APA. “Ermənilər Cənubi Osetiya və Abxaziyada baş verən qarşıdurmalardan özləri üçün qala düzəltməyə çalışırlar. Bu hadisənin fonunda onlar guya Azərbaycanda çaxnaşmanın olduğunu təbliğ edirlər”. APA-nın məlumatına görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib. Ermənistanın analitik mərkəzlərinin bu tipli çıxışlar səsləndirdiyini deyən M. Əhmədoğlunun sözlərinə görə, onlar prosesləri özlərinə sərf edən şəkildə təqdim edirlər: “Ermənilər hesab edirlər ki, bu hadisələrdən sonra Azərbaycan qorxudan yerində oturmalıdır. Onlar Azərbaycanı Rusiya ilə qorxutmağa çalışırlar. Bütün bu proseslərdən çıxan nəticə odur ki, SSRİ dağılandan sonra ermənilər müstəqil dövlət yox, forpost qurublar. Buna görə də hazırda Ermənistanın iki yolu var. Birincisi, onların Rusiya ilə daha sıx bağlanmasıdır. Çünki Ermənistan müstəqil dövlət ola bilmir. Digər variant isə Türkiyə ilə sərhədlərin açılması və münasibətlərin yaxşılaşmasıdır. Hər iki variantda ermənilər Dağlıq Qarabağı azad etməlidirlər. Əgər onların ağlı varsa, Dağlıq Qarabağı qaytarmalıdırlar. Çünki baş verən son proseslər Dağlıq Qarabağ probleminin həllini daha da sürətləndirir”. M. Əhmədoğlu həmçinin, Rusiyanın Gürcüstana müdaxilə etməsi barədə də öz fikirlərini bildirib: “Bu vaxta qədər BMT Təhlükəsizlik Şurasının qərarı olmadan başqa dövlətin ərazisində tank oynadan yalnız bir dövlət vardı ki, bu da ABŞ idi. İndi Rusiya da ABŞ-a qoşuldu və belə dövlətin sayı ikiyə çatdı”. Gürcüstan rəhbərliyini səriştəsiz adlandıran politoloq ABŞ-ın Gürcüstana lazımı dəstək vermədiyini qeyd edib.
Qarabağ Azadlıq Təşkilatının rəsmi saytı
Torpağı işğal altında olan dövlətin,millətin,vətəndaşın yaşamağa haqqı yoxdur!!!
Mübariz Əhmədoğlu: “Cənubi Qafqazda baş verən son proseslər Dağlıq Qarabağ probleminin həllini daha da sürətləndirir”
Yazar: qat Tarix: Avqust 28, 2008 15:38
Xəbərlər | Şərhlər(0) | 0 baxış | |
Qarabağ Azadliq Təşkilatının Bəyanatı
Yazar: qat Tarix: Avqust 28, 2008 12:12
Qarabağ Azadlıq Təşkilatı Qarabağ partizanlarından heç kəsin son əfv fərmanına düşməməsini böyük ədalətsizlik hesab edir. Bu gənclərin hər biri yalnız vətənpərvərlik hissi ilə dəstə yaratmağa və partizan hərəkatını başlamağa cəhd göstərmişlər. Lakin onlara hərəkətlərinə uyğun olmayan ağır cəzalar vermişlər. Onlara ağır cəzaların verilməsi, indi isə heç birinin əfv olunmaması ayrı-ayrı məmurların vətənpərvər gənclərə, vətənpərvərlik hissinə qəsd etməsindən başqa bir şey deyildir. Respublikanın Baş prokurorluğunun, Ali Məhkəməsinin onlara qarşı tutduqları qərəzli mövqenin başqa cür izahı yoxdur. Biz Əfv Komissiyasından bu məsələyə aydınlıq gətirilməsini, cəzaların xeyli hissəsini çəkmələrinə, ailə vəziyyətlərinin ağır olmasına, xəstəliklərinə və digər yüngülləşdirici halların olmasına baxmayaraq, onların nə üçün əfv olunmamalarını izah etmələrini tələb edirik. Bu məsələyə aydınlıq gətirilməlidir. Əks halda, Qarabağ Azadlıq Təşkilatı Qarabağ partizanlarının hüquqlarının müdafiəsi ilə bağlı etiraz aksiyalarına başlayacaqdır.
28 avqust 2008
QAT-ın mərkəzi fəaliyyəti | Şərhlər(0) | 0 baxış | |
Devid Milibend: "Postsovet məkanındakı münaqişələrin, o cümlədən Dnestryanı və Dağlıq Qarabağ problemlərinin dinc yolla həllinə nail olmaq lazımdır"
Yazar: qat Tarix: Avqust 28, 2008 12:10
Sergey Lavrov: "Dnestryanı və Dağlıq Qarabağ münaqişələri Cənubi Osetiya və Abxaziya ssenarisi ilə inkişaf etməyəcək"
Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend Ukraynaya rəsmi səfər edib. Səfər çərçivəsində paytaxt Kiyevə gələn Böyük Britaniya rəsmisi Ukraynanın xarici işlər naziri Vladimir Oqruzko ilə görüşüb. Rusiyanın tanınmamış Abxaziya və Cənubi Osetiya ilə bağlı qərarına münasibət bildirən britaniyalı nazir qeyd edib ki, Böyük Britaniya Gürcüstanın ərazi bütövlüyünü və müstəqilliyini tanıyır və Rusiyanın təcavüzkarlığına qarşı Ukrayna ilə birlikdə koalisiya yaradılacaq. Onun sözlərinə görə, Böyük Britaniya və Ukrayna yeni soyuq müharibənin başlamasını istəmirlər. O, həmçinin bildirib ki, əgər Rusiya hörmət və nüfuz istəyirsə, öz siyasətində dəyişiklik etməlidir.
Ukraynanın xarici işlər naziri Vladimir Oqruzko isə deyib ki, Ukrayna və Gürcüstan NATO-ya üzv qəbul edilsə, hər iki ölkə özlərini daha təhlükəsiz hiss edəcəklər və bu, onların təhlükəsizliyi üçün ən əhəmiyyətli zəmanət olacaq. Devid Milibend isə əlavə edib ki, imperiyanın sonuna çatmaq və postsovet məkanındakı münaqişələrin, o cümlədən Dnestryanı və Dağlıq Qarabağ problemlərinin dinc yolla həllinə nail olmaq lazımdır.
Böyük Britaniyanın xarici işlər naziri Devid Milibendin Kiyevdə verdiyi bəyanata münasibət bildirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə həmkarını narahat olmamağa çağırıb. "Dnestryanı və Dağlıq Qarabağ münaqişələri Cənubi Osetiya və Abxaziya ssenarisi ilə inkişaf etməyəcək. Çünki bu münaqişələrin həlli üçün danışıqlar aparan şəxslər Mixail Saakaşvili deyil. Moldova və Azərbaycanda Mixail Saakaşvili kimi, ağlını itirmiş, öz ölkəsini dağıdan, güc yolu ilə münaqişə həll edən liderlər yoxdur. Halbuki Gürcüstan rəhbərliyi Cənubi Osetiya və Abxaziyada məhz bunu etmişdi. Odur ki, bu məsələ ilə bağlı Milibendi arxayın etmək istərdim”, deyə S.lavrov qeyd edib./ANS TV/
Xəbərlər | Şərhlər(0) | 0 baxış | |
Türkiyənin TRT telekanalı Ermənistan İctimai Televiziyası ilə əməkdaşlıq haqqında memorandum imzalayıb
Yazar: qat Tarix: Avqust 27, 2008 13:44
Türkiyənin TRT telekanalı ilə Ermənistan İctimai Televiziyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
APA-nın məlumatına görə, memorandumu Ankrada Ermənistan İctimai Televiziyasının Yayım Şurasının sədri Alesan Arutyunyan və TRT-nin direktoru İbrahim Şahin imzalayıblar. Əməkdaşlıq memorandumu hər iki telekanalda Türkiyə və Ermənistan haqqında verilişlərin yayımlanmasını və təcrübə mübadiləsini nəzərdə tutur.
Xəbərlər | Şərhlər(0) | 3 baxış | |
Onur Öymən: “Türkiyənin Qafqazda görməli olduğu iş Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə çalışmaqdır”
Yazar: qat Tarix: Avqust 26, 2008 16:05
“Baş nazir Rəcəb Tayyip Ərdoğanın irəli sürdüyü “Qafqaz Sabitlik Paktı” doğru olmayan təşəbbüsdür”. Bu açıqlamanı APA-nın Türkiyə bürosuna Cümhuriyyət Xalq Partiyasının sədr müavini, Bursa millət vəkili Onur Öymən verib. O, qeyd olunan təşəbbüsün irəli sürülməsi üçün vaxtın düzgün seçilmədiyini bildirib: “Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altında olan zaman Qafqazda necə sabitlik yaradacaqlar, bu ölkələri necə bir yerə gətirəcəklər? Gürcüstanla Rusiya arasında bu qədər gərgin münasibətlər olduğu bir vaxtda bu ölkələri bir araya gətirmək mümkün deyil. Fikrimizcə, Türkiyənin Qafqazda hazırda görməli olduğu iş – Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə çalışmaqdır. Hökumət Qərbə ilk növbədə bunu başa salmalıdır, Gürcüstanın ərazi bütövlüyünü ciddi şəkildə dəstəkləməlidir. Bu işlər dura-dura Rusiyanın o bölgədə təsir gücünü yenidən artıracaq pakt təklifinin irəli sürülməsi doğru deyil”. Onur Öymən hökumətin bu təşəbbüsünün NATO-nun mənafeyinə uyğun gəlmədiyini qeyd edib: “Bu təklif 56 ildir üzvü olduğumuz NATO-nun mənafeyinə də ziddir. Bu gün Türkiyə-Ermənistan münasibətlərində çox şey Ermənistanın iradəsindən kənarda baş verir. Ermənistanın Türkiyəyə qarşı əsassız iddialardan geriyə addım atacağını zənn etmirəm. Qafqaz Sabitlik Paktı layihəsinin də reallaşacağını güman etmirəm”.
Xəbərlər | Şərhlər(0) | 3 baxış | |
Qarabağ Azadlıq Təşkilatının Bəyanatı
Yazar: qat Tarix: Avqust 26, 2008 13:28
Qarabağ Azadlıq Təşkilatı Rusiyanın Gürcüstana qarşı təzyiqləri davam etdirməsi və onun ərazisindəki qondarma qurumların “müstəqlilliyi”nin tanınması istiqamətində atdığı addımları qətiyyətlə pisləyir. Rusiyanın bu addımları regionda hökmranlıq iddialarının reallaşdırılmasına yönəlmişdir. Rusiya həmçinin Qərb dövlətləri ilə açıq qarşıdurmaya gedir. Regionda yeni hərbi-siyasi mühit yaranır. Böyük müharibənin başlanması üçün ciddi zəminlər artıq göz qabağındadır. Azərbaycan yaranmış vəziyyəti düzgün dəyərləndirməli, qətiyyətli və konkret mövqe tutmalı, ən çətin situasiyaya da hazır olmalıdır. Azərbaycan öz tərəfindən Rusiyanın işğalçı niyyətlərinə qarşı qətiyyətli addımlar atmalıdır. Azərbaycan ilk addım olaraq Rusiyanın Minsk qrupundakı həmsədrliyindən imtina etməlidir. Rusiyanın təhriki ilə Ermənistan Dağlıq Qarabağdakı qondarma rejimin “müstəqilliyi”nin tanınmasına cəhd göstərərsə, Azərbaycan dərhal işğalçı Ermənistana qarşı hərbi əməliyyatlara başlamalıdır. Azərbaycan bunun üçün indidən beynəlxalq təşkilatları məlumatlandırmalı və həm ölkənin daxilində, həm də xaricdə ciddi hazırlıq işləri görməlidir. Rusiyanın Ermənistan və digər əlaltıları vasitəsi ilə regionu yenidən işğal etməsinə yol verilməməli, yaranmış vəziyyətdə torpaqlarımızın işğaldan azad olunması üçün daha qətiyyətli və məqsədyönlü addımlar atılmalıdır. Bunun üçün xalqın və dövlətin səyləri və iradəsi birləşdirilməli, vahid mövqe nümayiş etdirilməlidir.
26 avqust 2008
QAT-ın mərkəzi fəaliyyəti | Şərhlər(0) | 3 baxış | |
Serj Sarkisyan bildirib ki, ölkəsi Türkiyə ilə qeyd-şərtsiz əlaqələr qurmağa hazırdır
Yazar: qat Tarix: Avqust 25, 2008 12:38
"Novosti-Armeniya"nın məlumatına görə, bu barədə Ermənistan prezidenti "Der Standart" qəzetinə müsahibəsində bildirib"
Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, ölkəsi Türkiyə ilə qeyd-şərtsiz əlaqələr qurmağa hazırdır.
“Bu gün bizim münasibətlərimizdəki vəziyyətdən heç kəs heç nə əldə etməyəcək, amma əksinə bir çoxları əziyyət çəkirlər. Əminəm ki, daimi olaraq rəqib olmağın mənası yoxdur və buna ehtiyac da yoxdur. Aydındır ki, münasibətlərin nizama salınması məsələsi vaxtı çatıb və bu addım həm türk, həm də erməni ictimaiyyəti üçün qarşılıqlı sürətdə faydalı olacaq”, deyə Sarkisyan Avsrtiyanın”Der Standart” qəzetinə müsahibəsində bildirib.
O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dialoq üçün qapıların açıq olduğu fikrini də xatırladıb.
“Mən əminəm ki, əgər istəsək bizin belə dialoqumuz ola bilər və prezident Avdullah Gülün Ermənistana səfəri bu müsbət tendensiyaları daha da gücləndirəcək. Bu günlərdə mənim türk həmkarım bildirib ki, Türkiyənin regionda düşməni yoxdur. Mən əminəm ki, münasibətlərin nizama salınması real nəticələrə gətirib çıxara bilər və bu bəyanatın praktik olaraq gücləndirər”, deyə Sarkisyan bildirib.
Qeyd edək ki, Sarkisyan Abdullah Gülü sentyabrın 6-da İrəvanda 2010-cu il Dünya çempionatında Ermənistan və Türkiyə komandaları arasında keçiriləcək futbol üzrə seçmə matça birlikdə baxmaq üçün rəsmi olaraq İrəvana dəvət edib.
“Bizim çoxsayda problemlərimiz ola bilər, amma bir-biriimizlə inkişaf etmiş ölkələrə xas şəkildə danışmasaq, əgər ölkələrimiz arasında lazımi siyasi münasibətlər olmasa, prblemlərimizi həll edə bilməyəcəyik”, deyə Sarkisyan bildirib. /ANS PRESS
Xəbərlər | Şərhlər(0) | 4 baxış | |
Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalından 15 il ötür
Yazar: qat Tarix: Avqust 23, 2008 15:38
Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının ermənilər tərəfindən işğalından 15 il ötür. APA-nın məlumatına görə, hər iki rayon 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Ərazisi 1050 kv.km olan Cəbrayıl bütövlüklə, ərazisi 1112 kv.km olan Füzulinin isə mərkəzi və 51 kəndi işğal altındadır. Füzulinin işğalı nəticəsində 55 min nəfərə yaxın sakin doğma yurdunu tərk etmək məcburiyyətində qalıb, 1100-dən çox rayon sakini şəhid, 1450 nəfər müxtəlif dərəcəli əlil olub, 113 nəfər əsir götürülüb.
Cəbrayılın zəbt olunması ilə rayonda 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb, 61100 rayon sakini məcburi köçkün olub. Məcburi köçkünlər hazırda ölkənin müxtəlif bölgələrində məskunlaşıblar.
Ermənilər Azərbaycanın işğal altındakı ərazilərində mədəni-tarixi abidələri, qəbiristanlıqları, meşələri, sosial-ictimai obyektləri məhv edirlər.
Xəbərlər | Şərhlər(0) | 4 baxış | |
Qarabağ Azadliq Təşkilatının Bəyanatı
Yazar: qat Tarix: Avqust 22, 2008 15:51
Azərbaycan Prezidentinin sərəncamı ilə 23 avqust tarixinin Xüsusi Dövlət Mühafizə Xidməti işçilərinin peşə bayramı elan olunması anlaşılmazlıq kimi dəyərləndirilə bilər. Həmin tarixdə Füzuli və Cəbrayıl rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir və hər il işğal, hüzn, kədər və yaddaş günü kimi yad edilir. Qarabağ Azadlıq Təşkilatı işğal günləri ilə bağlı bir neçə il ərzində xüsusi xəbərdarlıq və izahat işləri aparmışdır. Bu işlərin nəticəsi olaraq artıq həmin günlərdə heç bir əyləncəli tədbirlər, televiziya və radio verlişləri, hətta toy məclisləri keçirilmir. Son olaraq, bu il mayın 8-də İsrail səfirliyi bayram tədbirləri keçirməyə cəhd göstərdi. Lakin həmin tarixin Şuşanın işğal günü olması ilə bağlı bizim müraciətimizdən sonra bayram tədbiri təxirə salındı.
Bütün bunlardan sonra hər hansı xidmət sahəsinin peşə bayramının işğal tarixinə salınması yolverilməzdir. Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin peşə bayramı başqa tarixə keçirilməli, ya da həmin gün heç bir bayram tədbiri keçirilməməlidir. əks halda, biz həmin gün hər hansı bayram tədbirinin qarşısını almaq üçün etiraz aksiyası keçirəcəyik.
22 avqust 2008
QAT-ın mərkəzi fəaliyyəti | Şərhlər(0) | 5 baxış | |
Qarabaъ Azadlıq Təşkilatının Bəyanatı
Yazar: qat Tarix: Avqust 22, 2008 11:06
Qarabağ Azadlıq Təşkilatı qardaş Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın “Qafqaz birliyi” ideyasını, Azərbaycanı bu birliyə qoşmaq cəhdlərini, həmçinin bu barədə işğalçı Ermənistanla danışıqlar aparmaq niyyətini qətiyyətlə pisləyir. Ermənistan Azərbaycanın torpaqlarını işğal altında saxlayır, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmir və bütün dünyada qondarma “soyqırım” təbliğatını davam etdirir. Belə bir şəraitdə işğalçı və terrorçu Ermənistanın daxil olacağı hər hansı birlikdən söhbət də gedə bilməz. Türkiyənin baş nazirinin təşəbbüsü bilərəkdən və yaxud bilməyərəkdən Ermənistanın işğalçı və ilhaqçı hərəkətlərinə bəraət qazandırılmasına yönəlmişdir. Qardaş Türkiyənin birdən-birə işğalçı Ermənistana bu təkliflə kömək əlini uzatması, bu işğalçı rejimi regionun bərabərhüquqlu tərəfdaşına çevirmək cəhdləri heç bir halda müsbət hadisə kimi qiymətləndirilə bilməz. Ermənistan nə qədər ki, işğalçı və ilhaqçı hərəkətlərindən əl çəkməyibdir, ona Qafqaz birliyində yer yoxdur. Bunu Türkiyənin rəhbərliyi bilməli və arzuolunmayan təkliflərindən geri çəkilməlidir.
Biz hesab edirik ki, Türkiyənin bu təşəbbüsünün digər səbəbi Avropa Birliyinin təzyiqləri altında Ermənistanla münasibətlərin normallaşdırılması niyyətləri ilə bağlıdır. Türkiyə bu təşəbbüs adı altında Ermənistanla danışıqları, münasibətləri bərpa etməyə çalışır. Hadisələrin bu cür yön alması Türkiyənin Azərbaycanın maraqlarından üz çevirəcəyi, hətta Ermənistanla sərhədlərin açılacağı, işğalçı ölkəyə xeyli güzəştlərə gedəcəyi ilə bağlı ciddi şübhələr yaradır.
Qarabağ Azadlıq Təşkilatı bildirir ki, Türkiyə rəhbərliyi Azərbaycanın və özünün maraqlarına uyğun olmayan bu təşəbbüsdən imtina etməlidir. Azərbaycan hakimiyyəti də bu antimilli prosesdən kənara çəkilməlidir. Biz hadisələrin gedişini diqqətlə izləyir və geniş ictimai qınağın, həmçinin etiraz aksiyalarının təşkilini nəzərdə tuturuq.
21 avqust 2008
QAT-ın mərkəzi fəaliyyəti | Şərhlər(0) | 4 baxış | |
