May 28, 2008 22:09
Səməd bəy Mehmandarov: "Rus hökmdarlığından azad olmuş türk xalqının yadına salmaq lazımdır ki, biz həmişə asılı vəziyyətdə olmamışıq"
Bu il 24-25 aprel tarixlərində Türkiyənin Gelibolu yarımadasında Çanaqqala savaşlarının yadigarı olan türk şəhidliklərini gəzəndə bir daha əmin olduq ki, altı yüz il ərzində az qala dünyanın yarısını idarə edən Osmanlı İmperiyası mövcudluğunun son akkordlarını da şərəflə vurub. Əslində cəmi bir il ərzində təkcə Çanaqqala savaşlarında 250 min övladını itirən Türk milləti keçmişin hesabatını verib və gələcəyini qurub, şəhid övladlarının qanı, canı bahasına Türkiyə Cümhuriyyətini yaradıb.
Açar sözlər:
May 28, 2008 19:52

Bu gün 28 May Respublika Günü-90 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin, İstiqlal Bəyannaməsinin elan edildiyi gündür. Bəs istiqlaliyyətə aparan yol necə olub, 23 ay mövcud olan Cümhuriyyət bizə nə verib?
Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi əməkdaşı Vaqif Abışov deyir ki, 1918-ci il mayın 28-ə qədərki dövrdə həm Cənubi Qafqaz, həm də Cənubi Qafqazdan kənarda qarışıqlıq olub. I Dünya Müharibəsi davam edir, çox böyük dağıntılar baş verir, dövlətlərarası münasibətlər gərginliyilə seçilir, Cənubi Qafqaza da xüsusi önəm verilirdi. İkincisi, Cənubi Qafqazda aralarında qarşılıqlı ziddiyyətlərin olduğu azərbaycanlılar, ermənilər və gürcülər üçün yeganə hakimiyyət Seym və Seymin qarşısında hesabat verən Zaqafqaziya Komissarlığı olub.
Davamı...
Açar sözlər:
May 26, 2008 22:41
Məhəmməd Əmin Rəsulzadə: "28 May bizim dövlət oluş günümüzdür"
Professor Qüdrət Əbdülsəlimzadə: "Cümhuriyyətin tanınması təkcə xalqımızın deyil, bütün Türk Dünyasının tarixi zəfəri idi"
90 il əvvəl varlığını təsdiq edən Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində gördüyü işlər həmişə xatırlanacaq. Cümhuriyyət qurucuları uca millətçi ziyalılar idilər. Bu əməllərin çağdaş dönəmdə daha inadla inkişaf etdirilməsi gərəkdir. Bu barədə danışan professor Qüdrət Əbdülsəlimzadə deyir: "Sivil dövlətçilik prinsiplərinə və atributlarına - çoxpartiyalı parlamentə, peşəkar siyasətçi və peşəkarlardan ibarət hökumətə, orduya, milli valyutaya, himnə, üçrəngli bayrağa, gerbə malik Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, qədim Odlar Yurdu Azərbaycanın keçdiyi əzablı yolların, sərt dönüşlərin, ziddiyyətli, ictimai-siyasi, iqtisadi-sosial, mədəni-mənəvi inkişaf prosesinin şərəfli yekunu oldu. Millətlərin özünüdərk və oyanışı prosesi əvvəlki nəsillərin maarifçilik ideyaları, yeniləşmək arzuları, mübarizlik çağırışları, insan hüquqlarına, onun ləyaqətinə hörmət göstərilməsi təməlində formalaşır. Bu mənada Abbasqulu Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Rəşid bəy Əfəndiyev, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Firidun bəy Köçərli, Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Əhməd Cavad, Hüseyn Cavid və başqaları tərəfindən əsası qoyulan müxtəlif istiqamətli ictimai-siyasi, sosial-iqtisadi, mədəni-əxlaqi mütərəqqi meyllər millətimizin taleyinə çox böyük təsir göstərib".Davamı...
Açar sözlər:
May 26, 2008 22:19
Bayram münasibətilə Milli Məclisin yubiley iclası da olacaq
«Azərbaycan Xalq Cumhuriyyətinin 90 illik yubileyi münasibəti ilə geniş bayram tədbirləri keçiriləcək. Bayram münasibəti ilə Milli Məclisin yubiley iclası olacaq». Bu məlumatı "Turan"a Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib.
Onun sözlərinə görə, Azərbaycan prezidentinin Xalq Cumhuriyyətinin 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamına uyğun olaraq, mayın 26-da Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Milli Elmlər Akademiyası birgə elmi konfrans keçirəcək. Axşam isə Dövlət Filarmoniyasında konsert olacaq.
Mayın 28-də isə Milli parkda bayram konserti təşkil ediləcək. Bayram tədbirləri atəşfəşanlıqla başa çatacaq. Bununla yanaşı, ölkənin ali və orta məktəblərində, mədəniyyət evlərində, sərgi salonlarında Xalq Cumhuriyyətinin 90 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək.
Açar sözlər:
May 18, 2008 12:33

1992-ci il mayın 18-də Ermənistanın ələ keçirdiyi Laçın rayonunun işğalından 16 il ötür.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov AzərTAc-a bildirib ki, Laçının müdafiəsi zamanı 262 nəfər həlak olub, yüzlərlə insan yaralanıb və əlil olub, 871 uşaq yetim qalıb.
O bildirib ki, 1885 kvadratkilometr sahədə yerləşmiş 1 şəhər, 1 qəsəbə və 125 kənddə müharibəyə qədər 63 min nəfər əhali yaşayıb: «Laçın rayonunun ərazisinin 34877 hektarını nadir ağac növləri ilə zəngin meşələr tuturdu. İşğal nəticəsində 30 mindən artıq fərdi tikinti, 142 inzibati bina, 48 sənaye, 61 kənd təsərrüfatı obyekti, 152 təhsil, 142 səhiyyə, 247 mədəni-maarif müəssisəsi və kinoteatr, 4 muzey, 450 ticarət məntəqəsi və sair mənimsənilib, əhalinin şəxsi mal-mülkü, həmçinin ictimai təsərrüfatların böyük miqdarda varidatı talan edilib. Laçın rayonuna 7 milyard ABŞ dollarından çox məbləğdə ziyan dəyib».
İcra başçısı deyib ki, laçınlılar ölkənin 50-dən artıq rayonunda məskunlaşıblar. Rayon icra hakimiyyəti isə Ağcabədidə, laçınlıların çoxluq təşkil etdiyi Taxta körpü adlanan ərazidədir.
«Media forum» xatırladır ki, işğalçı rejim Laçını ələ keçirəndən sonra rayonu Kaşataq adalandırıb, şəhər mərkəzinə isə Berdzor adı verib və bu bölgəni qanunsuz məskunlaşdırır. 1991-ci ildə ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə heç bir dəxli olmayan Laçın keçmiş vilayətin ərazisində silah gücünə yaradılmış qondarma «Dağlıq Qarabağ Respublikası»nın saxta inzabati-ərazi bölgüsünə salınıb.
3 gün qabaq işğalçı Dağlıq Qarabağ rejiminin «baş naziri» Ara Arutyunyan Laçına yeni icra hakimiyyəti başçısı təyin edib.
Açar sözlər:
May 17, 2008 23:08
Bu gün Bakı Məktəbliləri Parlamenti(BMP) və Azərbaycan Qarabağ İnformasiya Agentliyinin birgə təşəbbüsü ilə "vərəqə yağışı" kompaniyası keçirilib.
Bu gün Bakı Məktəbliləri Parlamenti(BMP) və Azərbaycan Qarabağ Gəncləri İnformasiya Agentliyinin birgə təşəbbüsü ilə Bakının mərkəzi küçələrində (28 may metrosunun yanı, Sahil metrosunun yanı, Nizami küçəsi (Tarqovıy) Şuşa və Laçının işğal günü münasibəti ilə maarifləndirici «Vərəqə yağışı» kompaniyası keçirilib. Parlamentin Qarabağ daimi Komissiyasının təşkilatçılığı ilə baş tutan aksiya barədə komissiyanın rəhbəri Qazax Nağı aşağıdakıları dedi:
«Aksiyada BMP-nin 10-ya yaxın üzvü iştirak etmişdir. Aksiya zamanı şəhər sakinlərinə 150-dən artıq Şuşa və Laçının tarixini əks etdirən maarifləndirici vərəqə paylanılıb. Vərəqələrdən bir neçəsi taksi sürücülərinə verilib və onlardan maşının bütün müştərilərin görə biləcəyi bir yerindən asması xahiş olunub.
Kompaniya zamanı sorğu da keçirilib.Nəticə isə heç də ürəyaçıcı deyil.Sorğu keçirdiyimiz 150-dən artıq respondentin arasında “18 may və 8 may sizə nəyi xatırladır?” sualına ya cavab verə bilmirdilər,ya da üzlərini çevirib düz gedirdilər»
BMP-nin Qarabağ komissiyasının sədri Qazax Nağı bunun günahını telekanallarda görür.”Biz bu gün öz imkanlarımız daxilində ən azı 150 nəfərə bu məlumatları verə bildik.Bəs geridə qalan milyonlarla insan? Hesab edirəm ki,bunun günahı telekanallardadır.Çünki 20% torpağı işğal altında olan bir dövlətin telekanalları əyləncəli konsertlərə,musiqili proqramlara,əxlaqsız filmlərə üstünlük verir,nəyinki,Qarabağa aid kadrlara,sənədli filmlərə,vətənpərvər telelayihələrə.Qazax Nağı qeyd edib ki,”Azərbaycanlıların Şuşa və Laçının işğalı günlərini bilməməsi bu rayonların işğal olunmasından da böyük faciədir.” Xatırladaq ki, Bakı Məktəbliləri Parlamenti "Gənc Liderlər" Uşaq Təşkilatının təşəbbüsü ilə təsis olunub.
Açar sözlər:
May 17, 2008 21:00
24 yaşlı leytenant Vüqar Nəcəfov Ağdamın Çəmənli kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində dünyasını dəyişib
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti şəhid olub. ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə, 24 yaşlı leytenant Vüqar Nəcəfov mayın 16-da axşam saat 19.30 radələrində Ağdamın Çəmənli kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, zabit Füzuli rayonundan hərbi xidmətə çağırılıbmış
Açar sözlər:
« Əvvəlki səhifə Yazılar cəmi: 49
Sonrakı səhifə »