İyun 26, 2008 15:34
Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin hərbi attaşeləri «Azadlıq» meydanında keçirilmiş hərbi paradı yüksək qiymətləndirib
Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdin biri – Pakistanın hərbi attaşesi Məhəmməd Şahid Şərif ANS Pressə bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin iştirakilə keçirilmiş hərbi parad çox yüksək səviyyədə təşkil olunub. Cənab Şərifin sözlərinə görə, onun ölkəsi Azərbaycanla hərbi sahədə əməkdaşlığı uğurla davam etdirmək niyyətindədir. Məhəmməd Şahin Şərif qeyd edib ki, bugünki parada nümayiş etdirilmiş texnika, şəxsi heyət onu göstərir ki, Azərbaycanın Silahlı Qüvvələri gündən günə güclənir və təhlükəsizliyin təminatında öz sözünü deməyə qadir olan bir qüvvəyə çevrilir!
Ukraynanın Azərbaycandakı hərbi attaşesi Valeri Venger isə ANS Pressə bildirib ki, bu gün canlı şahidi olduğu paraddan o belə bir qənaətə gəlib ki, Azərbaycanın Silahlı Qüvvələri ən yüksək standartlara cavab verir. «Nümayiş etdirilmiş hərbi texnika, sursat və şəxsi heyət dövlətin, Ali Baş komandanın diqqəti və yüksək dərəcədə maliyyələşmə ilə onu deməyə əsas verir ki, Azərbaycan Ordusu qarşıya qoyulan ən çətin məqsədlərə və verilən ən yüksək əmrləri peşəkarcasına yerinə yetirməyə, ərazi bütövlüyünü bərpa etməyə, dövlətçiliyi qorumağa tam qadirdir. Burada birbaşa Azərbaycan Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin səyləri özünü göstərir. O, Silahlı Qüvvələrin potensialının artırılmasına çox böyük diqqət yetirir və bu da təqdirəlayiqdir! Üstəlik, İlham Əliyevin hərbi qulluqçuların sosial təminatına dair verdiyi son qərarın özü də hərbçilərin rifahının yaxşılaşdırılmasında mühüm müsbət rol oynayacaq. Bugünki parada çoxlu sayda hərbi attaşenin iştirakı bir daha onu göstərir ki, Azərbaycanın hərbi potensialının artırılması xarici ölkələrdə böyük maraq doğurur. Ukrayna həmişə Azərbaycanın yaxın strateji tərəfdaşı olub və biz Azərbaycanın uğurlarına sevinirik»! Hərbi attaşe Valerii Venger ANS Press vasitəsilə Azərbaycan Silahlı Qüvvələrini 90-illik yubiley münasibətilə təbrik də etdi.
Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi Rımbek Tursaqatov ilk əvvəl Azərbaycan xalqını və hərbçilərini Hərbi Qüvvələrin 90-illik yubileyilə təbrik etdi. «Məhz 90 il əvvəl, 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə Milli ordusunun formalaşdırılması başlandı. Bu cür əlamətdar tarixdə belə yüksək səviyyədə təşkil edilmiş hərbi parad bir daha onu göstərir ki, Azərbaycan Ordusuna diqqət yüksək səviyyədədir. Bu parad bir daha Azərbaycanın hərbi imkanlarını əyanə sübut etdi. Şəxsi heyət isə peşəkarlıqla seçildi».
ABŞ-ın hərbi attaşesinin mövqeyini səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik çatdırdı. «Təbii ki, son 11 il ərzində ilk hərbi parad çox həlledici tədbir idi. Biz Azərbaycanla strateji müttəfiqik. İraqda, Əfqanıstanda və başqa yerlərə hərbi əməkdaşlıq edirik. Azərbaycanın çox güclü ordusu var. Bu bayramda Azərbaycanın bütün Silahlı qüvvələrini, xüsusilə əskərlərini təbrik etmək istəyirik və bayramınız mübarək deyirik».
Hərbi paradda iştirak etmiş Rusiyanın Azərbaycandakı hərbi attaşesinin mövqeyini öyrənməyə çalışsaq da, səfirlikdən bizə bildirdilər ki, parad barədə hər hansı mövqeyi Rusiyanın Müdafiə nazirliyi açıqlaya bilər.
Davamı...
Açar sözlər:
İyun 26, 2008 15:30
"Qoy, başqa dövlətlər bizim hərbi büdcənin artmasından narahat olmasınlar"! Ali Baş komandan İlham Əliyevin «Azadlıq» meydanında keçirilən hərbi paraddakı çıxışında belə deyib
Ali Baş komandan İlham Əliyev «Azadlıq» meydanında təşkil olunan hərbi paradı qəbul etməzdən əvvəl öz çıxışında bildirib ki, o, ölkənin hərbi potensialının artırılması üçün əlindən gələn səyləri göstərəcək. «Bəzi halda beynəlxalq aləmdə bu, nədənsə, narahatlıq doğurur. Amma deyim ki, tək hərbi xərclər yox, başqa sahələrdə də bizim xərclər artmışdı. Son 5 il ərzində Azərbaycan dövlət büdcəsini 10 dəfə artırmışıq. Əgər 2003-də bu, 10,8 idisə, indi bu rəqəm 16 mlrd dollara yaxındır. Yəni qalxan iqtisadi imkanlarımız, güclü iqtisadi potensialımızın yüksəlməsi bütün sahələrə dəstəkdir - təhsil, infrastruktur, səhiyyə. Azərbaycanda müasir infrastruktur yaradılıb və biz bütün sahələrdə uğurlar edirik. Biz gələcəkdə də uğurlar əldə edəcəyik. Ümumi kontekstdən hərbi xərcləri çıxarıb, şişirtməyə ehtiyac yoxdur. Onu nəzərə almaq lazımdır ki, müharibə bitməyib, müharibənin hələ ki, birinci mərhələsi başa çatıb. Atəşkəs haqda razılaşma bağlanıb, indiyədək qorunub saxlanılır, amma bu o demək dey il ki, biz güclənməməliyik. O ölkələr ki, işğala məruz qalmayıb, bəlkə ona görə ordu quruculuğuna o qədər də diqqət göstərmir».
İlham Əliyevin sözlərinə görə, Azərbaycan uzun müddətdir ki, müharibədən əziyyət çəkir. Bu baxımdan da onun hərbi potensialının gücləndirilməsi təəccüb doğurmamalıdır. «Azərbaycan müvəqqəti olaraq bir hissəsini itirib. Bu səbəbdən də Ordu quruculuğu həm dövlət, həm hökumət və hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz hər an torpaqları azad etməyə hazır olmalıyıq! Bildiyiniz kimi, Qarabağ müharibəsi üzrə danışıqlar gedir. Uzun müddətdir ki, aparılır. Biz danışıqları əbədi apara bilmərik. Düzdü, müsbət irəliləyişlər var. Müzakirə olunan təkliflərdə Azərbaycanın ərazi bütövlüyü əsasdır və danışıqlar masasında mövcud olan təkliflərdə Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün heç bir təklif yoxdur, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bunu tarix də, beynəlxalq qətnamələr də göstərir! Danışıqları dava etdirəcəyik. Güclü Ordu, onun potensialının artırılması danışıqlara təsir göstərir və göstərəcək. Biz ədaləti bərpa etmək istəyirik»!
Nitqi başa çatdırdıqdan sonra Ali Baş komandan İlham Əliyev bir daha Azərbaycanın şəxsi heyətini bu möhtəşəm bayram münasibətilə təbrik edib və hərbi paradı qəbul etməyə başlayıb.
Davamı...
Açar sözlər:
İyun 25, 2008 15:07
Z.Freyd:
- Qəhrəman odur ki, atasının nüfuzuna qarşı üsyan edir və ona qalib gəlir.
U.Çerçill. Yaxınlaşan fırtına:
- Müharibədə-qətiyyət; məğlubiyyətdə-dözüm; qələbədə-alicənablıq; sülhdə-xoşməram olmalıdır.
U. Çerçill. Onların ən şərəfli anı:
- İlk qırx gündən sonra biz tam təklikdə qaldıq. Almaniya və İtaliya dəhşətli hücumla üzərimizə yeriyirdilər.
- Sonuncu hücum çox ağır oldu. 1940-cı il mayın 10-da düşmən Londona yenə də alışdırıcı bombalar atdı. Şəhərin 2 mindən artıq yerində yanğın başladı, biz heç birini söndürə bilmirdik, su yox idi, 150-ə yaxın su kəməri dağıdılmışdı.
U.Çerçill. Böyük ittifaq:
- Mən Kremlə gəldim və ilk dəfə böyük inqilabi rəhbər, müdrik dövlət xadimi və döyüşçü ilə (Stalin nəzərdə tutulur) görüşdüm.
Babək / Qarabağlı Düşüncələr
məlumat www.qatinfo.azeriblog.com saytına məxsusdur
Açar sözlər:
İyun 25, 2008 15:05
Xəzər İbrahim: «Mahiyyət nöqteyi nəzərindən biz Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqları davam etdirmək əzmindəyik»
«Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ATƏT-in Minsk qrupu ilə əməkdaşlıq etmək fikrindədir». Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyib. Mətbuat xidmətinin rəhbəri Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupu ilə bağlı quruma göndərdiyi sorğunun prosedur məsələ olduğunu deyib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-ə qeyd olunan sorğunu mart ayında göndərmişdi.
O bildirib ki, sorğunun göndərilməsi Minsk qrupu ilə işləməkdən imtina etmək deyil. «Biz Minsk qrupu ilə öz fəaliyyyətmizi davam etdiririk. Mahiyyəti prosedurlardan ayırmaq lazımdır. Mahiyyət nöqteyi nəzərindən biz danışıqları davam etdirmək əzmindəyik. Ona görə də həsmsədrlər regiona səfər edir». Xəzər İbrahimin sözlərinə görə, burada söhbət Azərbaycan tərəfinin prosedurları öyrənmək istəyindən gedirdi.
Açar sözlər:
İyun 25, 2008 14:45
Parad iyunun 26-da səhər saat 10.00-da başlayacaq Bakıda keçiriləcək hərbi paradın vaxtı elan edilib. Hərbi parad iyunun 26-da səhər saat 10.00-da başlayacaq. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Paradda Silahlı Qüvvələrin şəxsi heyətindən 4 min 510 nəfər iştirak edəcək. Parada 210 ədəd hərbi texnika, 19 vertolyot, 25 təyyarə 31 gəmi və bir kater çıxarılacaq. Hərbi parad ANS və AzTV telekanalları vasitəsilə canlı yayımlanacaq.Qeyd edək ki,saytımızın əməkdaşı Tural da saat 10:00-dan etibarən azadlıq meydanında olacaq və tədbirdə çəkilən fotoşəkilləri tədbirdən dərhal sonra saytımızda yerləşdirəcək.
Açar sözlər:
İyun 25, 2008 14:37
Ermənistanın qurumun irəli sürdüyü şərtləri və digər tələbləri nə dərəcədə yerinə yetirməsi müzakirə ediləcək
Bu gün AŞPA-nın yay sessiyasında Ermənistanda demokratik institutların vəziyyətinə dair hesabat dinləniləcək. Tədbirdə Ermənistanın AŞPA-nın irəli sürdüyü şərtləri, o cümlədən siyasi məhbusların azadlığa buraxılması, 1-2 mart hadisələrinin şəffaf araşdırılması və digər tələblərin yerinə yetirilməsi müzakirə ediləcək.
Açar sözlər:
İyun 20, 2008 18:28
Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə bu gün “Təslimçi sülhə doğru aparan Qarabağ danışıqları və cəmiyyət” mövzusunda Dəyirmi Masa keçirildi
Dəyirmi Masa dövlət himninin oxunuşu ilə başlandı. QAT sədri Akif Nağı tədbirin məqsədi, qoyulan məsələlərlə bağlı giriş sözü ilə çıxış etdi. Sonra Müsavat partiyasının başqanı İsa Qəmbər, Sülh və Demokratiya insitutunun direktoru Leyla Yunus, Tərəqqi partiyasının sədri Çingiz Dəmiroğlu, Sülh səfiri Rəhim Hüseynov, İslam partiyasının sədr müavini Məşədi İlqar, BAB sədri Aqil Səmədbəyli, İnnovasiya mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu, hərbi ekspertlər İldırım Məmmədov, Ələkbər Məmmədov, Azadlıq partiyasının sədri Əhməd Oruc, “Xocalı soyqırımını tanıtma” cəmiyyətinin sədri Şamil Sabiroğlu, Vahid Azərbaycan partiyasının sədri Hacıbaba Əzimov və başqaları iştirak və çıxış etdilər. QAT-ın təqdim etdiyi bəyanat layihəsi əsas kimi qəbul olundu. Bəyanatda deyilir: Ermənistanın quldur rəhbərliyi ilə davam etdirilən danışıqlar Azərbaycanın maraqlarına cavab vermir. S.Sarkisyan çoxlu sayda terror aktlarına, S.Ohanyan isə digər cinayətləri ilə yanaşı Xocalı soyqırımına birbaşa rəhbərlik etmiş hərbi canilərdir. Minlərlə dinc insanı vəhşicəsinə qətlə yetirmiş bu şəxslərin rəhbərlik etdiyi bir rejimlə Qarabağın taleyinə dair danışıqların aparılması heç bir mənəvi ölçüyə sığmır. Minsk qrupunun həmsədr ölkələrinin açıq-aşkar ermənipərəst mövqeyi də bu formatda danışıqların davam etdirlməsini mümkünsüz edir. Minsk qrupu həmsədrlərinin təkid etdikləri “Madrid prinsipləri” mahiyyət etibarı ilə Dağlıq Qarabağın ətrafındakı beş, yaxud yeddi rayonun geri qaytarılması müqabilində Dağlıq Qarabağın rəsmiləşdirilərək Ermənistana verilməsinə xidmət edir. Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar Azərbaycanın təslimçi sülhə məcbur edilməsinə yönəlmişdir. Təsadüfi deyil ki, Ermənistan ciddi-cəhdlə danışıqların məhz bu formatda, “Madrid prinsipləri” əsasında davam etdirilməsinə çalışır. Azərbaycan hakimiyyəti qətiyyətsiz, prinsipsiz və qeyri-ardıcıl mövqe tutur. Hakimiyyət bu ilin martında, BMT Baş Assambleyasında son qətnamə qəbul olunandan sonra, faktiki olaraq, “Madrid prinsipləri”ndən imtina etdi, lakin sonradan beynəlxalq güclərin təzyiqləri altında öz mövqeyindən geri çəkildi. Bu cür qətiyyətsiz və prinsipsiz mövqe ilə Qarabağı işğaldan azad etmək mümkün deyildir. Hakimiyyət bu mövqeyi ilə beynəlxalq güclərin Azərbaycana qəbul etdirmək istədikləri təslimçi xəttin qarşısında geri çəkildiyini nümayiş etdirir. Bəzi qeyri-hökumət təşkilatları da ermənipərəst fondların sifarişini yerinə yetirərək, “xalq diplomatiyası” deyilən eybəcər vasitələrdən istifadə edir, müxtəlif səfərlər, görüşlər, müzakirələr təşkil edir və nəticə etibarı ilə Azərbaycanda təslimçilik əhval-ruhiyyəsini yaratmağa və gücləndirməyə çalışırlar. Yaranmış ağır vəziyyətdə hər şey Azərbaycanın sağlam ictimai, siyasi qüvvələrinin, nüfuzlu şəxsiyyətlərinin-bütövlükdə cəmiyyətin fəal mövqeyindən asılıdır.
Bütün bunları nəzərə alaraq, hesab edirik:
1. Azərbaycanın təslimçi sülhə məcbur edilməsinin qarşısının alınması, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində radikal, qətiyyətli və ardıcıl addımların atılması üçün sağlam və milli ictimai, siyasi qüvvələrin, ayrı-ayrı nüfuzlu şəxsiyyətlərin, bütövlükdə cəmiyyətin birgə fəaliyyəti əlaqələndirilməli, ciddi ictimai müqavimət təşkil eilməlidir.
2. Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə “Madrid prinsipləri” əsasında aparılan və Azərbaycanın maraqlarına zidd olan danışıqlar dərhal dayandırılmalıdır.
3. Hakimiyyət “sülh yolu” deyilən variantın müddətini müəyyənləşdirməli, həmin vaxt nəticəsiz bitdikdən sonra güc tətbiqi ilə torpaqlarımızın işğaldan azad edilməsinə başlamalıdır.
4. S.Sarkisyan, S.Ohanyan kimi hərbi canilərin rəhbərlik etdikləri Ermənistan rejimi ilə hər hansı birbaşa danışıqlardan, təmaslardan imtina edilməlidir.
5.Torpaqlarımız işğaldan azad olunana qədər “xalq diplomatiyası”nın bütün formalarından imtina edilməlidir.
6.Beynəlxalq təşkilatların nümayəndələrinin, vasitəçilərin Dağlıq Qarabağa Ermənistan ərazisindən səfərlərinə yol verilməməlidir.
Açar sözlər:
İyun 18, 2008 14:38
Sənəddə erməni könüllülərinin irqçilik ideologiyası ilə müsəlmanları vəhşicəsinə məhv etdiyi bildirilir....
Ermənilərin Osmanlı dövlətini tərk edərkən törətdikləri qətliama dair yeni sənəd tapılıb. Yeni sənəd Moskvanın hərbi dövlət arxivində saxlanılırmış. General-mayor Bolxovitinovun 11 dekabr 1915-ci ildə yazdığı raportdan ibarət sənəddə, erməni könüllülərinin irqçilik idealogiyası ilə müsəlman xalqı vəhşicəsinə məhvetdiyi bildirilir. Məlumatı Türkiyənin internethaber.com portalı yayıb.
Məlumata görə, Daşnak partiyası rus çarına “Qafqaz cəbhəsində könüllü erməni dəstələrinin faliyyəti” başlıqlı məktub göndərib. Bu məktubdan iki ay sonra çara göndərilən hesabatda isə, məktubun siyasi məqsədli olduğu və bölgədə baş vermiş hadisələrin məsuliyyətinin birbaşa ermənilərə aid olduğu bildirilir. Rejissor Haluk Ölçekçinin hazırladığı “Cəhənnəm adası Nargin” adlı sənədli filmdə, baş vermiş Bakı qətliamının məsuliyyətinin həmçinin bəzi Avropa dövlətlərinə aid olduğu bildirilir.
Bundan başqa general-mayorun hesabatında, “Bölgədə barıt çəlləyi 1915-ci ildən də əvvəl, 1890-cı ildə yandırılmışdı. Xüsusilə İngiltərə, Osmanlı ilə çar Rusiyası arasında hər hansı bir ittifaq qurularaq Orta Şərqdə yeni bir güc mərkəzinin meydana gəlməməsi üçün ölkənin Şərqindəki erməniləri ağır təhriklərlə hərəkətə gətirib. Bundan əvvəl türklər, kürdlər və ermənilər sülh şəraitində yaşayırdılar. Hətta bu yerdə yaşayan ermənilər türklərdən və kürdlərdən daha yaxşı şərtlərə sahib olublar” – yazıb.
Açar sözlər:
İyun 16, 2008 13:45
“Dağlıq Qarabağın erməni icmasının münaqişənin həlli prosesində iştirakı o zaman mümkün ola bilər ki, Ermənistanla Azərbaycan arasında müəyyən sənəd imzalansın.
Bundan sonra Dağlıq Qarabağdakı erməni icmasının vəziyyəti, qaçqınların qayıtması və bərpa işləri ilə bağlı danışıqlara başlamaq olar”. APA-nın məlumatına görə, bunu Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, Azərbaycan ərazilərini Ermənistan Silahlı Qüvvələri işğal edib və Dağlıq Qarabağ ermənilərinin elə bir qüvvəsi yoxdur: “Ermənistan işğal etdiyi torpaqlardan çəkilib, Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Bundan sonra Azərbaycan öz ərazisindəki erməni icması ilə müəyyən danışığa gedə bilər”.
Açar sözlər:
İyun 14, 2008 12:09
Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Ağdam rayonunun işğal altında olan ərazilərində üç istiqamətdən yanğınlar törətməyə başlayıblar. Düşmən rayonun işğal altında olan Qaraqaşlı, Sarıcalı, Baş Qərvənd-Şıxlar kəndlərinin ərazilərini yandırıb.
APA-nın Qarabağ bürosunun əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, yanğın Qaraqaşlı kəndi istiqamətindən təmas xəttinin Azərbaycanın nəzarətində olan hissəsinə keçib. Yanğın Ağdamın Çəmənli kəndinin qəbristanlığının yaxınlığına qədər bütün ərazini bürüyüb.
Əməkdaşımız bildirib ki, yanğının təmas xəttini keçdiyi ərazilərdə ətraf kəndlərin sakinlərinə məxsus hektarlarla taxıl zəmiləri var.
Açar sözlər:
« Əvvəlki səhifə Yazılar cəmi: 235
Sonrakı səhifə »