D.Medvedov azərbaycanlı müharibə veteranını şöhrət ordeni ilə təltif etdi
Ağadadaş Səmədov bu ordenlərlə Böyük Vətən Müharibəsi dövründə təltif olunub, amma həlak olduğu güman edildiyi üçün ala bilməyib
Bu gün Rusiya prezidenti Dmitri Medvedev, böyük vətən müharibəsində öldüyü güman edilən Azərbaycan vətəndaşı Ağadadaş Səmədova 2 və 3-cü dərəcəli Şöhrət ordenlərini təqdim edib. Ağadadaş Səmədov bu ordenlərlə Böyük Vətən Müharibəsi dövründə təltif olunub, amma həlak olduğu güman edildiyi üçün ala bilməyib. 1942-ci ildə Ukrayna ərazisindəki Dubno yaşayış məntəqəsində gedən döyüşlərdə Səmədovun tərkibində olduğu rota geri çəkilsə də, azərbaycanlı əsgər əsas qüvvələr köməyə gələnə qədər müdafiə xəttində düşmənə təkbaşına müqavimət göstərib və buna görə 3-cü dərəcəli Şöhrət ordeni ilə təltif olunub. O, Visla-Oder əməliyyatında və Berlinin alınmasında da iştirak edib. Müharibədə göstərdiyi şücaətə görə 1945-ci ildə 2-ci dərəcəli Şöhrət ordeni ilə təltif olunub.