Avqust 6, 2008 11:33
Bu dəfə hədəf Tovuz,Füzuli,Goranboy,
Xocavənd,Ağdam və Tərtər rayonları olub
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 5-də və 6-da növbəti dəfə atəşkəs rejimini pozublar. Erməni ordusu dünən saat 11.45-dən 12.30-dək Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 21.30-dan 22.00-dək Füzulinin adsız yüksəkliklərdə və Qərvənd kəndi, saat 22.45-dən 22.55-dək Goranboyun Gülüstan və Tapqaraqoyunlu kəndləri, saat 22.35-dən 22.42-dək Xocavənd rayonunun Kuropatkino kəndi, saat 22.40-dan 22.50-dək Ağdam rayonunun Yusifcanlı kəndi, avqustun 6-da isə saat 01.30-dan 02.10-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur.
Açar sözlər:
İyul 9, 2008 15:44
«Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın xarici siyasəti hücum xarakterli olmalı, Ermənistanın işğalçı siyasəti bütün səviyyələrdə ifşa edilməlidir»
Bunu prezident İlham Əliyev iyulun 7-də Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin üçüncü müşavirəsində çıxış edərkən deyib.Dövlət başçısı bildirib ki, diplomatlar hər şeydən əvvəl fəaliyyət göstərdikləri ölkələrin dövlət qurumları ilə sıx əlaqə saxlamalı, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ciddi fəaliyyət göstərməli, Azərbaycanın siyasi maraqları ilə yanaşı iqtisadi maraqlarının qorunması ilə bağlı da səylərini artırmalıdırlar. Ermənistan-Azərbaycan münaqişəsi haqda həqiqətlərin beynəlxalq aləmə çatdırılması işini səfirlərin əsas vəzifələrindən biri adlandıran İ.Əliyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bütün səviyyələrdə dəstəklənir, beynəlxalq təşkilatlar münaqişənin yalnız ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Prezident Azərbaycan diplomatlarının xarici siyasətlə bağlı qarşısında duran digər vəzifələr barədə də fikirlərini bölüşüb, bir sıra tapşırıqlar verib. AzərTAc-ın məlumatına görə, müşavirədə xarici işlər naziri Elmar Məmmədyarov ötən dövr ərzində diplomatik xidmət orqanları rəhbərlərinin üzərlərinə düşən vəzifələrin həyata keçirilməsi istiqamətində görülmüş işlərdən danışıb.O, Azərbaycanın 160 dövlətlə diplomatik əlaqə qurduğunu, Azərbaycanda 57 səfirlik, konsulluq və beynəlxalq təşkilatın nümayəndəliklərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Azərbaycanın isə xaricdə 56 diplomatik nümayəndəliyinin, o cümlədən 47 səfirliyinin fəaliyyət göstərdiyini bildirən nazir bunlardan 30-nun 2004-2008-ci illərdə yaradıldığını qeyd edib.
Qeyd edək ki, müşavirə Xarici İşlər Nazirliyində keçirilib.
Davamı...
Açar sözlər:
İyul 5, 2008 11:30
Dünən İrəvanda Ermənistan müxalifətinin izdihamlı mitinqi keçirilib."Qarabağ Düşüncələri"-nin Ermənistan KİV-lərinə istinadən xəbərinə görə, hakimiyyətin maneələrinə baxmayaraq, müxalifətin aksiyası razılaşdırılmamış məkanda – “Matenadaran” meydanında keçirilib.
Mitinqdə çıxış edən Ermənistan müxalifətinin lideri, sabiq prezident Levon Ter-Petrosyan hakimiyyətə ultimatum verib. Ter-Petrosyan bildirib ki, avqustun 1-nə qədər bütün siyasi məhbuslar azadlığa buraxılmalı, müxalifət fəallarına qarşı polis və vergi terroruna son qoyulmalıdır: “Bundan başqa, Robert Köçəryan başda olmaqla 1 mart cinayətinin bütün təşkilatçıları həbs edilməli, Ermənistan baş nazirinin müavini Armen Gevorkyan, Prezident Administrasiyasının rəhbəri Ovik Abramyan, baş prokuror Aqvan Ovsepyan, Milli Təhlükəsizlik Xidmətinin rəisi Qorik Akopyan və İctimai Televiziyanın rəhbəri Aleksan Arutyunyan istefaya göndərilməlidir”. Ter-Petrosyan tələbləri yerinə yetirilməyəcəyi halda, Ermənistan müxalifətinin Serj Sarkisyanın istefasını tələb edəcəyini vurğulayıb.Davamı...
Açar sözlər:
İyul 4, 2008 23:23
Dmitri Medvedev: “Dağlıq Qarabağ münaqişəsinin həllində bəzi cüzi irəliləyişlər var”
“Rusiya, Dağlıq Qarabağ münaqişəsinin məqbul həllinin tapılmasına bundan sonra da kömək edəcək”. Bu bəyanatla Rusiya prezidenti Dmitri Medvedev, Bakıya səfərinin yekunlarına həsr olunmuş açıqlamasında çıxış edib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli mürəkkəb prosesdir və ATƏT-in Minsk Qrupunun həmsədrləri onun irəliləməsinə kömək edəcək: “Bəzi cüzi irəliləyişlər var. Hər halda, biz iyunun 6-da Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa danışıqların bərpa olunmasını tamamilə dəstəkləyirik”.
Davamı...
Açar sözlər:
İyul 4, 2008 23:04
Bu bəyanatla Azərbaycanın müdafiə naziri Səfər Əbiyev çıxış edib
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ölkəmizdə səfərdə olan Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq ilə görüşüb. Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Səfər Əbiyev Azərbaycan ilə Çexiya arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, son illər müxtəlif istiqamətlərdə həyata keçirilən birgə layihələr artıq öz səmərəsini verməkdədir. Hərbi əməkdaşlığın qurulması sahəsində də uğurlu işlər aparılır.
Davamı...
Açar sözlər:
İyun 28, 2008 23:54

Metyu Brayza mövqeyini açıqladı
«Abdullah Gülü Ermənistana dəvət etmək qeyri-adi irəliləyişə səbəb olacaq»-bu baradə Ermənistan mətbuatına açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza qeyd edib: «Mən Prezident Sarkisyanı yaxşı tanıyıram və fikirləşirəm ki, onun mövqeyi sələflərinin mövqeyindən çox fərqlənir. Məncə Serj Sarkisyan və İlham Əliyev münasibətləri, Köçəryan və Əliyev əməkdaşlığından daha sıx olacaq.Hər iki Preziden proqmatik yanaşma nümayiş etdirir və hər kəs rəqibə qulaq asmaq üçün hazır olacaq».
Açar sözlər:
İyun 27, 2008 22:37
7 ölkənin xarici işlər nazirləri ATƏT-in Minsk Qrupu həmsədrlərini dəstəklədiklərini bildiriblər “Böyük səkkizlər”in xarici işlər nazirləri Yaponiyanın Kioto şəhərində keçirdikləri toplantıda Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çağırıblar. İTAR-TASS-ın məlumatına görə, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Kanada və Yaponiya xarici işlər nazirləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağ probleminin tezliklə həllinə yönəlmiş səylərini dəstəklədiklərini bildiriblər. Nazirlər düşünürlər ki, Azərbaycan və Ermənistan təmkinli olmalı və razılıq əldə etmək üçün ciddi addımlar atmalıdır. Bununla yanaşı həmçinin, Yaponiya XİN-in mətbuat katibi Kadzuo Kodama Dağlıq Qarabağ münaqişəsinin ətraflı müzakirə olunmadığını deyib.
Davamı...
Açar sözlər:
Yazılar cəmi: 17
Sonrakı səhifə »