hərbi əsir Yaqub Muxtarov vətəninə qaytarılmalıdır. Qeyd edək ki, bu barədə məlumat bir necə gün öncə Ermənistan müdafiə nazirinin mətbuat katibi Seyran Şahsuvaryan vermişdi. O, Y.Muxtarovun qaytarılma mərasiminin Kayanavan-Qazax xəttində, BQXK-nin vasitəçiliyi ilə baş tutacağını bildirmişdi.
Qırmızı Xaç Komitəsindən və Qazax rayon Mülki Müdafiə Qərargahından ANS PRESS-ə verilən məlumata görə, əsirin qaytarılması ilə bağlı qurumda hər hansı məlumat yoxdur. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu da bu barədə məlumatı mətbuatdan oxuduğunu, faktla bağlı ətraflı informasiya olmadığını deyib.
Əsir əgər Yaqub Muxtarovun ailəsi isə bildirib ki, Qırmızı Xaç Komitəsi onlara əsirin aprelin 23 və ya 24 -də qaytarılacağını deyib. Lakin ətraflı məlumat verilməyib.
Xatırladaq ki, əsgər Yaqub Muxtarov martın 11-də əsir düşüb. Ermənilər iddia edir ki, əsgər Azərbaycan Ordusunda əsgərlərin hüquqlarının pozulduğuna görə qəsdən Ermənistan tərəfə keçib./ANS PRESS/
Açar sözlər:
Aprel 23, 2008 12:54
Açar sözlər:
« Əvvəlki səhifə Yazılar cəmi: 31
Sonrakı səhifə »