Reklam verin!

"Ermənistan özü Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəmir"

İyun 27, 2008 16:16

Bu sözləri ANS-ə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyib

«Ermənistan hakimiyyəti özü Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəmir və məhz buna görə, bu cür bəyanatları səsləndirir». Bu sözləri Serj Sarkisyanın «Dağlıq Qarabağda hərbi əməliyyatlar sabah da başlaya bilər” bəyanatına münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyib. Onun ANS-ə verdiyi açıqlamaya görə, Ermənistan prezidenti Serj Sarkisyanın bu kimi bəyanatı həmsədrlərin regiona səfərindən öncə verməsi çox suallar doğurur.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan “Kommersant” qəzetinə müsahibəsində Ermənistan və Azərbaycanın daima silahlanmasını, həmçinin Azərbaycanın hərbi xərclərinin artımını şərh edərkən Dağlıq Qarabağda hərbi əməliyyatların günü sabahdan başlayacağını istisna etməyin mümkün olmadığını demişdi. «Çünki Azərbaycan rəhbərliyi münaqişənin hərb yolu ilə həllindən danışır. Azərbaycan - hərbi xərclərinin artması ilə fəxr edən yeganə ölkədir. Əgər onlar hətta 5 dəqiqəlik də olsa, müvəffəqiyyət əldə edəcklərinə inansalar, güc yolunu seçə bilərlər”, deyə Sarkisyan bildirmişdi.

Davamı...

Vətənpərvər | Siyasət, Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 58 |

Açar sözlər:

Bakıda Parad Keçdi

İyun 26, 2008 18:24

Bu gün Bakıda yer göy üç rəngli bayrağımıza sarılmışdı

Bəli Bugün.26 iyun.Bakıda yer göy üçrəngli bayrağımıza sarılmışdı.Çünki bugün Bakının mərkəzi küçələrindən ,o cümlədən Azadlıq meydanından Qafqaz tarixində misli görülməmiş parad keçirdi.İnsanlar kütləvi şəkildə həmin küçələrə axışır,hərə özünə yer tapıb dayanırdı.Hamı maraqla AZƏRBAYCANIN RƏŞADƏTLİ ORDUSUNU gözləyirdi.Nəhayət,Ali Baş Komandanın nitqindən sonra Parad keçməyə başladı.Elə mən də oradakı yüzlərlə insan kimi bu anların şahidi oldum və baxmayanlara da o anları yaşatmaq üçün bir qədər şəkil çəkdim indi isə sizlərə təqdim edirəm.

                                                        Tural Sabirli / Qarabağlı Düşüncələr

Paraddan ekskülüziv şəkillər (yalnız qarabagencleri saytında)

xəbərin ardından baxa bilərsiniz

Davamı...

Vətənpərvər | Siyasət, Vətənpərvərlik, Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 98 |

Açar sözlər:

Azərbaycanın Silahlı Qüvvələri ən yüksək standartlara cavab verir və bu, təqdirəlayiqdir!

İyun 26, 2008 15:34

Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin hərbi attaşeləri «Azadlıq» meydanında keçirilmiş hərbi paradı yüksək qiymətləndirib


Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdin biri – Pakistanın hərbi attaşesi Məhəmməd Şahid Şərif ANS Pressə bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin iştirakilə keçirilmiş hərbi parad çox yüksək səviyyədə təşkil olunub. Cənab Şərifin sözlərinə görə, onun ölkəsi Azərbaycanla hərbi sahədə əməkdaşlığı uğurla davam etdirmək niyyətindədir. Məhəmməd Şahin Şərif qeyd edib ki, bugünki parada nümayiş etdirilmiş texnika, şəxsi heyət onu göstərir ki, Azərbaycanın Silahlı Qüvvələri gündən günə güclənir və təhlükəsizliyin təminatında öz sözünü deməyə qadir olan bir qüvvəyə çevrilir!

Ukraynanın Azərbaycandakı hərbi attaşesi Valeri Venger isə ANS Pressə bildirib ki, bu gün canlı şahidi olduğu paraddan o belə bir qənaətə gəlib ki, Azərbaycanın Silahlı Qüvvələri ən yüksək standartlara cavab verir. «Nümayiş etdirilmiş hərbi texnika, sursat və şəxsi heyət dövlətin, Ali Baş komandanın diqqəti və yüksək dərəcədə maliyyələşmə ilə onu deməyə əsas verir ki, Azərbaycan Ordusu qarşıya qoyulan ən çətin məqsədlərə və verilən ən yüksək əmrləri peşəkarcasına yerinə yetirməyə, ərazi bütövlüyünü bərpa etməyə, dövlətçiliyi qorumağa tam qadirdir. Burada birbaşa Azərbaycan Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin səyləri özünü göstərir. O, Silahlı Qüvvələrin potensialının artırılmasına çox böyük diqqət yetirir və bu da təqdirəlayiqdir! Üstəlik, İlham Əliyevin hərbi qulluqçuların sosial təminatına dair verdiyi son qərarın özü də hərbçilərin rifahının yaxşılaşdırılmasında mühüm müsbət rol oynayacaq. Bugünki parada çoxlu sayda hərbi attaşenin iştirakı bir daha onu göstərir ki, Azərbaycanın hərbi potensialının artırılması xarici ölkələrdə böyük maraq doğurur. Ukrayna həmişə Azərbaycanın yaxın strateji tərəfdaşı olub və biz Azərbaycanın uğurlarına sevinirik»! Hərbi attaşe Valerii Venger ANS Press vasitəsilə Azərbaycan Silahlı Qüvvələrini 90-illik yubiley münasibətilə təbrik də etdi.

Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi Rımbek Tursaqatov ilk əvvəl Azərbaycan xalqını və hərbçilərini Hərbi Qüvvələrin 90-illik yubileyilə təbrik etdi. «Məhz 90 il əvvəl, 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə Milli ordusunun formalaşdırılması başlandı. Bu cür əlamətdar tarixdə belə yüksək səviyyədə təşkil edilmiş hərbi parad bir daha onu göstərir ki, Azərbaycan Ordusuna diqqət yüksək səviyyədədir. Bu parad bir daha Azərbaycanın hərbi imkanlarını əyanə sübut etdi. Şəxsi heyət isə peşəkarlıqla seçildi».

ABŞ-ın hərbi attaşesinin mövqeyini səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik çatdırdı. «Təbii ki, son 11 il ərzində ilk hərbi parad çox həlledici tədbir idi. Biz Azərbaycanla strateji müttəfiqik. İraqda, Əfqanıstanda və başqa yerlərə hərbi əməkdaşlıq edirik. Azərbaycanın çox güclü ordusu var. Bu bayramda Azərbaycanın bütün Silahlı qüvvələrini, xüsusilə əskərlərini təbrik etmək istəyirik və bayramınız mübarək deyirik».

Hərbi paradda iştirak etmiş Rusiyanın Azərbaycandakı hərbi attaşesinin mövqeyini öyrənməyə çalışsaq da, səfirlikdən bizə bildirdilər ki, parad barədə hər hansı mövqeyi Rusiyanın Müdafiə nazirliyi açıqlaya bilər.

Davamı...

Vətənpərvər | Siyasət, Vətənpərvərlik, Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 71 |

Açar sözlər:

«Rəsmi Bakı ATƏT-in Minsk qrupu ilə əməkdaşlığını davam etdirmək fikrindədir»

İyun 25, 2008 15:05

Xəzər İbrahim: «Mahiyyət nöqteyi nəzərindən biz Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqları davam etdirmək əzmindəyik»

«Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ATƏT-in Minsk qrupu ilə əməkdaşlıq etmək fikrindədir». Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyib. Mətbuat xidmətinin rəhbəri Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupu ilə bağlı quruma göndərdiyi sorğunun prosedur məsələ olduğunu deyib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-ə qeyd olunan sorğunu mart ayında göndərmişdi.
O bildirib ki, sorğunun göndərilməsi Minsk qrupu ilə işləməkdən imtina etmək deyil. «Biz Minsk qrupu ilə öz fəaliyyyətmizi davam etdiririk. Mahiyyəti prosedurlardan ayırmaq lazımdır. Mahiyyət nöqteyi nəzərindən biz danışıqları davam etdirmək əzmindəyik. Ona görə də həsmsədrlər regiona səfər edir». Xəzər İbrahimin sözlərinə görə, burada söhbət Azərbaycan tərəfinin prosedurları öyrənmək istəyindən gedirdi.

Vətənpərvər | Siyasət, Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 70 |

Açar sözlər:

Bu gün AŞPA-da Ermənistana dair hesabat dinləniləcək

İyun 25, 2008 14:37

Ermənistanın qurumun irəli sürdüyü şərtləri və digər tələbləri nə dərəcədə yerinə yetirməsi müzakirə ediləcək

Bu gün AŞPA-nın yay sessiyasında Ermənistanda demokratik institutların vəziyyətinə dair hesabat dinləniləcək. Tədbirdə Ermənistanın AŞPA-nın irəli sürdüyü şərtləri, o cümlədən siyasi məhbusların azadlığa buraxılması, 1-2 mart hadisələrinin şəffaf araşdırılması və digər tələblərin yerinə yetirilməsi müzakirə ediləcək.

Vətənpərvər | Siyasət | Şərhlər(0) | Baxış sayı: 50 |

Açar sözlər:

Novruz Məmmədov: “Ermənistan işğal etdiyi torpaqlardan çəkildikdən sonra Azərbaycan özünün erməni icması ilə müəyyən danışığa gedə bilər”

İyun 16, 2008 13:45

“Dağlıq Qarabağın erməni icmasının münaqişənin həlli prosesində iştirakı o zaman mümkün ola bilər ki, Ermənistanla Azərbaycan arasında müəyyən sənəd imzalansın.
Bundan sonra Dağlıq Qarabağdakı erməni icmasının vəziyyəti, qaçqınların qayıtması və bərpa işləri ilə bağlı danışıqlara başlamaq olar”. APA-nın məlumatına görə, bunu Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, Azərbaycan ərazilərini Ermənistan Silahlı Qüvvələri işğal edib və Dağlıq Qarabağ ermənilərinin elə bir qüvvəsi yoxdur: “Ermənistan işğal etdiyi torpaqlardan çəkilib, Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Bundan sonra Azərbaycan öz ərazisindəki erməni icması ilə müəyyən danışığa gedə bilər”.

Vətənpərvər | Siyasət | Şərhlər(0) | Baxış sayı: 40 |

Açar sözlər:

AZƏRBAYCANDAN KEÇƏN PKK-çı TÜRKİYƏDƏ HƏBS OLUNDU

İyun 13, 2008 16:53

“AGİT” ləqəbli terrorçu təhlükəsizlik qüvvələrinə təslim olduqdan sonra təşkilatın məkrli planlarını açıqlayıb

Türkiyədə Azərbaycandan keçərək bu ölkədə terror planlarında iştirakçı olan PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim olub. Yerli medianın xəbərlərinə görə, bir müddət Bingöl bölgəsində terror təşkilatının yaraqlıları arasında fəaliyyət göstərən “Agit” ləqəbli terrorçu qaçaraq bir müddət Antalyada təhlükəsizlik qüvvələri ilə əlaqəyə çıxıb. Hazırda İstanbul həbsxanasında saxlanılan terrorçu PKK-nın planları ilə bağlı istintaqa bir çox mühüm məlumatlar verib. Məlum olub ki, “Agit” bir neçə il əvvəl terror təşkilatına yardım etmək ittihamıyla həbs edilib, lakin PKK tərəfdarlarının dəstəyi sayəsində azadlığa çıxa bilib və Türkiyədən qaçıb.
Bolqarıstandan qatarla Yunanıstana keçərkən onu polislər saxlayıb və bu ölkədə müvəqqəti yaşayış icazəsi alıb. Daha sonra  bir müddət Afinadakı kürd dərnəyində qalıb və oradan PKK-nın təlimatı əsasında təyyarə ilə Gürcüstana göndərilib. “Buradan Ermənistana keçdim, İrəvanda bir müddət qalıb bu dəfə Azərbaycana keçdim. Oradan isə İrana getdim. PKK-nın düşərgəsində hərbi və siyasi təlim aldıqda, sonra 20 nəfərlik qrupla İraqın şimalına, oradan isə Hakkari bölgəsindən Türkiyəyə daxil oldum”- deyə terrorçu bildirib. PKK-çı Türkiyədə iştirakçısı olduğu terror aksiyaları haqda da ifadələr verib. O deyib ki, PKK uzaqdan idarə edilən oyuncaq avtomobillərlə Türkiyənin iri şəhərlərində terror aksiyaları planlaşdırır.
Türkiyə mətbuatında yer alan digər xəbərə görə, vaxtilə Azərbaycandan qovulan PKK-çı Türkiyə silahlı qüvvələrinin İraqın şimalında apardığı hərbi əməliyyatlara qarşı Avropa İnsan Haqları Məhkəməsində iddia qaldırıb. Söhbət Avropada fəaliyyət göstərən PKKyönlü təşkilat olan Kürd İnsan Haqları Layihəsindən və onun rəhbəri Kərim Yıldızdan gedir. Bildirilir ki, iddianı qaldıranlardan biri də Abdullah Öcalanın vəkillərindən Mark Müllerdir. Londonda fəaliyyət göstərən bu təşkilat iddianı İraqın şimalındakı kürd kəndliləri adından qaldırıb. İddiada deyilir ki, əməliyyatlar nəticəsində bəzi mülki şəxslər evlərini tərk etməli olub, onların insan haqları pozulub. Türkiyə mətbuatı Kərim Yıldızın PKK-nın Avropadakı siyasi fəaliyyətinə rəhbərik edənlərdən biri olduğunu qeyd edir. Xatırladaq ki, onun Azərbaycandakı bəzi insan haqları müdafiəçiləri ilə əlaqələri olub.

Vətənpərvər | Siyasət | Şərhlər(0) | Baxış sayı: 37 |

Açar sözlər:


« Əvvəlki səhifə   Yazılar cəmi: 106    Sonrakı səhifə »