Reklam verin!

Seçmə Fikirlər

İyun 30, 2008 15:04

H.İ.Xan. Sufi təlimi:
- Gəlin başqalarının bizim üçün nə edə biləcəyi haqqda düşünməyək, yaxşı olar ki, biz özümüzdən başqaları üçün nə edə biləcəyimizi soruşaq.
- Din düzgün həyat tərzini öyrənmək, həyatın özünün mənasını  dərk etmək üçün nəzərdə tutulan dərsdir.
F.Dostoyevski. Cinayət və cəza:
- Bədxasiyyət və qoca dul qadınlar bu cür təmizkar olurlar.
- Bəşəriyyətin ta qədimdən başlamış Likurq, Solon, Məhəmməd, Napoleona qədər bütün qanunvericiləri və yaradıcıları hamısı cinayətkar olmuşlar, təkcə elə ona görə ki, yeni qanunlar verməklə cəmiyyət üçün müqəddəs olan atalardan qalma köhnə qanunları pozur, ləğv edirdilər. Və əlbəttə, öz fəaliyyətlərində ehtiyac olarsa, qan tökməkdən də çəkinmirdilər.
- İnsanlar təbiətin qanunlarına görə iki növə bölünürlər: aşağılar (adilər), yəni özünə oxşarları doğub törətməkdən başqa işi olmayan bir material; bir də sözün həqiqi mənasında insan, yəni öz aləmində yeni söz deməyə vergisi, yaxud istedadı olanlar... Birinci növ həmişə bu günün ağasıdır, ikincilər isə gələcəyin... Bu ikinci növ insanların cinayət etmək hüququ vardır... Lakin kütlə heç vaxt onların hüququnu tanımaq istəmir, onları edam edir, asır və bununla da tamamilə ədalətli olaraq özünün mühafizəkar təyinatını yerinə yetirir. Növbəti nəsillərdə həmin kütlənin özü bu edam olunanları şöhrət kürsülərinə qaldırır və onlara sitayiş edirlər.
- Mən sənə deyil, bəşəriyyətin bütün iztirablarına baş əydim.
Davamı...

Vətənpərvər | Vətənpərvərlik | Şərhlər(0) | Baxış sayı: 4 |

Açar sözlər:

Bakıda Parad Keçdi

İyun 26, 2008 18:24

Bu gün Bakıda yer göy üç rəngli bayrağımıza sarılmışdı

Bəli Bugün.26 iyun.Bakıda yer göy üçrəngli bayrağımıza sarılmışdı.Çünki bugün Bakının mərkəzi küçələrindən ,o cümlədən Azadlıq meydanından Qafqaz tarixində misli görülməmiş parad keçirdi.İnsanlar kütləvi şəkildə həmin küçələrə axışır,hərə özünə yer tapıb dayanırdı.Hamı maraqla AZƏRBAYCANIN RƏŞADƏTLİ ORDUSUNU gözləyirdi.Nəhayət,Ali Baş Komandanın nitqindən sonra Parad keçməyə başladı.Elə mən də oradakı yüzlərlə insan kimi bu anların şahidi oldum və baxmayanlara da o anları yaşatmaq üçün bir qədər şəkil çəkdim indi isə sizlərə təqdim edirəm.

                                                        Tural Sabirli / Qarabağlı Düşüncələr

Paraddan ekskülüziv şəkillər (yalnız qarabagencleri saytında)

xəbərin ardından baxa bilərsiniz

Davamı...

Vətənpərvər | Siyasət, Vətənpərvərlik, Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 31 |

Açar sözlər:

Azərbaycanın Silahlı Qüvvələri ən yüksək standartlara cavab verir və bu, təqdirəlayiqdir!

İyun 26, 2008 15:34

Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin hərbi attaşeləri «Azadlıq» meydanında keçirilmiş hərbi paradı yüksək qiymətləndirib


Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdin biri – Pakistanın hərbi attaşesi Məhəmməd Şahid Şərif ANS Pressə bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin iştirakilə keçirilmiş hərbi parad çox yüksək səviyyədə təşkil olunub. Cənab Şərifin sözlərinə görə, onun ölkəsi Azərbaycanla hərbi sahədə əməkdaşlığı uğurla davam etdirmək niyyətindədir. Məhəmməd Şahin Şərif qeyd edib ki, bugünki parada nümayiş etdirilmiş texnika, şəxsi heyət onu göstərir ki, Azərbaycanın Silahlı Qüvvələri gündən günə güclənir və təhlükəsizliyin təminatında öz sözünü deməyə qadir olan bir qüvvəyə çevrilir!

Ukraynanın Azərbaycandakı hərbi attaşesi Valeri Venger isə ANS Pressə bildirib ki, bu gün canlı şahidi olduğu paraddan o belə bir qənaətə gəlib ki, Azərbaycanın Silahlı Qüvvələri ən yüksək standartlara cavab verir. «Nümayiş etdirilmiş hərbi texnika, sursat və şəxsi heyət dövlətin, Ali Baş komandanın diqqəti və yüksək dərəcədə maliyyələşmə ilə onu deməyə əsas verir ki, Azərbaycan Ordusu qarşıya qoyulan ən çətin məqsədlərə və verilən ən yüksək əmrləri peşəkarcasına yerinə yetirməyə, ərazi bütövlüyünü bərpa etməyə, dövlətçiliyi qorumağa tam qadirdir. Burada birbaşa Azərbaycan Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin səyləri özünü göstərir. O, Silahlı Qüvvələrin potensialının artırılmasına çox böyük diqqət yetirir və bu da təqdirəlayiqdir! Üstəlik, İlham Əliyevin hərbi qulluqçuların sosial təminatına dair verdiyi son qərarın özü də hərbçilərin rifahının yaxşılaşdırılmasında mühüm müsbət rol oynayacaq. Bugünki parada çoxlu sayda hərbi attaşenin iştirakı bir daha onu göstərir ki, Azərbaycanın hərbi potensialının artırılması xarici ölkələrdə böyük maraq doğurur. Ukrayna həmişə Azərbaycanın yaxın strateji tərəfdaşı olub və biz Azərbaycanın uğurlarına sevinirik»! Hərbi attaşe Valerii Venger ANS Press vasitəsilə Azərbaycan Silahlı Qüvvələrini 90-illik yubiley münasibətilə təbrik də etdi.

Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi Rımbek Tursaqatov ilk əvvəl Azərbaycan xalqını və hərbçilərini Hərbi Qüvvələrin 90-illik yubileyilə təbrik etdi. «Məhz 90 il əvvəl, 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə Milli ordusunun formalaşdırılması başlandı. Bu cür əlamətdar tarixdə belə yüksək səviyyədə təşkil edilmiş hərbi parad bir daha onu göstərir ki, Azərbaycan Ordusuna diqqət yüksək səviyyədədir. Bu parad bir daha Azərbaycanın hərbi imkanlarını əyanə sübut etdi. Şəxsi heyət isə peşəkarlıqla seçildi».

ABŞ-ın hərbi attaşesinin mövqeyini səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik çatdırdı. «Təbii ki, son 11 il ərzində ilk hərbi parad çox həlledici tədbir idi. Biz Azərbaycanla strateji müttəfiqik. İraqda, Əfqanıstanda və başqa yerlərə hərbi əməkdaşlıq edirik. Azərbaycanın çox güclü ordusu var. Bu bayramda Azərbaycanın bütün Silahlı qüvvələrini, xüsusilə əskərlərini təbrik etmək istəyirik və bayramınız mübarək deyirik».

Hərbi paradda iştirak etmiş Rusiyanın Azərbaycandakı hərbi attaşesinin mövqeyini öyrənməyə çalışsaq da, səfirlikdən bizə bildirdilər ki, parad barədə hər hansı mövqeyi Rusiyanın Müdafiə nazirliyi açıqlaya bilər.

Davamı...

Vətənpərvər | Siyasət, Vətənpərvərlik, Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 15 |

Açar sözlər:

Seçmə Fikirlər

İyun 8, 2008 12:32

Məhəmməd Peyğəmbər (s): Evində hücuma məruz qalıb vuruşmayan kişiyə Allah nifrət edir.
 İmam Əli (ə): Onlar sizinlə vuruşmamışdan, siz onlarla vuruşun. Çünki and olsun Allaha, hansı qövm öz torpaqları daxilində hücuma məruz qalıbsa, xar və məğlub olub. Siz isə vuruşmağı bir-birinizə həvalə etdiniz və bir-birinizə kömək etməkdən əl götürdünüz, nəhayət dalbadal hücumlara məruz qaldınız və vətəniniz əlinizdən çıxdı.
 “Səfinətul-Bihar”: Nəql edilib ki, vətəni sevmək imandandır.
Güntəkin Nəcəfli. XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaradılması cəhdləri. B., 2007 :
- 1700-cü ilin yazında İrəvanda olmuş alman səyyahı G.Şillinger yazırdı ki, İrəvan şəhərinin daxilində yalnız türklər, şəhərin ətrafındakı qəsəbələrdə isə erməni tacir və sənətkarları yaşayır (s.31).
- Türk səyyahı Övliya Çələbi 1647-ci ildə İrəvan şəhərində 2060 evin (təxminən 15 min nəfər əhali) olduğunu göstərir (s.30).
- Erməni keşişi İsrail Ori 1701-ci ildə  yazdığı “Yaddaş qeydləri”ndə göstərir ki, İrəvan şəhərində 300 nəfərdən artıq erməni yaşayır (s.31).
- Fransız səyyahı J.Şarden XVIII əsrin əvvəlində İrəvanın tamamilə türk qızılbaş tayfası  tərəfindən idarə olunduğunu göstərir (s.31).
- Rus tədqiqatçısı İ.Şopen 1826-cı ildə yazırdı ki, İrəvan xanlığında yaşayan əhalinin 20%-ə qədəri erməni, 80%-dən çoxu müsəlmanlardan ibarətdir (s.32).
- Üçkilsədəki (Eçmiədzindəki) erməni icmasının başçısı Flippos  Şah Abbasa müraciətində yazırdı : “Hazırda bizim vilayətdə yaşayanların əksəriyyəti buraya müxtəlif vilayatlərdən  sizin, əlahəzrət hökmdarın tükənməz sevgisi və qayğısı nəticəsində köçürülmüşdür” (s.32).
- Erməni keşişi T.Kiğamiyans yazırdı ki, ermənilər XVI-XVII əsrlərdə Kilikiyadan köç edərək İrana gəlmişlər (s.33).
- Matedaranda (ermənilərin baş arxivi) saxlanılan alqı-satqı sənədlərinə görə, Ağqoyunlu Yaqub padşahın nümayəndəsi Əmir Rüstəm 1431-ci ildə Üçkilsə (Eçmiədzin) də daxil  olmaqla 7 kəndi erməni keşişi Qriqora 530 min Təbriz dinarına satmışdır (s.34).
- 1605-ci ildə Şah Abbasın fərmanı ilə İsfəhan yaxınlığında Yeni Culfa qəsəbəsi salındı ki, parakəndə yaşayan ermənilər buraya yığışsınlar (s.34).
- 1787-ci ildə rus məmuru S.Burnaşov rus hökumətinin  Qafqazdakı nümayəndəsi P.S.Potyomkinə yazırdı: “İyulun 1-də Tifıisə gələnlər xəbər verirlər ki, İbrahim xanın gözətçiləri Qanzasar patriarxını (Ovanesi) və bütün məlikləri həbs etmişlər. Məliklər sizinlə əlaqələrini etiraf edərək, göndərdiyiniz bütün məktubları xana təslim etmişlər. Patriarx isə qorxudan vəfat etmişdir” (s.181).
- 1795-ci ildə Ağa Məhəmməd xan Qacar Tiflis üzərinə yeriyərkən Qarabağ məlikləri Abov və Məclum gürcü hakimi II İraklinin yanında idilər. Onlar dərhal II İrakliyə xəyanət edərək Ağa Məhəmməd xanın yanına qaçdılar və Tiflisin yolunu göstərərək bələdçilik etdilər (s.190).
“Zerkolo”  qəzeti, 08 avqust 2007: Gəncəli müəllif İsmayıl Abbas uşaqlıq yoldaşı Armen Balasanyanın gündəliyinin onun əlinə keçməsindən danışır və həmin gündəlikdən bəzi parçaları verir. Armen öz gündəliyində yazır:
- Gündəlik yazmağı Yerevanda yaşayan dayım Samvel məsləhət görmüşdü. Bir dəfə onlarda olarkən gündəlik yazdığını gördüm, və ilk səhifəsində belə bir yazı diqqətimi çəkdi: “Mənim həyatım böyük Ermənistan ideyasına həsr olunmuşdur. Hətta mən öləndən sonra da ruhum sakit olmayacaqdır, o vaxta qədər Eçmiədzin üzərində fırlanacaq ki, gələcək nəsillər mənim üstümdə sonuncu türkü qurban kəssinlər. Yalnız onda ruhum göylərə ucalacaqdır”. Mən bunu oxuyandan sonra dayım dedi ki, əzizim, bunu yəqin ki, sən edəcəksən.
- Atam, anam Suriyadan gəliblər. Mən atamdan soruşanda ki, nə üçün oranı tərk edib, buraya gəliblər o, hər dəfə cavab verirdi ki, bir şeyi həmişə yadında saxla–Suriya, Azərbaycan, Gürcüstan, Kirovobad, Soçi, Rostov–bütün bunların hamısı  Böyük  Ermənistanın qədim torpaqlarıdır, bir az döz...
- Bu gün Kamoya istirahətə gedirik, erməni uşaqlardı, bir də rus qızı Nataşa, azərbaycanlı İlqar da getmək istəyir. Uşaqlar dedilər ki, əgər bu türk eşşəyi getsə, biz getmirik. İlqarı bir təhər başımızdan elədik, uzaqlaşdırdıq.
- Eçmiədzin bütün ermənilər üçün müqəddəs yerdir. Bizim Böyük Ermənistan  uğurunda  mübarizə idealarımız oradan irəli gəlir. Hər bir erməni hər ay bu iş üçün Eçmiədzinə pul göndərməlidir. Biz orada, qurban divarının yanında  göyərçini qurban etdik, başını divara vurmaqla, qayda belədir. Bəzi adamlar Eçmiədzinə  pul verməkdən imtina edirlər. Atam onların siyahısını Samvel dayıya verdi, o, onların məsələsinə baxacaq.
Seyid Müctəba Müsəvi Lari. İslam və Qərb mədəniyyəti. B., 2004:
- Orta əsrlərdə təftiş məhkəməsinin (inkvizisiya) hökmü ilə 350 min nəfər alim və mütəfəkkir diri-diri yandırılmışdır, 5 milyon nəfər qətlə yetirilmişdir (s.39).
- 1095-1270-ci illər ərzində səlib yürüşləri adı altında 100 minlərlə müsəlman qətlə yetirilmişdir. Qoşun başçısı Robert Papaya yazdığı məktubda bildirirdi: “Yerusəlimdə əlimizə keçən müsəlmanları nə etdiyimizi bilmək istəyirsinizsə, agah olun ki, hər tərəf atlarımızın dizlərinə qədər qan içində idi” (s.41-42).
- Hazırda təkcə katolik kilsəsinin 4 mindən artıq təbliğat qurupu mövcuddur, dünyanın hər yerində iş aparırlar. Vatikan kilsəsi  öz  gündəlik qəzetini  300 min nüsxə ilə, 50-ə yaxın jurnal və kitabçalarını isə ayda bir neçə milyon nüsxə ilə yayır. Vatikanın 32 mindən çox müxtəlif səviyyəli məktəbləri, çoxlu sayda xəstəxana və klinikaları var (s.44).
- Volter yazırdı ki, “Ey Rəbbim! Kaş bütün Avropa xalqları özləri üçün müsəlmanları nümunə hesab edəydilər” (s.135).
- Lev  Tolstoy deyirdi: Məhəmmədin şəriəti ağıl və hikmətə uyğun  olduğundan  gələcəkdə bütün dünyada hökmranlıq edəcək  (s.135).
- Napoleon sürgündə olarkən deyirdi ki, “mən İslam dinini seçəcəyəm” (s.183).
- Böyük  dövlətlərin nəzərinə görə, sülh kiçik dövlətlərin sərvətlərini öz aralarında bölüşdürmək üçün şərait deməkdir (s.231).

Mənbə:qatinfo.azeriblog.com

Vətənpərvər | Vətənpərvərlik | Şərhlər(0) | Baxış sayı: 21 |

Açar sözlər:

Azərbaycan Ordusu döyüşə hazırlıq görür

İyun 4, 2008 21:06

Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycana təxrnibat törətmək üçün göndərilmiş erməni hərbçilər ölkə qanunvericiyi əsasında cəzalandırılacaq

Son günlər Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi hərbi təlimlərin iyunun 26-na planlaşdırılan hərbi keçidlə əlaqəsi yoxdur. Bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib. O, təlimlərin döyüş hazırlığı məqsədi daşıdığını bəyan edib. Eldar Sabiroğlunun sözlərinə görə, təlimləri müdafiə naziri Səfər Əbiyev şəxsən izləyir. Təlimlər korpusları, briqadaları, ayrı-ayrı taborları əhatə edir. Müdafiə Nazirliyinin rəsmisi deyib ki, təlimlərdə qoşunların idarə edilməsi, qərargah işinin təşkili, qəragahların koordinasiyası və döyüş əmrinin icra edilməsinə xüsusi diqqət yetirilir.
Eldar Sabiroğlu  Azərbaycan ərazisində təxribat törətmək istəyən ermənilər barədə də məlumat verib. O, bildirib ki, həmin şəxslər Azərbaycan  qanunvericiliyinə uyğun olaraq cəzalandırılacaqlar. Eldar Sabiroğlunun sözlərinə görə, Azərbaycan hərbçiləri tərəfinndən Naxçıvanda saxlanılan Ermənistan vətəndaşları Vanik Zmboyan, Artem Zoqrabyan, Karen Torosyan və Aqasi Enokyan barədə araşdırmalar davam edir. Saxlanılan şəxslərin Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı dəstəsində xidmət etdiklərini xatırladan Eldar Sabiroğlu deyi ki, araşdırmalar və dindirilmələr zamanı onların Azərbaycanda təxribat törətdikləri təsdiqlənib. O, qeyd edib ki, istintaqın son rəyinindən sonra təxribatçı qurupla bağlı yeni açıqlama veriləcək.

Vətənpərvər | Cəbhə , Siyasət, Vətənpərvərlik | Şərhlər(0) | Baxış sayı: 28 |

Açar sözlər:

Dövlət yaratmaq, torpaq qorumaq səriştəsi

May 28, 2008 22:09

Səməd bəy Mehmandarov: "Rus hökmdarlığından azad olmuş türk xalqının yadına salmaq lazımdır ki, biz həmişə asılı vəziyyətdə olmamışıq"
Bu il 24-25 aprel tarixlərində Türkiyənin Gelibolu yarımadasında Çanaqqala savaşlarının yadigarı olan türk şəhidliklərini gəzəndə bir daha əmin olduq ki, altı yüz il ərzində az qala dünyanın yarısını idarə edən Osmanlı İmperiyası mövcudluğunun son akkordlarını da şərəflə vurub. Əslində cəmi bir il ərzində təkcə Çanaqqala savaşlarında 250 min övladını itirən Türk milləti keçmişin hesabatını verib və gələcəyini qurub, şəhid övladlarının qanı, canı bahasına Türkiyə Cümhuriyyətini yaradıb.

Vətənpərvər | Vətənpərvərlik | Şərhlər(0) | Baxış sayı: 29 |

Açar sözlər:

Tariximizin Cümhuriyyət səhifəsi

May 28, 2008 19:52

Bu gün 28 May Respublika Günü-90 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin, İstiqlal Bəyannaməsinin elan edildiyi gündür. Bəs istiqlaliyyətə aparan yol necə olub, 23 ay mövcud olan Cümhuriyyət bizə nə verib?
Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi əməkdaşı Vaqif Abışov deyir ki, 1918-ci il mayın 28-ə qədərki dövrdə həm Cənubi Qafqaz, həm də Cənubi Qafqazdan kənarda qarışıqlıq olub. I Dünya Müharibəsi davam edir, çox böyük dağıntılar baş verir, dövlətlərarası münasibətlər gərginliyilə seçilir, Cənubi Qafqaza da xüsusi önəm verilirdi. İkincisi, Cənubi Qafqazda aralarında qarşılıqlı ziddiyyətlərin olduğu azərbaycanlılar, ermənilər və gürcülər üçün yeganə hakimiyyət Seym və Seymin qarşısında hesabat verən Zaqafqaziya Komissarlığı olub.

Davamı...

Vətənpərvər | Siyasət, Vətənpərvərlik | Şərhlər(0) | Baxış sayı: 31 |

Açar sözlər:

Azərbaycan Xalq Cümhuriyyəti - 90

May 26, 2008 22:41

Məhəmməd Əmin Rəsulzadə: "28 May bizim dövlət oluş günümüzdür"
Professor Qüdrət Əbdülsəlimzadə: "Cümhuriyyətin tanınması təkcə xalqımızın deyil, bütün Türk Dünyasının tarixi zəfəri idi"

90 il əvvəl varlığını təsdiq edən Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində gördüyü işlər həmişə xatırlanacaq. Cümhuriyyət qurucuları uca millətçi ziyalılar idilər. Bu əməllərin çağdaş dönəmdə daha inadla inkişaf etdirilməsi gərəkdir. Bu barədə danışan professor Qüdrət Əbdülsəlimzadə deyir: "Sivil dövlətçilik prinsiplərinə və atributlarına - çoxpartiyalı parlamentə, peşəkar siyasətçi və peşəkarlardan ibarət hökumətə, orduya, milli valyutaya, himnə, üçrəngli bayrağa, gerbə malik Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, qədim Odlar Yurdu Azərbaycanın keçdiyi əzablı yolların, sərt dönüşlərin, ziddiyyətli, ictimai-siyasi, iqtisadi-sosial, mədəni-mənəvi inkişaf prosesinin şərəfli yekunu oldu. Millətlərin özünüdərk və oyanışı prosesi əvvəlki nəsillərin maarifçilik ideyaları, yeniləşmək arzuları, mübarizlik çağırışları, insan hüquqlarına, onun ləyaqətinə hörmət göstərilməsi təməlində formalaşır. Bu mənada Abbasqulu Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Rəşid bəy Əfəndiyev, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Firidun bəy Köçərli, Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Əhməd Cavad, Hüseyn Cavid və başqaları tərəfindən əsası qoyulan müxtəlif istiqamətli ictimai-siyasi, sosial-iqtisadi, mədəni-əxlaqi mütərəqqi meyllər millətimizin taleyinə çox böyük təsir göstərib".
Davamı...

Vətənpərvər | Siyasət, Vətənpərvərlik | Şərhlər(0) | Baxış sayı: 31 |

Açar sözlər:

«Azərbaycan Xalq Cumhuriyyətinin 90 illiyi münasibətilə geniş bayram tədbirləri keçiriləcək»

May 26, 2008 22:19

Bayram münasibətilə Milli Məclisin yubiley iclası da olacaq

«Azərbaycan Xalq Cumhuriyyətinin 90 illik yubileyi münasibəti ilə geniş bayram tədbirləri keçiriləcək. Bayram münasibəti ilə Milli Məclisin yubiley iclası olacaq». Bu məlumatı "Turan"a Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib.

Onun sözlərinə görə, Azərbaycan prezidentinin Xalq Cumhuriyyətinin 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamına uyğun olaraq, mayın 26-da Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Milli Elmlər Akademiyası birgə elmi konfrans keçirəcək. Axşam isə Dövlət Filarmoniyasında konsert olacaq.

Mayın 28-də isə Milli parkda bayram konserti təşkil ediləcək. Bayram tədbirləri atəşfəşanlıqla başa çatacaq. Bununla yanaşı, ölkənin ali və orta məktəblərində, mədəniyyət evlərində, sərgi salonlarında Xalq Cumhuriyyətinin 90 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək.

Vətənpərvər | Vətənpərvərlik | Şərhlər(0) | Baxış sayı: 25 |

Açar sözlər:

LAÇININ İŞĞALINDAN 16 İL ÖTÜR

May 18, 2008 12:33

1992-ci il mayın 18-də Ermənistanın ələ keçirdiyi Laçın rayonunun işğalından 16 il ötür.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov AzərTAc-a bildirib ki, Laçının müdafiəsi zamanı 262 nəfər həlak olub, yüzlərlə insan yaralanıb və əlil olub, 871 uşaq yetim qalıb.

O bildirib ki, 1885 kvadratkilometr sahədə yerləşmiş 1 şəhər, 1 qəsəbə və 125 kənddə müharibəyə qədər 63 min nəfər əhali yaşayıb: «Laçın rayonunun ərazisinin 34877 hektarını nadir ağac növləri ilə zəngin meşələr tuturdu. İşğal nəticəsində 30 mindən artıq fərdi tikinti, 142 inzibati bina, 48 sənaye, 61 kənd təsərrüfatı obyekti, 152 təhsil, 142 səhiyyə, 247 mədəni-maarif müəssisəsi və kinoteatr, 4 muzey, 450 ticarət məntəqəsi və sair mənimsənilib, əhalinin şəxsi mal-mülkü, həmçinin ictimai təsərrüfatların böyük miqdarda varidatı talan edilib. Laçın rayonuna 7 milyard ABŞ dollarından çox məbləğdə ziyan dəyib».

İcra başçısı deyib ki, laçınlılar ölkənin 50-dən artıq rayonunda məskunlaşıblar. Rayon icra hakimiyyəti isə Ağcabədidə, laçınlıların çoxluq təşkil etdiyi Taxta körpü adlanan ərazidədir.

«Media forum» xatırladır ki, işğalçı rejim Laçını ələ keçirəndən sonra rayonu Kaşataq adalandırıb, şəhər mərkəzinə isə Berdzor adı verib və bu bölgəni qanunsuz məskunlaşdırır. 1991-ci ildə ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə heç bir dəxli olmayan Laçın keçmiş vilayətin ərazisində silah gücünə yaradılmış qondarma «Dağlıq Qarabağ Respublikası»nın saxta inzabati-ərazi bölgüsünə salınıb.

3 gün qabaq işğalçı Dağlıq Qarabağ rejiminin «baş naziri» Ara Arutyunyan Laçına yeni icra hakimiyyəti başçısı təyin edib.

Vətənpərvər | Siyasət, Vətənpərvərlik | Şərhlər(0) | Baxış sayı: 37 |

Açar sözlər:


  Yazılar cəmi: 47    Sonrakı səhifə »