İyun 27, 2008 16:19
Ermənistan Ordusu Ağdam rayonunun işğal altında olan Uzundərə adlanan ərazisində təlimlərə start verib
Ermənistanlı hərbçilər bu gün səhər saat 09.00-dan başlayaraq Ağdam rayonunun işğal altında olan Uzundərə adlanan ərazisində hərbi təlimlərə başlayıb. ANS TV-nin Qarabağ bürosundan aldığımız məlumata görə, ağır texnikadan, o cümlədən də toplardan və qrad qurğularından açılan atəş səsləri cəbhəətrafı kəndlərdə də aydın eşidilib. Ərazidə yaşayan sakinlər dünən gündüz saatlarında da, atəş səsləri eşitdiklərini bildiriblər.
Davamı...
Açar sözlər:
İyun 14, 2008 12:09
Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Ağdam rayonunun işğal altında olan ərazilərində üç istiqamətdən yanğınlar törətməyə başlayıblar. Düşmən rayonun işğal altında olan Qaraqaşlı, Sarıcalı, Baş Qərvənd-Şıxlar kəndlərinin ərazilərini yandırıb.
APA-nın Qarabağ bürosunun əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, yanğın Qaraqaşlı kəndi istiqamətindən təmas xəttinin Azərbaycanın nəzarətində olan hissəsinə keçib. Yanğın Ağdamın Çəmənli kəndinin qəbristanlığının yaxınlığına qədər bütün ərazini bürüyüb.
Əməkdaşımız bildirib ki, yanğının təmas xəttini keçdiyi ərazilərdə ətraf kəndlərin sakinlərinə məxsus hektarlarla taxıl zəmiləri var.
Açar sözlər:
İyun 4, 2008 21:06
Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycana təxrnibat törətmək üçün göndərilmiş erməni hərbçilər ölkə qanunvericiyi əsasında cəzalandırılacaqSon günlər Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi hərbi təlimlərin iyunun 26-na planlaşdırılan hərbi keçidlə əlaqəsi yoxdur. Bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib. O, təlimlərin döyüş hazırlığı məqsədi daşıdığını bəyan edib. Eldar Sabiroğlunun sözlərinə görə, təlimləri müdafiə naziri Səfər Əbiyev şəxsən izləyir. Təlimlər korpusları, briqadaları, ayrı-ayrı taborları əhatə edir. Müdafiə Nazirliyinin rəsmisi deyib ki, təlimlərdə qoşunların idarə edilməsi, qərargah işinin təşkili, qəragahların koordinasiyası və döyüş əmrinin icra edilməsinə xüsusi diqqət yetirilir.
Eldar Sabiroğlu Azərbaycan ərazisində təxribat törətmək istəyən ermənilər barədə də məlumat verib. O, bildirib ki, həmin şəxslər Azərbaycan qanunvericiliyinə uyğun olaraq cəzalandırılacaqlar. Eldar Sabiroğlunun sözlərinə görə, Azərbaycan hərbçiləri tərəfinndən Naxçıvanda saxlanılan Ermənistan vətəndaşları Vanik Zmboyan, Artem Zoqrabyan, Karen Torosyan və Aqasi Enokyan barədə araşdırmalar davam edir. Saxlanılan şəxslərin Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı dəstəsində xidmət etdiklərini xatırladan Eldar Sabiroğlu deyi ki, araşdırmalar və dindirilmələr zamanı onların Azərbaycanda təxribat törətdikləri təsdiqlənib. O, qeyd edib ki, istintaqın son rəyinindən sonra təxribatçı qurupla bağlı yeni açıqlama veriləcək.
Açar sözlər:
İyun 4, 2008 20:55
Eldar Sabiroğlu: «Iyunun 3-də Qazaxın Məzəmli kəndində keçrilməsi planlaşdırılan monitorinqin baş tutmamasında Azərbaycan tərəfi məsuliyyət daşımır»«Son iki ayda Ermənistan silahlı qüvvələri mütəmadi olaraq atəşkəsi pozur. Nəticədə hər iki tərəf itkilər verir. Əgər belə davam edərsə, o zaman Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli qaçılmaz olacaq». Bunu Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bu gün keçirdiyi keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, atəşkəs rejimi əsasən Ağdam. Xocavənd, Tərtər, Füzuli və Tovuz istiqamətlərində pozulur: «Goranboy, Qazax, Cəbrayıl, Göygöl rayonları ərazisində isə bu aylar ərzində nisbətən az pozuntu qeydə alınıb. Əgər işğal davam edəcəksə, əlbəttə, vəziyyət nəzarətdən çıxa və bölgədə arzuolunmaz şərait yarana bilər. Ermənsitan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkilməlidir. Əks təqdirdə hərbi yol qaçılmazdır».
Eldapr Sabiroğlu iyunun 3-də Qazaxın Məzəmli kəndində keçrilməsi planlaşdırılan monitorinqin baş tutmamasında Azərbaycan tərəfinin məsuliyyət daşımadığını bildirib. Onun sözlərinə görə, bu qərar ATƏT sədrinin şəxsi nümaynədəsi və səhra köməkçilərinə məxsus olub. Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, ATƏT sədrinin şəxsi nümaynədəsi Anjey Kaspirşik və səhra köməkçiləri Qazax rayon İcra Hakimiyyətində keçirilən brifinqdə onlara verilən məlumatlarla kifayətlənərək, təmas xətinə getməyə lüzüm görməyiblər.
Açar sözlər:
İyun 2, 2008 12:37
Monitorinq Qazağın Məzəmli kəndi yaxınlığında baş tutacaq
İyunun 3-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək. Monitorinqin Qazax rayonunun Məzəmli kəndi yaxınlığında, qoşunların təmas xəttində keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin köməkçiləri Antal Herdiç və İrji Aberle, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Vladimir Çountulov keçirəcəklər.
Açar sözlər:
May 27, 2008 18:10
Mehmet Şimşək: "Türkiyənin Ermənistanla iqtisadi ilişkilərə ehtiyacı yoxdur"
Ermənistan Ankara və onun regiondakı müttəfiqi olan Azərbaycanla problemlərini həll etməyincə Türkiyə sərhədləri açmayacaq. Belə bir bəyanatla Türkiyənin dövlət naziri Mehmet Şimşək çıxış edib.
Dövlət naziri Ermənistanla həmsərhəd olan İqdır vilayətinin regional inkişafına həsr olunmuş toplantıda bildirib ki, 960 milyard dollar dəyərində alıcılıq qabiliyyəti olan Türkiyənin Ermənistanla iqtisadi ilişkilərə ehtiyacı yoxdur.
Mehmet Şimşək qeyd edib ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün məhz Ermənistan tərəfindən müvafiq addımlar atılmalıdır: "Bizim deyil, onların bizə ehtiyacı var"
Açar sözlər:
May 26, 2008 22:29
Ermənistan silahlı qüvvələrinin yandırdığı Azərbaycan torpaqlarının miqyası günü gündən genişlənir. Düşmən ötən gecə Ağdamın işğal altında olan Şıxlar kəndinin ərazisinə od vurub. Alov neytral ərazilərdə genişlənərək, Orta Qışlaq kəndinədək gəlib çatıb. Sakinlərin sözlərinə görə, yanğınlar zamanı orta qışlağı qatı tüstü bürüyüb. Bundan sonra isə kənddə çoxsaylı həşaratlar görünüb. Cəbhəyanı kənd sakinləri yanğınlar zamanı partlayış səsləri də eşidiblər.
Açar sözlər:
May 23, 2008 16:37
1 həftədir fasilələrlə atəşə tutulan kənd, sonuncu dəfə bir saata yaxın qumbaraatanlardan gülləbaran edilib
Ermənilərin mayın 21-də Goranboyun cəbhə xəttində yerləşən Tapqaraqoyunlu kəndini atəşə tutması nəticəsində 20-dan çox ev ziyan çəkib. Sakinlərin sözlərinə görə, 1 həftədir fasilələrlə atəşə tutulan kənd sonuncu dəfə bir saat ərzində qumbaraatanlardan gülləbaran edilib. Əsasən dam örtüklərinə, divarlara dəyən güllələr evlərin içinə də girib. Kənd sakini Nigar Məmmədcəfərovanun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, qəlpələr evə də səpələnib.
Təsərrüfatda işlərin qızğın dövrü olmasına baxmayaraq atışmalar intensivləşdiyindən əhali əkin sahələrinə və otlaqlara çıxa bilmir. Bundan başqa, sakinlər gündəlik məişət qayğılarının həllində də çətinlik çəkir.
Əsasən avtomat silahlardan atəşə tutulan Tapqaraqoyunluya bu dəfə həm də iriçaplı pulemyot güllələri və 10-a qədər dəzgahlı qumbaraatan mərmisi düşüb. Mərmilər əkin sahələrinə düşdüyündən ölən və ya yaralanan olmayıb.
Xatırladaq ki, axırıncı dəfə bu ilin mart ayının əvvəllərində şiddətli atəşə məruz qalan Tapqaraqoyunluda 2 nəfər kənd sakini yaralanmışdı. /ANS PRESS/
Açar sözlər:
May 17, 2008 21:00
24 yaşlı leytenant Vüqar Nəcəfov Ağdamın Çəmənli kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində dünyasını dəyişib
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti şəhid olub. ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə, 24 yaşlı leytenant Vüqar Nəcəfov mayın 16-da axşam saat 19.30 radələrində Ağdamın Çəmənli kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, zabit Füzuli rayonundan hərbi xidmətə çağırılıbmış
Açar sözlər:
May 14, 2008 17:57
"Bu gün orduya Ermənistanın çətin günlərində, zəlzələdən sonra dünyaya gələn, soyuq və qaranlıq şəraitdə böyüyən gənclər çağırılır"
Ermənistanda hərbi xidmətə yaz çağırışında 800 gəncdən 500-ü əlavə müayinənəyə göndərilib. Erməni mətbuatının məlumatına görə, onların hərbi xidmətə yararlı olub-olmaması yoxlanılacaq. «Bu gün orduya Ermənistanın çətin günlərində, zəlzələdən sonra dünyaya gələn, soyuq və qaranlıq şəraitdə böyüyən gənclər çağırılır. Güman ki, çağırış yaşına çatmış gənclərin sağlamlığı ilə bağlı problemlərinin artması da bununla bağlıdır», - deyə Kotayka hərbi komissarlığının baş həkimi Nune Avetisyan bildirib.
Onun sözlərinə görə, bütün çağırışlarda döş qəfəsi, onurğa sütunu, o cümlədən yastıayaqlılıqla bağlı problemləri olan gənclərə rast gəlinir. Lakin son çağırışda psixi pozulma, sinir sisitemi və göz xəstəlikləri ilə olan çağırışçıların sayının artdığı müşahidə edilib.
Qeyd edək ki, Ermənistanda hərbi xidmətdə qulluq etmək istəməyən cavanların əksəriyyəti ölkəni tərk edirlər. Qeyri-rəsmi məlumatlara görə, son 1 ildə ölkəni mindən artıq gənc tərk edərək Rusiyaya üz tutublar.
Açar sözlər:
Yazılar cəmi: 36
Sonrakı səhifə »