Reklam verin!

Seçmə Fikirlər

İyun 30, 2008 15:04

H.İ.Xan. Sufi təlimi:
- Gəlin başqalarının bizim üçün nə edə biləcəyi haqqda düşünməyək, yaxşı olar ki, biz özümüzdən başqaları üçün nə edə biləcəyimizi soruşaq.
- Din düzgün həyat tərzini öyrənmək, həyatın özünün mənasını  dərk etmək üçün nəzərdə tutulan dərsdir.
F.Dostoyevski. Cinayət və cəza:
- Bədxasiyyət və qoca dul qadınlar bu cür təmizkar olurlar.
- Bəşəriyyətin ta qədimdən başlamış Likurq, Solon, Məhəmməd, Napoleona qədər bütün qanunvericiləri və yaradıcıları hamısı cinayətkar olmuşlar, təkcə elə ona görə ki, yeni qanunlar verməklə cəmiyyət üçün müqəddəs olan atalardan qalma köhnə qanunları pozur, ləğv edirdilər. Və əlbəttə, öz fəaliyyətlərində ehtiyac olarsa, qan tökməkdən də çəkinmirdilər.
- İnsanlar təbiətin qanunlarına görə iki növə bölünürlər: aşağılar (adilər), yəni özünə oxşarları doğub törətməkdən başqa işi olmayan bir material; bir də sözün həqiqi mənasında insan, yəni öz aləmində yeni söz deməyə vergisi, yaxud istedadı olanlar... Birinci növ həmişə bu günün ağasıdır, ikincilər isə gələcəyin... Bu ikinci növ insanların cinayət etmək hüququ vardır... Lakin kütlə heç vaxt onların hüququnu tanımaq istəmir, onları edam edir, asır və bununla da tamamilə ədalətli olaraq özünün mühafizəkar təyinatını yerinə yetirir. Növbəti nəsillərdə həmin kütlənin özü bu edam olunanları şöhrət kürsülərinə qaldırır və onlara sitayiş edirlər.
- Mən sənə deyil, bəşəriyyətin bütün iztirablarına baş əydim.
Davamı...

Vətənpərvər | Vətənpərvərlik | Şərhlər(0) | Baxış sayı: 42 |

Açar sözlər:

«ABDULLAH GÜLÜ ERMƏNİSTANA DƏVƏT ETMƏK BÖYÜK İRƏLİLƏYİŞƏ SƏBƏB OLACAQ»

İyun 28, 2008 23:54

Metyu Brayza mövqeyini açıqladı

«Abdullah Gülü Ermənistana dəvət etmək qeyri-adi irəliləyişə səbəb olacaq»-bu baradə Ermənistan mətbuatına açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza qeyd edib: «Mən Prezident Sarkisyanı yaxşı tanıyıram və fikirləşirəm ki, onun mövqeyi sələflərinin mövqeyindən çox fərqlənir. Məncə Serj Sarkisyan və İlham Əliyev münasibətləri, Köçəryan və Əliyev əməkdaşlığından daha sıx olacaq.Hər iki Preziden proqmatik yanaşma nümayiş etdirir və hər kəs rəqibə qulaq asmaq üçün hazır olacaq».

Vətənpərvər | Siyasət, Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 50 |

Açar sözlər:

7 ölkənin xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyini istəyir

İyun 27, 2008 22:37

7 ölkənin xarici işlər nazirləri ATƏT-in Minsk Qrupu həmsədrlərini dəstəklədiklərini bildiriblər

“Böyük səkkizlər”in xarici işlər nazirləri Yaponiyanın Kioto şəhərində keçirdikləri toplantıda Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çağırıblar. İTAR-TASS-ın məlumatına görə, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Kanada və Yaponiya xarici işlər nazirləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağ probleminin tezliklə həllinə yönəlmiş səylərini dəstəklədiklərini bildiriblər. Nazirlər düşünürlər ki, Azərbaycan və Ermənistan təmkinli olmalı və razılıq əldə etmək üçün ciddi addımlar atmalıdır. Bununla yanaşı həmçinin, Yaponiya XİN-in mətbuat katibi Kadzuo Kodama Dağlıq Qarabağ münaqişəsinin ətraflı müzakirə olunmadığını deyib.

Davamı...

Vətənpərvər | Siyasət, Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 42 |

Açar sözlər:

Dağlıq Qarabağda irimiqyaslı təlimlər başlayıb

İyun 27, 2008 16:19

Ermənistan Ordusu Ağdam rayonunun işğal altında olan Uzundərə adlanan ərazisində təlimlərə start verib

Ermənistanlı hərbçilər bu gün səhər saat 09.00-dan başlayaraq Ağdam rayonunun işğal altında olan Uzundərə adlanan ərazisində hərbi təlimlərə başlayıb. ANS TV-nin Qarabağ bürosundan aldığımız məlumata görə, ağır texnikadan, o cümlədən də toplardan və qrad qurğularından açılan atəş səsləri cəbhəətrafı kəndlərdə də aydın eşidilib. Ərazidə yaşayan sakinlər dünən gündüz saatlarında da, atəş səsləri eşitdiklərini bildiriblər.

Davamı...

Vətənpərvər | Cəbhə , Siyasət, Xəbərlər, Hadisələr | Şərhlər(0) | Baxış sayı: 50 |

Açar sözlər:

"Ermənistan özü Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəmir"

İyun 27, 2008 16:16

Bu sözləri ANS-ə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyib

«Ermənistan hakimiyyəti özü Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəmir və məhz buna görə, bu cür bəyanatları səsləndirir». Bu sözləri Serj Sarkisyanın «Dağlıq Qarabağda hərbi əməliyyatlar sabah da başlaya bilər” bəyanatına münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyib. Onun ANS-ə verdiyi açıqlamaya görə, Ermənistan prezidenti Serj Sarkisyanın bu kimi bəyanatı həmsədrlərin regiona səfərindən öncə verməsi çox suallar doğurur.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan “Kommersant” qəzetinə müsahibəsində Ermənistan və Azərbaycanın daima silahlanmasını, həmçinin Azərbaycanın hərbi xərclərinin artımını şərh edərkən Dağlıq Qarabağda hərbi əməliyyatların günü sabahdan başlayacağını istisna etməyin mümkün olmadığını demişdi. «Çünki Azərbaycan rəhbərliyi münaqişənin hərb yolu ilə həllindən danışır. Azərbaycan - hərbi xərclərinin artması ilə fəxr edən yeganə ölkədir. Əgər onlar hətta 5 dəqiqəlik də olsa, müvəffəqiyyət əldə edəcklərinə inansalar, güc yolunu seçə bilərlər”, deyə Sarkisyan bildirmişdi.

Davamı...

Vətənpərvər | Siyasət, Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 58 |

Açar sözlər:

Bakıda Parad Keçdi

İyun 26, 2008 18:24

Bu gün Bakıda yer göy üç rəngli bayrağımıza sarılmışdı

Bəli Bugün.26 iyun.Bakıda yer göy üçrəngli bayrağımıza sarılmışdı.Çünki bugün Bakının mərkəzi küçələrindən ,o cümlədən Azadlıq meydanından Qafqaz tarixində misli görülməmiş parad keçirdi.İnsanlar kütləvi şəkildə həmin küçələrə axışır,hərə özünə yer tapıb dayanırdı.Hamı maraqla AZƏRBAYCANIN RƏŞADƏTLİ ORDUSUNU gözləyirdi.Nəhayət,Ali Baş Komandanın nitqindən sonra Parad keçməyə başladı.Elə mən də oradakı yüzlərlə insan kimi bu anların şahidi oldum və baxmayanlara da o anları yaşatmaq üçün bir qədər şəkil çəkdim indi isə sizlərə təqdim edirəm.

                                                        Tural Sabirli / Qarabağlı Düşüncələr

Paraddan ekskülüziv şəkillər (yalnız qarabagencleri saytında)

xəbərin ardından baxa bilərsiniz

Davamı...

Vətənpərvər | Siyasət, Vətənpərvərlik, Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 97 |

Açar sözlər:

Azərbaycanın Silahlı Qüvvələri ən yüksək standartlara cavab verir və bu, təqdirəlayiqdir!

İyun 26, 2008 15:34

Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin hərbi attaşeləri «Azadlıq» meydanında keçirilmiş hərbi paradı yüksək qiymətləndirib


Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdin biri – Pakistanın hərbi attaşesi Məhəmməd Şahid Şərif ANS Pressə bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin iştirakilə keçirilmiş hərbi parad çox yüksək səviyyədə təşkil olunub. Cənab Şərifin sözlərinə görə, onun ölkəsi Azərbaycanla hərbi sahədə əməkdaşlığı uğurla davam etdirmək niyyətindədir. Məhəmməd Şahin Şərif qeyd edib ki, bugünki parada nümayiş etdirilmiş texnika, şəxsi heyət onu göstərir ki, Azərbaycanın Silahlı Qüvvələri gündən günə güclənir və təhlükəsizliyin təminatında öz sözünü deməyə qadir olan bir qüvvəyə çevrilir!

Ukraynanın Azərbaycandakı hərbi attaşesi Valeri Venger isə ANS Pressə bildirib ki, bu gün canlı şahidi olduğu paraddan o belə bir qənaətə gəlib ki, Azərbaycanın Silahlı Qüvvələri ən yüksək standartlara cavab verir. «Nümayiş etdirilmiş hərbi texnika, sursat və şəxsi heyət dövlətin, Ali Baş komandanın diqqəti və yüksək dərəcədə maliyyələşmə ilə onu deməyə əsas verir ki, Azərbaycan Ordusu qarşıya qoyulan ən çətin məqsədlərə və verilən ən yüksək əmrləri peşəkarcasına yerinə yetirməyə, ərazi bütövlüyünü bərpa etməyə, dövlətçiliyi qorumağa tam qadirdir. Burada birbaşa Azərbaycan Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin səyləri özünü göstərir. O, Silahlı Qüvvələrin potensialının artırılmasına çox böyük diqqət yetirir və bu da təqdirəlayiqdir! Üstəlik, İlham Əliyevin hərbi qulluqçuların sosial təminatına dair verdiyi son qərarın özü də hərbçilərin rifahının yaxşılaşdırılmasında mühüm müsbət rol oynayacaq. Bugünki parada çoxlu sayda hərbi attaşenin iştirakı bir daha onu göstərir ki, Azərbaycanın hərbi potensialının artırılması xarici ölkələrdə böyük maraq doğurur. Ukrayna həmişə Azərbaycanın yaxın strateji tərəfdaşı olub və biz Azərbaycanın uğurlarına sevinirik»! Hərbi attaşe Valerii Venger ANS Press vasitəsilə Azərbaycan Silahlı Qüvvələrini 90-illik yubiley münasibətilə təbrik də etdi.

Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi Rımbek Tursaqatov ilk əvvəl Azərbaycan xalqını və hərbçilərini Hərbi Qüvvələrin 90-illik yubileyilə təbrik etdi. «Məhz 90 il əvvəl, 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə Milli ordusunun formalaşdırılması başlandı. Bu cür əlamətdar tarixdə belə yüksək səviyyədə təşkil edilmiş hərbi parad bir daha onu göstərir ki, Azərbaycan Ordusuna diqqət yüksək səviyyədədir. Bu parad bir daha Azərbaycanın hərbi imkanlarını əyanə sübut etdi. Şəxsi heyət isə peşəkarlıqla seçildi».

ABŞ-ın hərbi attaşesinin mövqeyini səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik çatdırdı. «Təbii ki, son 11 il ərzində ilk hərbi parad çox həlledici tədbir idi. Biz Azərbaycanla strateji müttəfiqik. İraqda, Əfqanıstanda və başqa yerlərə hərbi əməkdaşlıq edirik. Azərbaycanın çox güclü ordusu var. Bu bayramda Azərbaycanın bütün Silahlı qüvvələrini, xüsusilə əskərlərini təbrik etmək istəyirik və bayramınız mübarək deyirik».

Hərbi paradda iştirak etmiş Rusiyanın Azərbaycandakı hərbi attaşesinin mövqeyini öyrənməyə çalışsaq da, səfirlikdən bizə bildirdilər ki, parad barədə hər hansı mövqeyi Rusiyanın Müdafiə nazirliyi açıqlaya bilər.

Davamı...

Vətənpərvər | Siyasət, Vətənpərvərlik, Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 70 |

Açar sözlər:


  Yazılar cəmi: 35    Sonrakı səhifə »