Reklam verin!

PREZİDENT DİPLOMATLARA BİLDİRİB Kİ, QARABAĞ MƏSƏLƏSİNDƏ XARİCİ SİYASƏT HÜCUM XARAKTERLİ OLMALIDIR

İyul 9, 2008 15:44

«Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın xarici siyasəti hücum xarakterli olmalı, Ermənistanın işğalçı siyasəti bütün səviyyələrdə ifşa edilməlidir»

Bunu prezident İlham Əliyev iyulun 7-də Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin üçüncü müşavirəsində çıxış edərkən deyib.Dövlət başçısı bildirib ki, diplomatlar hər şeydən əvvəl fəaliyyət göstərdikləri ölkələrin dövlət qurumları ilə sıx əlaqə saxlamalı, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ciddi fəaliyyət göstərməli, Azərbaycanın siyasi maraqları ilə yanaşı iqtisadi maraqlarının qorunması ilə bağlı da səylərini artırmalıdırlar. Ermənistan-Azərbaycan münaqişəsi haqda həqiqətlərin beynəlxalq aləmə çatdırılması işini səfirlərin əsas vəzifələrindən biri adlandıran İ.Əliyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bütün səviyyələrdə dəstəklənir, beynəlxalq təşkilatlar münaqişənin yalnız ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Prezident Azərbaycan diplomatlarının xarici siyasətlə bağlı qarşısında duran digər vəzifələr barədə də fikirlərini bölüşüb, bir sıra tapşırıqlar verib. AzərTAc-ın məlumatına görə, müşavirədə xarici işlər naziri Elmar Məmmədyarov ötən dövr ərzində diplomatik xidmət orqanları rəhbərlərinin üzərlərinə düşən vəzifələrin həyata keçirilməsi istiqamətində görülmüş işlərdən danışıb.O, Azərbaycanın 160 dövlətlə diplomatik əlaqə qurduğunu, Azərbaycanda 57 səfirlik, konsulluq və beynəlxalq təşkilatın nümayəndəliklərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Azərbaycanın isə xaricdə 56 diplomatik nümayəndəliyinin, o cümlədən 47 səfirliyinin fəaliyyət göstərdiyini bildirən nazir bunlardan 30-nun 2004-2008-ci illərdə yaradıldığını qeyd edib.

Qeyd edək ki, müşavirə Xarici İşlər Nazirliyində keçirilib.

Davamı...

Vətənpərvər | Siyasət, Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 40 |

Açar sözlər:

Ermənistanda gərginlik davam edir

İyul 5, 2008 11:30

Dünən İrəvanda Ermənistan müxalifətinin izdihamlı mitinqi keçirilib."Qarabağ Düşüncələri"-nin Ermənistan KİV-lərinə istinadən xəbərinə görə, hakimiyyətin maneələrinə baxmayaraq, müxalifətin aksiyası razılaşdırılmamış məkanda – “Matenadaran” meydanında keçirilib.

Mitinqdə çıxış edən Ermənistan müxalifətinin lideri, sabiq prezident Levon Ter-Petrosyan hakimiyyətə ultimatum verib. Ter-Petrosyan bildirib ki, avqustun 1-nə qədər bütün siyasi məhbuslar azadlığa buraxılmalı, müxalifət fəallarına qarşı polis və vergi terroruna son qoyulmalıdır: “Bundan başqa, Robert Köçəryan başda olmaqla 1 mart cinayətinin bütün təşkilatçıları həbs edilməli, Ermənistan baş nazirinin müavini Armen Gevorkyan, Prezident Administrasiyasının rəhbəri Ovik Abramyan, baş prokuror Aqvan Ovsepyan, Milli Təhlükəsizlik Xidmətinin rəisi Qorik Akopyan və İctimai Televiziyanın rəhbəri Aleksan Arutyunyan istefaya göndərilməlidir”. Ter-Petrosyan tələbləri yerinə yetirilməyəcəyi halda, Ermənistan müxalifətinin Serj Sarkisyanın istefasını tələb edəcəyini vurğulayıb.
Davamı...

Vətənpərvər | Siyasət, Xəbərlər, Hadisələr | Şərhlər(0) | Baxış sayı: 69 |

Açar sözlər:

Metyu Brayza: “Azərbaycan və Ermənistan prezidentləri öz nöqteyi-nəzərlərini qruplaşdırmalıdır”

İyul 5, 2008 11:06

“Ötən həftə Bakı, İrəvan və Xankəndinə etdiyim səfərə dair xoş təəssüratlarım var”. Bu eksklüziv açıqlamanı APA-ya ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza verib.


O, hər iki ölkə prezidentinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirə olunan məsələlər üzərində səmimi-qəlbdən çalışdığını bildirib: “Eyni zamanda hələ görüləsi çox iş qalıb. Hər iki prezident bu reallığı qəbul etməlidir ki, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, siyasi məqsədyönlülük isə tərəflərin Dağlıq Qarabağın statusu ilə bağlı kompromislərə dair danışıqların aparılmasını tələb edir”. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində atılacaq növbəti addımlara toxunan Metyu Brayza bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri razılaşdırılmamış məsələlər ilə bağlı öz nöqteyi-nəzərlərini qruplaşdırmalıdır: “Daha sonra isə xarici işlər nazirləri iyulun sonunda bu mövqeləri həmsədrlərlə bölüşəcəklər”.

Davamı...

Vətənpərvər | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 52 |

Açar sözlər:

“Rusiya, Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılmasına kömək edəcək”

İyul 4, 2008 23:23

Dmitri Medvedev: “Dağlıq Qarabağ münaqişəsinin həllində bəzi cüzi irəliləyişlər var”


“Rusiya, Dağlıq Qarabağ münaqişəsinin məqbul həllinin tapılmasına bundan sonra da kömək edəcək”. Bu bəyanatla Rusiya prezidenti Dmitri Medvedev, Bakıya səfərinin yekunlarına həsr olunmuş açıqlamasında çıxış edib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli mürəkkəb prosesdir və ATƏT-in Minsk Qrupunun həmsədrləri onun irəliləməsinə kömək edəcək: “Bəzi cüzi irəliləyişlər var. Hər halda, biz iyunun 6-da Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa danışıqların bərpa olunmasını tamamilə dəstəkləyirik”.

Davamı...

Vətənpərvər | Siyasət, Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 74 |

Açar sözlər:

“Torpaqlarımızı müharibə yolu ilə azad etməyimiz istisna deyil”

İyul 4, 2008 23:04

Bu bəyanatla Azərbaycanın müdafiə naziri Səfər Əbiyev çıxış edib

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ölkəmizdə səfərdə olan Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq ilə görüşüb. Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Səfər Əbiyev Azərbaycan ilə Çexiya arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, son illər müxtəlif istiqamətlərdə həyata keçirilən birgə layihələr artıq öz səmərəsini verməkdədir. Hərbi əməkdaşlığın qurulması sahəsində də uğurlu işlər aparılır.

Davamı...

Vətənpərvər | Siyasət, Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 76 |

Açar sözlər:


  Yazılar cəmi: 5