Reklam verin!

Rəsmi İrəvan, gözünü Snakt-Peterburq görüşünə dikib

May 30, 2008 22:22

Edvard Nalbandyan: «Ümid edirik ki, görüş müsbət xarakter daşıyacaq və prezidentlər bu görüşdən sonra xarici işlər nazirlərinə daneışıqları davam etdirməyi tapşıracaq»

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan əmindir ki, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 6-da Sankt-Peterburqda keçirilməli olan görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yeni təkan verəcək. O, bunu Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən sonrakı brifinqdə bildirib: «Ümid edirik ki, görüş müsbət xarakter daşıyacaq və prezidentlər bu görüşdən sonra xarici işlər nazirlərinə daneışıqları davam etdirməyi tapşıracaq. Və biz ATƏT-in Mink Qrupunun vasitəçiliyi və massa üzərindəki təkliflər əsasında nizamlama yollarını axtaracağıq».

Vətənpərvər | Siyasət | Şərhlər(0) | Baxış sayı: 31 |

Açar sözlər:

«Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli mövcud deyil»

May 30, 2008 22:20

Sergey Lavrov: «Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istisnasız olaraq sülh yolu ilə həll edilməlidir»

«Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istisnasız olaraq ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə birbaşa danışıqlar vasitəsilə və sülh yolu ilə həll olunmalıdır. Əminəm və Minsk Qruppu həmsədrləri adından bəyan edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli mövcud deyil».Bu bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşünün nəticələri barədə danışarkən çıxış edib.
Sergey Lavrovun sözlərinə görə, regiondakı silahlanma problemləri beynəlxalq razılaşmalar vla tənzimlənir. Rusiyalı naxir bildirib ki, Ermənistan və Azərbaycan prezidentlərin Snakt-Peterburqda keçirilməsi planlaşdırılan görüşü xarici işlər nazirlərinin gələcək fəaoiyyəinin əsasını qoymalıdır.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə ümid etdiyini bildirib ki, prezidenlərin görüşündən sonra danışıqlar prosesini davam etdirmək mümkün olacaq. O, həmçinin ATƏT-in Minsk Qruppu həmsədrlərinin təkliflərinin nəzərə alınmasının vagibliyini də qeyd edib: «Rusiya, ABŞ və Fansanın təklifləri nəzərə alınmalı və rədd edilməməlidir».

Vətənpərvər | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 26 |

Açar sözlər:

TERRİ DEVİS AZƏRBAYCANLA ERMƏNİSTANA MÜRACİƏT ETDİ

May 30, 2008 17:38

“Keçmişi unutmadan gələcəyə baxın”

Avropa Şurasının baş katibi Terri Devis mayın 28-də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin plenar iclasında çıxış edib. APA-nın Avropa bürosunun xəbərinə görə, çıxışından sonra iştirakçıların suallarını cavablandıran T.Devis Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, bir neçə dəfə Azərbaycan və Ermənistana səfər etdiyini və Cənubi Qafqazdakı münaqişələrlə yaxından tanış olduğunu bildirib.
“Azərbaycandakı qaçqın düşərgələrində gördüklərim və oradakı yaşayış şəraiti mənim üçün əsl şok olmuşdu. Mən hər iki ölkənin dövlət başçıları ilə rəsmi görüşlərimdə bu barədə fikirlərimi bildirdim və hesab edirəm ki, bu, bəhrəsini verdi. O vaxtdan bəri qaçqınların həyat şəraitinin yaxşılaşdırılması üçün müəyyən işlər görülüb. Bu problemin kökü ilk növbədə Azərbaycanla Ermənistan arasındadır və Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Bildiyiniz kimi, bu ölkələr arasında müharibə olub, hər iki tərəfdən qurbanlar verilib. Həmin vaxt bu münaqişənin detalları Avropa üçün naməlum idi, Avropada bu haqda çox danışılmırdı, çünki o vaxt Avropanın başı keçmiş Yuqoslaviya və orada baş verən cinayətlərə qarışmışdı. Halbuki Cənubi Qafqazda da eyni hadisələr baş verirdi. İndi vəziyyət belədir ki, biz həm Azərbaycan, həm də Ermənistanda insan haqlarının qorunmasına çalışırıq və istəyirik ki, münaqişə tez bir zamanda həll edilsin. Hər iki ölkə Avropa Şurasına üzv olarkən münaqişənin sülh yolu ilə həlli barədə öhdəlik götürüb və mən eşidəndə ki, münaqişənin həlli üçün dinc vasitələr tükənib və hansısa tərəf hərbi vasitələrə əl atmaq istəyir, bundan çox narahatlıq keçirirəm. Mən belə hallarda ilk növbədə Avropa Şurası Nazirlər Komitəsinin lazımi ölçü götürməsi təşəbbüsü ilə çıxış edərdim. Çünki bu, Avropa Şurası qarşısındakı öhdəliklərin pozulması olardı”. T.Devis Azərbaycan və Ermənistanın dostu kimi münaqişə iştirakçılarına keçmişi unutmadan gələcəyə baxmağı tövsiyə edib: “Demirəm ki, keçmişi unudun, amma irəli - gələcəyə baxmaq, münaqişənin həlli yollarını tapmaq lazımdır”.

Vətənpərvər | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 29 |

Açar sözlər:

Ermənistanın üç naziri istefa verib

May 30, 2008 17:26

İstefa nazirlərin üçünün də “Daşnaksütun” erməni inqilabi federasiyasının bürosunun tərkibinə daxil edilməsi ilə bağlıdır

Ermənistanda “Daşnaksütun” partiyasından olan üç nazir Ermənistanın baş naziri Tiqran Sarkisyana istefaları barədə ərizələrini təqdim ediblər. Bu barədə Ermənistanın “Panorama” agentliyi Ermənistan Respublikası hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Meri Arutyunyana istinadən məlumat yayıb. Verilən məlumata görə, istefa ərizılərini Ermənistanın təhsil naziri Levon Mkrtçyan, əmək və əhalinin sosial müdafiəsi naziri Aqvan Vardanyan və kənd təsərrüfatı naziri David Lokyan yazıblar.
Ermənistan qanunvericiliyinə görə, ölkənin baş naziri nazirlərin istefa ərizələrini ölkənin prezidentinə təqdim etməlidir. Prezident isə müvafiq əmrlə onları vəzifələrindən azad etməlidir. /ANSPRESS/

Qeyd edək ki, istefa barədə qərar “Daşnaksütun” partiyasının ümumi yığıncağında qəbul olunub və istefa nazirlərin üçünün də “Daşnaksütun” erməni inqilabi federasiyasının bürosunun tərkibinə daxil edilməsi ilə bağlıdır. Büronun təmsilçisi iə bildirib ki, partiya hər üç nazir vəzifəsini əlində saxlayır. Amma yeni nazirlərin kim olacağı bilinmir.

Vətənpərvər | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 30 |

Açar sözlər:

«BƏZİ DÖVLƏTLƏR ADR-NİN MÜSTƏQİLLİYİNİ HƏZM EDƏ BİLMƏDİLƏR»

May 28, 2008 23:04

Millət vəkili, professor Cəmil Həsənli saytımıza açıqlama verdi

Cəmil bəy AXC ilə İndiki Azərbaycan arasında nə kimi fərqlər var?

 - Birincisi,  o dövrdə İstiqlal Bəyannaməsi elan olundu və Azərbaycanda Xalq Cümhuriyyəti quruldu. Lakin ADR-nin ömrü 23 ay çəkdi. Bu hadisədən  illər sonra-1991-ci ildə müstəqilliyimiz yenidən bərpa olundu.Mahiyyət etibarı ilə bir vərəsəlik var və  bu vərəsəlik prinsipinə uyğun olaraq indiki Azərbaycan dövləti və hakimiyyəti Xalq Cümhuriyyətinin varisidir.O ki qaldı fərqli cəhətə o vaxt parlamentli respublika idi. İndi isə prezidentli respublika forması mövcuddur. Həm də o zaman ərazilərimiz mübahisəsiz olaraq tam şəkildə əlimizdə idi. İndi isə torpaqlarımızın 20% faizi işğal altındadır.

1918-ci ildəki  müstəqilliyimizi rəsmən hansı ölkələr tanımışdı?

- O zaman müstəqilliyimizi rəsmən Gürcüstan,Türkiyə,İran tanımışdı.Versal Ali şurası da ADR-nin mütəqillyini  defakto və 20-ə yaxın ölkənin Azərbaycanda konsulluq idarəsi vardı. Bu fakt özü müstəqil respublikamızın diplomatik münasibətlər qurduğunun göstəricisdir. 1920-ci ilin Aprel ayında Azərbaycan höküməti Avropa və Amerika Birləşmiş Ştatlarında öz diplomatik missiyalarını açmaq haqqında parlamentdə sənəd qəbul etmişdi. Yəni Azərbaycan Versal Ali şurası tərəfindən defakto 1920-ci ilin yanvarın 11- də tanındıqdan sonra respublikanın beynəlxalq münasibətlər sisteminə geniş daxil olması dövrü başladı. Və bu da diplomatik əlaqələrin daha geniş qurulmasında özünü biruzə verirdi.

Hansı hadisədən sonra Azərbaycan müstəqilliyini itirdi?

Konkret olaraq 1920-ci ildə 11-ci qızıl ordunun Azərbaycana təcavüzü nəticəsində Azərbaycan öz müstəqilliyini itirdi. Təbii ki, bu bəzi dövlətlərin ADR-nin müstəqilliyini həzm edə bilməməsi idi. Çünki,  müsəlman şərqində ilk dəfə olaraq ADR qadınlara seçki hüququ vermişdi, demokratik parlament vardı. Bir sözlə, ADR ən mükəmməl dövlət modeli idi. 

Amma çox yaxşı ki, bu gün öz müsətəqilliyimizi yenidən bərpa etmişik.

Vətənpərvər | Siyasət | Şərhlər(0) | Baxış sayı: 31 |

Açar sözlər:

Dövlət yaratmaq, torpaq qorumaq səriştəsi

May 28, 2008 22:09

Səməd bəy Mehmandarov: "Rus hökmdarlığından azad olmuş türk xalqının yadına salmaq lazımdır ki, biz həmişə asılı vəziyyətdə olmamışıq"
Bu il 24-25 aprel tarixlərində Türkiyənin Gelibolu yarımadasında Çanaqqala savaşlarının yadigarı olan türk şəhidliklərini gəzəndə bir daha əmin olduq ki, altı yüz il ərzində az qala dünyanın yarısını idarə edən Osmanlı İmperiyası mövcudluğunun son akkordlarını da şərəflə vurub. Əslində cəmi bir il ərzində təkcə Çanaqqala savaşlarında 250 min övladını itirən Türk milləti keçmişin hesabatını verib və gələcəyini qurub, şəhid övladlarının qanı, canı bahasına Türkiyə Cümhuriyyətini yaradıb.

Vətənpərvər | Vətənpərvərlik | Şərhlər(0) | Baxış sayı: 29 |

Açar sözlər:

Tariximizin Cümhuriyyət səhifəsi

May 28, 2008 19:52

Bu gün 28 May Respublika Günü-90 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin, İstiqlal Bəyannaməsinin elan edildiyi gündür. Bəs istiqlaliyyətə aparan yol necə olub, 23 ay mövcud olan Cümhuriyyət bizə nə verib?
Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi əməkdaşı Vaqif Abışov deyir ki, 1918-ci il mayın 28-ə qədərki dövrdə həm Cənubi Qafqaz, həm də Cənubi Qafqazdan kənarda qarışıqlıq olub. I Dünya Müharibəsi davam edir, çox böyük dağıntılar baş verir, dövlətlərarası münasibətlər gərginliyilə seçilir, Cənubi Qafqaza da xüsusi önəm verilirdi. İkincisi, Cənubi Qafqazda aralarında qarşılıqlı ziddiyyətlərin olduğu azərbaycanlılar, ermənilər və gürcülər üçün yeganə hakimiyyət Seym və Seymin qarşısında hesabat verən Zaqafqaziya Komissarlığı olub.

Davamı...

Vətənpərvər | Siyasət, Vətənpərvərlik | Şərhlər(0) | Baxış sayı: 31 |

Açar sözlər:

"Türkiyənin Ermənistanla iqtisadi ilişkilərə ehtiyacı yoxdur"

May 27, 2008 18:10

Mehmet Şimşək: "Türkiyənin Ermənistanla iqtisadi ilişkilərə ehtiyacı yoxdur"


Ermənistan Ankara və onun regiondakı müttəfiqi olan Azərbaycanla problemlərini həll etməyincə Türkiyə sərhədləri açmayacaq. Belə bir bəyanatla Türkiyənin dövlət naziri Mehmet Şimşək çıxış edib.
Dövlət naziri Ermənistanla həmsərhəd olan İqdır vilayətinin regional inkişafına həsr olunmuş toplantıda bildirib ki, 960 milyard dollar dəyərində alıcılıq qabiliyyəti olan Türkiyənin Ermənistanla iqtisadi ilişkilərə ehtiyacı yoxdur.
Mehmet Şimşək qeyd edib ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün məhz Ermənistan tərəfindən müvafiq addımlar atılmalıdır: "Bizim deyil, onların bizə ehtiyacı var"

Vətənpərvər | Cəbhə , Siyasət | Şərhlər(0) | Baxış sayı: 30 |

Açar sözlər:

PKK İRAN-TÜRKİYƏ QAZ KƏMƏRİNİ PARTLATDI

May 27, 2008 17:36

Kəmərin bir hissəsi sıradan çıxıb, qaz nəqli dayandırılıb

İran-Türkiyə qaz kəmərinin Türkiyə hissəsində mayın 26-na keçən gecə güclü partlayış baş verib. Yerli KİV-lərin məlumatlarına görə, partlayış Türkiyənin İrana sərhədlərindən 13 kilometr məsafədə törədilib. Partlayış nəticəsində kəmərin bir hissəsi sıradan çıxıb, güclü yanğın başlayıb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Partlayışla bağlı İran tərəfi kəmərlə qaz nəqlini dayandırıb. Hadisə yerinə təmir briqadaları göndərilib.
Türkiyənin Enerji Nazirliyinin nümayəndəsi bildirib ki, hadisəni kimlərin törətdiyi məlum deyil, ancaq çox güman ki, təxribat PKK terrorçularının işidir. Rəsmilər kəmərin bərpasının bir neçə gün vaxt apara biləcəyini deyiblər. İran qaz kəməri Türkiyənin təbii yanacağa olan tələbatının 20 faizini təmin edir. Son vaxtlar İran PKK ilə mübarizədə Türkiyə ilə əməkdaşlıq edir, həmçinin öz ərazisində PKK-nın qolu olan PJAK-a qarşı əməliyyatlar aparır.

Vətənpərvər | Siyasət | Şərhlər(0) | Baxış sayı: 31 |

Açar sözlər:

"Rusiya Azərbaycan-Ermənistan münaqişəsində maraqlıdır"

May 26, 2008 22:53

Azərbaycanın Belorusdakı səfiri belə bir bəyanatla çıxış edib

Azərbaycanla Ermənistan arasındakı münaqişədə ilk növbədə Rusiya maraqlıdır. Bu bəyanatı 28 May-Respublika Günü mınasibətilə Minskdə keçirdiyi mətbuat konfransında Azərbaycanın Belorusdakı səfir Əli Nağıyev verib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı böhranlı vəziyyətdə Rusiyanın maraqları hiss olunur: "Bu böhran Rusiya istədiyi təqdirdə aradan qalxacaq. Mən bu sözlərimin hər birinin altında imza qoymağa hazıram".
Səfir Azərbaycanın bir qarış torpağının da güzəştə gedilməyəcəyini vurğulayıb.
Xatırladaq ki, məlumatı "İnterfaks" agentliyinin Belorus bürosu yayıb.

Vətənpərvər | Siyasət | Şərhlər(0) | Baxış sayı: 26 |

Açar sözlər:


  Yazılar cəmi: 62    Sonrakı səhifə »